NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Dişlərin çürüməsinin səbəbi

Cavid İsmayılov


Həkim - stomatoloq implantoloq
Bütün yazıları

 
Dişlərin çürüməsinin səbəbi
26.09.2014   807
67

   Bu sualın cavabı olaraq bir cox nəzəriyyələrin olmasına baxmayaraq, dəqiq cavab hələ də bilinməməkdədir. Buna tibbdə polietiologiya deyilir. Öndə gedən nəzəriyyə isə budur ki, karbohidrat tərkibli qidalar dişlərin aralarında və çökək hissələrində yığılaraq bakteriyalar tərəfindən parçalanır və bu zaman natamam çürümə prosesinin məhsulu olaraq süd turşusu yaranır. Bu da həmin səthlərdə pH faktorunun (mühitin turşluluğ göstəricisinin) aşağı enməsi ilə, yəni lokal turşuluğun artması ilə nəticələnir. Turşu mühit patogen mikroorqanizmlərin aktivləşməsinə,  kalsium və fosfor ionlarının diş minasından ayrılmasına səbəb olur. Beləliklə, bütün bu amillər birləşərək son nəticədə dişin sərt toxumalarında defektin yaranmasına (kariesə) gətirib çıxardır.

  Sizləri bu bilgilərlə qısaca da olsa silahlandırdıqdan sonra bu mövzunun ciddiliyini anlayacağınıza və daima nəzərinizdə saxlayacağınıza ümid edərək, asanlıqla bu barədə olan sonuncu araşdırmaları sizə təqdim edə bilərik.

 Uşaqların inkişafı dövründə fosfor, kalsium və fluorun miqdarı az olduqda, eyni zamanda, karbohidratlarla zəngin olan qidalardan da çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranmasına səbəb olur.

 Hamiləlik və dərmanlardan yanlış şəkildə istifadə də orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.

 İçməli suda fluorun miqdarının normadan aşağı olması karies xəstəliyi ehtimalını artırır. Ağız suyunun tərkibində müdafiə faktorlarının olmasına baxmayaraq, digər kariesogen faktorların üstünlüyü sonuncuya kariesin qarşısını almağa imkan vermir. Ağız suyunun ifrazını azaldan xəstəliklər və bəzi dərmanlar da çürüməni gücləndirir. Bu çatışmamazlığı aradan qaldırmaq üçün stomatoloqlar yeməkdən sonra şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər.

 Dişlərin sağlam olması üçün süd və süd məhsullarından, meyvə-tərəvəzlərdən çox istifadə olunmalıdır, orqanizmin yoda, fosfora, minerallara, A, D, C vitaminlərinə olan ehtiyacı ödənilməlidir. Şəkərli qidalardan sonra ağız yaxalanmalı, qazlı və şəkərli içkilərdən az istifadə olunmalıdır.

 Dişlər səhər-axşam, gündə 2 dəfə fırçalanmalıdır. Diş fırçası seçilərkən dişlərin və diş ətinin vəziyyəti nəzərə alınmalıdır. Fluor çatışmamazlığı problemi varsa, fluorlu pastalardan, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadə olunmalıdır. Eyni fırçanı 3-4 aydan çox istifadə etmək məsləhət  deyil. Gün ərzində ağız boşluğunu xüsusi mayelərlə (eliksirlərlə) qarqara etmək məsləhət görülür.

 Altı ayda bir dəfə, bir profilaktik tədbir olaraq, stomatoloqa müraciət etmək və dişlərdə əmələ gələ biləcək  problemlərin qarşısını almaq lazımdır.

 

 
 
 
 
Şərhlər
 
Digər yazıları (2)
Bütün yazıları
     Əgər biz stomatologiyanın tarixindən danışmaq istəsək, gərək ilk öncə dişlərə qulluğun tarixinə nəzər salaq. İnsanların, dişlərinin qayğısına qalması hələ lap qədim zamanlara təsadüf etməsinə baxmayaraq, dişlərə qulluq, əsasən gigiyenik məqsəd deyil, daha çox kosmetik məqsəd daşıyırdı.     Antik təbabətdə bir çox reseptlər hazırlanırdı ki, onların tərkibinə bitkilərin külü, toz şəklinə salınmış daşlar, bal hopdurulmuş şüşə, yun və s. daxil edilirdi. Dişləri daşla, heyvanların dişləri və dırnaqları ilə təmizləyirdilər. Bəzi yerlərdə hətta indiyə kimi qətranın köməyi ilə dişlərin ağlığına nail olurlar. Yeni Qvineya və Solomon adalarında bizim işlətdiyimiz diş tozuna bənzər vasitələrdən istifadə edirdilər. Şərqi-Afrika tayfaları taxta diş təmizləyicilərindən istifadə edərək dişləri yeməkdən sonra təmizləyirdilər.      Orta əsrlərdə ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək üçün diş eliksirləri yaranır. Onlar arasında ən uzun ömürlüsü benediktlilərin diş eleksiri oldu. Hələ 20-ci əsrin əvvəllərində onu «Müqəddəs Benedikt atalarının diş təmizləyən eliksiri» adlandırırdılar. Bu vasitə 1373-cü ildə Benedikt monaxı Burso tərəfindən kəşf olunmuşdu.      Tarixi məlumatlara əsasən, rəsmi olaraq stomatologiyanın tarixi 1700-cü ildən başlayır.      Əslində isə xəstə dişlər lap qədim dövrlərdə də müxtəlif üsullarla müalicə edilirmiş. Belə ki, qədim yunan papirusları üzərində xəstə dişlərin müalicəsi haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim Romada xəstə dişlərin müalicəsi zamanı xüsusi burğulardan, deşici alətlərdən istifadə edilirmiş.      Misirdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvələ məxsus olan alt çənə dişləri tapılmışdır. Bu dişlər bir-birinə qızıldan duzəldilmiş tağlarla bərkidilmiş halda idi. Bu da onu göstərir ki, eramızdan əvvəl də insanlar dişlərin problemlərini aradan qaldırmaq üçün çox ciddi çalışmışlar.      Diş müalicəsi XVII əsrdən başlayaraq ilk dəfə Fransada tibbə daxil edilmiş və tibbin bir sahəsi kimi fəaliyyət göstərmişdir. 1700–cü ildə Fransanın kralının xüsusi sərəncamına əsasən, tibbdə yeni bir sahə və yeni bir peşə müəyyənləşdirilmişdir. Bu peşənin sahibləri “cərrah – dantist” adlandırılırdı.      Elə təxmini bu dövrlər idi ki,dişlərin gigiyenası sahəsində də böyük nailiyyətlər əldə olunurdu. Diş gigiyenik vasitələrinin əsasını qoyanlardan biri – mikroblar aləmini kəşf edən hollandiyalı Antoni Van Levenhuk sayılır. O, təsadüfən, hazırladığı sadə mikroskoplardan birinin vasitəsilə dişlər üzərində sıx yerləşmiş energetik hərəkətdə olan canlılır görür. Və o, duzlu dəsmalla dişlərini sildikdən sonra, növbəti mikroskop linzasının altındaki müşahidələrində  dişlərin üzərində artıq əvvəlki mikrobları görmür. Alim, şəxsi təcrbəsinə əsaslanaraq, duzla dişlərini təmizləməyi məsləhət görmüşdü. Lakin onuda qeyd etmək lazımdır ki, duz ağızda xoşagəlməz dad yaradır. Bundan əlavə, duz dişin mina qatını cızaraq üstünü nahamar edir ki,bu da dişin üzərinə ərpin yığılması üçün əlverişli şərait yaradır.Təbii ki,bu zaman diş tez-tez fırçalanmağına rəğmən, həm saralmağa həm də çürüməyə meyilli olar.     Uyğun materiallar axtarışına təxminən 200 il vaxt sərf olunmuşdur. Nəticədə ən yaxşısı kimi təbaşir seçilmişdir. Təbaşir diş tozu qismində istifadə edilirdi. Lakin, 20-ci illərdə təsadüfən Parisdə aşkar olunur ki, o, stomatitin səbəblərindən biri ola bilər. Bu zaman diş məcunları üzərində işlərə başlandı. Əvvəlcə jele tərkibli maddə kimi nişastadan istifadə olunurdu. Ondan qliserinin sulu məhlulunda xüsusi yapışqan hazırlanırdı. Müasir pastalarda nişasta təbaşirin suspenziyasını stabilləşdirən üzvi turşuların natrium duzu ilə əvəz olunur. Diş pastalarının digər komponentləri – mentol, efir yağları (məsələn, cirə, sitrus meyvələri), antiseptiklər və digər əlavələr sonuncunun müxtəlif istiqamətlərdə təsirini gücləndirməkdədir.      19-cu əsrin 20-ci illərinə qədər dişləri fırça əvəzinə dəsmalla təmizləyirdilər. İlk diş fırçasının forması indikilərdən fərqlənirdi: onun fırçası hər 2 ucunda yerləşirdi, mərkəzi hissədən isə tutmaq lazım gəlirdi. 100 il keçdikdən sonra, yəni 1929-cu ildə amerikalı F.Şixt elektrik fırçalarını patentləşdirdi.  Yeri gəlmişkən,ilk diş həkimləri etrusklar (İtaliya ərazisində yaşamış qədim xalq) hesab olunur. Onlar dişləri müalicə edə, yeniləri ilə əvəzləyə bilirdilər. Ən qədim diş burğusunun 9000-ə yaxın yaşı var o, Pakistan qəbiristanlığında tapılmışdır.     Müasir anlamda olan stomatologiya isə 1920-ci illərdən başlayaraq diş həkimliyi, ümumi cərrahlığın “çənə və üz quruluşunun cərrahiyyəsi” bölməsi kimi fəaliyyət göstərməyə başlamışdır. Sonralar “diş müalicəsi və cərrahiyyəsi” sahəsi inkişaf etdirilərək,  — “stomatologiya”  adlandırılmışdır...     Hal hazırki dövrümüzdə stomatologiya tibbin ən inkişaf etmiş və hələ də inkişaf yolunda çoxsaylı inqilablar edən sahələrindən biri hesab edilir.  
26.12.2014   2573   151
 
1