NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?

Rövşən Abdullaoğlu


Yazıçı
Bütün yazıları

 
Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?
17.07.2017   1942
33

Milli.Az İlkin İzzətin tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlu ilə cinsi inqilab mövzusunda növbəti söhbətini təqdim edir:  

 

"Bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər".


- Sizinlə təxminən 3 ay əvvəl "Bir stəkan su" nəzəriyyəsi və ya cinsi, seksual inqilab barədə danışmışdıq. Müsahibəyə olan böyük marağı nəzərə alaraq sizinlə mövzu ətrafında başqa məsələləri də müzakirə etmək istərdim.


- Buyurun, böyük məmnuniyyətlə.

 

- Sizcə gənclərin elan olunmuş cinsi inqilabdan olan gözləntiləri özünü doğrultdu?

- Bir çox hallarda gəncləri buna təhrik edən cinsi ehtiyacları idi. Lakin onlar unudurdular ki, bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər. Əks halda insanın boğulması təhlükəsi vardır. Soyuqdan qorunmaq üçün də bir tonqal kifayətdir, bütün meşəni yandırmağa gərək yoxdur. Lakin bunu düşünməyən insan o dövrdə cinsi ehtiyaclarının ödənilməsi üçün bütün dünyada cinsi hərcmərcliyin yaranmasına rəvac verdi.

 

Cavanlar bu inqilabın nəticələrini düşünmədən kor-koranə ona dəstək verdilər. Ancaq sonradan bu inqilabın onların evlərinə, ailə üzvlərinə, qohumlarına qədər gəlib çıxdığını gördükdə, onun fəsadlarını öz üzərlərində hiss etdikdə peşman oldular. İnqilab onların təsəvvür etdikləri kimi olmadı. Cavanlar düşünürdülər ki, cinsi inqilab onlara sadəcə olaraq cinsi münasibətlərdə azadlıq və rahatlıq gətirəcək. Sonradan isə anladılar ki, bu  bir atəşdir, yandırıldıqda bütün ətrafı alova bürüyür, heç kəsə də aman vermir. Ondan sonra insanlar özlərini aldanılmış gördülər. Düzdür, heç bir halda oyanmayan sadəlövlər də vardır.

 

- Bəziləri hesab edirlər ki, cinsi istək təbii bir hissdir və cinsi inqilab o dövrün mühafizəkar mühiti üçün zəruri idi. Psixoloqlar və həkimlər cinsi ehtiyacların ödənilməməsinin hormonal pozuntulara, psixoloji vəziyyətin, əhval-ruhiyyənin korlanmasına, insanın daha aqressiv və gərgin olmasına səbəb olduğunu deyirlər.

 - Cinsi məsələlərin insan həyatındakı zəruriliyinin ifrat şişirdilməsi də məhz seksual inqilab dövrünə xasdır. Bunun da nəticəsi olaraq cinsi hisslər digər hisslərdən daha ali, daha mühüm və dəyərli kimi təqdim edilirdi. Cinsi inqilabın yetişdirdiyi elm adamları az qala bütün psixoloji, fizioloji, ictimai və ailə problemlərinin səbəbini cinsi məmnunsuzluqda görürdülər. Lakin dəqiq statistik məlumatlar bunun əksini deyir. Belə ki, dünyada hər 5 adamdan ən azı 1-i müxtəlif səbəblərdən intim əlaqəyə girmədən yaşayır. Bəzi ölkələrin ailə planlama mərkəzlərinin statistik məlumatları göstərir ki, əhalinin təxminən yarısı bir aydan çox intim əlaqəyə girmir, bəzilərində isə əhalinin isə 1/3-i ildə yalnız bir dəfə intim əlaqəyə girir. Bir çox araşdırmalara görə isə qadınlar üçün intim münasibətlər heç də bəzilərinin uydurduğu "elmi mif"lərdə deyildiyi qədər də önəmli deyilmiş.

 

Uzun müddətli intim məhrumiyyət bütün bu insanlarda vəd olunduğu kimi nə fiziloji, nə də psixoloji heç bir problem yaratmayıb. Düzdür, cinsi tələbatın uzun müddət ödənilməməsi müəyyən problemlərə yol aça bilər, ancaq bu, heç də ictimaiyyətə təqdim olunan səviyyədə deyildir.


 

Cinsi inqilab nəticəsində insan iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı


- Cinsi hissin mühüm olduğunu bu qədər təbliğ etmək digər insani hisslərin dəyərsizləşdirilməsinə səbəb ola bilər?

- "Həyatımızı idarə edən cinsi istəkdir", "cinsi hisslər təmin olunmadıqda insan ən pis psixoloji və fizioloji xəstəliklərə tutulur, həyatı məhv olur, aqressivləşib vəhşi heyvan kimi olur" və sairə kimi şüarlar cinsi hissin əhəmiyyətinin ifrat şəkildə şişirdilməsidir. Vilhelm Rayx, Ziqmund Freyd kimi şəxslərin də bu təbliğata böyük töhfələri olub. Nəticədə digər insani hisslər, yəni məhəbbət, fədakarlıq, bütün mənəvi hisslər, şəxsiyyət hissi, inam, vicdan, insaf, bütün intellektual hisslər, humanizm hissi, həmçinin sevginin müxtəlif obyektləri - valideyn, övlad, vətən kölgədə qaldı. Daha çox diqqət şəhvət hissinə yönəldi. Sonda insan heyvanın səviyyəsinə düşdü, mənəvi varlıqdan çıxıb şəhvətlərinin əsiri olan, həyatına yalnız seksual istəklərin hakim olduğu biocanlıya çevrildi. Seksual inqilabın yetişdirdiyi insanın fikri-zikri yalnız bir şey oldu - "cinsi istəklərin anındaca tamlığı ilə təmin edilməsi". Əks halda o, psixoloji xəstə olar, böyük cismani xəstəliklərə tutular. İş o yerə çatıb ki, seksual inqilabın həvariləri olan bəzi "alimlər" davamlı intimin az qala xərçəngi belə müalicə edəcəyini deyirlər. Hətta davamlı intim münasibət insanın müdrikliyinə belə təsir edirmiş, az qala desinlər ki, bütün xəstəliklərin müalicəsi intim əlaqədədir. Onların dediklərini eşitdikdə təəccüb edərək düşünürsən: "Görəsən Afrikanın vəhşi qəbilələri, fahişə qadınlar, əyyaş həyat tərzi keçirən kişilər niyə dünyanın ən müdrik, ən ağıllı insanları olmurlar?! Nəyə görə ən çox psixoloji və cismi xəstəliklər məhz onlarda tapılır?!" Bəli, seksual inqilabın həvariləri bunu düşünməyiblər. Sadəcə belələri üçün mühüm olan öz düşüncələrinin mütləq formada qəbul olunmasıdır. Bunun üçün də məlumatların təhrif olunması, informasiyanın şişirdilməsi də daxil olmaqla hər yola əl atmağa hazırdırlar. Bu inqilabın ən elmli, savadlı sayılan nəzəriyyəçilərində belə vəziyyət bu cürdür.

 

Cinsi inqilabın nəticəsi olaraq insan bir bütöv olmaqdan çıxdı və iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı. Bu inqilabın tərəfdarları insan bədənində beldən aşağı hissənin daha mühüm olduğuna təkid edirdilər. Özləri beldən aşağı düşünür, fəlsəfələri də buna əsaslanırdı. Nəticədə isə beldən yuxarıda bütün ülvi hisslərin məkanı olan qəlb və bütün intellektual hisslərin məkanı olan beyin diqqətdən kənarda qaldı və zamanla dəyərsizləşdi. "İnqilabçılar"a görə düşünmə və mühüm hiss orqanları beldən aşağıda yerləşir və əvvəllər düşündüyümüz kimi insanı heç də beldən yuxarıda olan baş idarə etmir...

 

- Bəs, ziyalılar cinsi inqilabı niyə dəstəkləyirdilər?

- İnqilabı bütün ziyalılar dəstəkləmirdi. Dəstəkləyənlər isə bunu bəzi məqsədləri və şəxsi mənfəətləri üçün edirdilər. Məsələn, onlar bu inqilabın totalitar rejimlərə, teokratiyaya, dinin bütün sahələrdə hegemonluğuna son qoya biləcəyini düşünürdülər. Məsələn, alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" kimi esselərində cinsi azadlıq uğrunda mübarizəni siyasi azadlıq üçün bir vasitə bilirdi.

 

Cinsi inqilabın əsasını qoyan nəzəriyyəçilərdən olan Vilhelm Rayx isə cinsi hisslərin tam azadlığını insanın psixoloji sağlamlığı ilə əlaqələndirirdi. Rayxa görə, hətta uşaqların da cinsi hisslərini istədikləri kimi ödəmələri üçün azad şərait yaradılmalıdır. Onlara imkan verilməlidir ki, onanizmlə məşğul olsunlar, öz yaşıdları ilə istədikləri kimi seksual oyunlar oynasınlar. Onun hesablamalarına görə, bu, uşaqların psixoloji sağlam böyüməsinə, bununla da cinayətlərin azalmasına, azğınlıqların qarşısının alınmasına səbəb olacaqdı.

 

Rayx hesab edirdi ki, cinsi inqilab bütün ictimai əxlaqsızlığın, pornoqrafiyanın yayılmasının, zorakılığın, cinsi təcavüzün qarşısını alacaqdır. Ona görə insan cinsi məsələlərdə tam azad olduqda artıq öz şəhvətini qeyri-qanuni yollarla təmin etməyə də ehtiyac duymur.

 

Rayxın fikirləri sonradan Simone de Bovuar kimi eksiztensializm nümayəndələri də daxil olmaqla başqaları tərəfindən istifadə olunmağa başladı.

 

Dəhşət doğuran statistika


- Rayxın fikrində az da olsa həqiqət varmı? Cinsi azadlıq ictimai fəsadın, cinsi hərcmərcliyin, təcavüzün qarşısını almaqda heç cür faydalı ola bilməzmi?

- Əslində elə həyatın özü rayxkimilərin öz nəzəriyyələrində yanıldıqlarını göstərdi. Lakin dünya bu nəticəyə çox ağır itkilər bahasına gəldi. Heç bilirsinizmi bu uğursuz eksperiment hansı acı nəticələrə səbəb oldu? Tam cinsi azadlığın cinsi hərcmərclikdən nə fərqi var ki?! Bu ikisi də eyni şey deyilmi?! Cinsi hərcmərcliklə cinsi hərcmərcliyin qarşısını necə almaq olar? Bir cəmiyyətdə narkotik maddələrin azad istifadəsinə şərait yaratmaqla narkomaniyanın qarşısını almaq olarmı?

 

Mən bayaq bəzi statistik göstəriciləri açıqladım. Həmin məlumatları hər kəs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər səlahiyyətli qurumların rəsmi hesabatlarında görə bilər. Bunun üçün mövzu üzrə statistika aparan qurumların rəsmi saytlarına, etibarlı xəbər portallarına müraciət etmək də kifayətdir.

 

ÜST-nin açıqlamasına görə, qadınlara şiddət və zorakılıq halları qloballaşıb. Açıqlamaya əsasən, qadınların 35 faizi həyatında öz intim tərəfdaşı, yaxud da başqası tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada qadın qətllərinin 38 %-i intim tərəfdaşları tərəfindən törədilir.

 

ABŞ-da keçirilmiş ictimai sorğuya əsasən, 17 yaşdan yuxarı qadınların 14,8 %-i ömürlərində ən azı bir dəfə cinsi təcavüzə məruz qalıblar, 2,8 % qadınlara qarşı isə zorlama cəhdi olub.

 

Orta məktəblərdə keçirilən sorğular da narahatedicidir. Məsələn, Kanadada məktəb qızlarının 23% -i məktəbdə cinsi sataşmaya məruz qaldıqlarını deyirlər. Bütün bunlar cinsi inqilabın dünya cəmiyyətinə olan "töhfəsi"dir. Bu inqilabın təsiri azyaşlı qızlardan da yan keçməyib. Azyaşlı qızlara təcavüz dünyada kəskin surətdə artır. Amerikada təcavüzə məruz qalan qadınların yarıdan çoxu 18 yaşa qədər şəxslərdir. Bunların da 22 %-ni 12 yaşa qədər olan qızlar təşkil edir.

 

Azyaşlı uşaqların iştirakı ilə çəkilmiş porno filmlərin də sayı artır. Bu da belə filmlərə olan tələbatın çoxaldığını göstərir. Dünyada fahişəliyi özünə daimi sənət seçmiş qadınların sayı da kəskin surətdə artır.

 

Ən qəribəsi odur ki, valideynlər tərəfindən uşaqlara qarşı əxlaqsız davranışların sayı çoxalıb. Müxtəlif araşdırmalara görə uşaqlara qarşı edilən cinsi sataşmanın 40 %-i onların valideynləri tərəfindən edilir. Cinsi inqilab artıq valideynlərin nəzərində belə bu cür davranışları adiləşdirib.

 

Cinsi inqilabın fonunda qadın alveri də "çiçəklənir". Hesablamalara görə, ildə 700 mindən 2 milyonadək qadın xarici ölkələrə cinsi istismar üçün satılır. Halbuki, 5 il əvvəl bu göstərici bundan 50 % aşağı idi.

 

Qadınlara qarşı olan cinsi xarakterli sataşmalar son onillərdə Qərbdə güclü diskusiya predmetinə çevrilib. Amerikada İşçinin Peşəkar Keyfiyyətinin Qorunması Təşkilatının keçirdiyi sorğunun nəticələri cəmiyyəti dəhşətə gətirib. Belə ki, sorğuda iştirak etmiş 10 min qadının 42 % -i iş yerində seksual sataşmaya məruz qaldıqlarını bildirib, 62 %-i onlara seksual xarakterli toxunuşların olduğunu etiraf edib, 20 %-i isə işdə cinsi təcavüzə, yaxud da zorlama cəhdinə məruz qaldıqlarını etiraf ediblər.

 

Hətta 1986-cı ildə Amerikada cinsi sataşmaya görə cinayət məsuliyyəti də nəzərdə tutulub. Buna baxmayaraq, şikayətlər ildən-ilə daha da çoxalır. Belə ki, 5 il ərzində bu göstərici düz 2 dəfə artıb.

 

Cinsi inqilabın "töhfələri"ndən biri də homoseksuallığın, eynicinsli evliliklərin leqallaşmasıdır. Bir çox araşdırmalar bunun nəticəsi olaraq azyaşlı oğlan uşaqlarına və yeniyetmə oğlanlara qarşı cinsi təcavüzün sürətli şəkildə artdığını göstərir. Əgər XX əsrin yarısına qədər dövrlərdə daha çox qadına təcavüzdən söhbət gedirdisə, cəmiyyətdə qadını qoruma işləri gücləndirilirdisə, indi oğlan uşaqlarının da cinsi istismar təhlükəsi yüksəkdir. İnkişaf etmiş ölkələrdə aparılmış araşdırmalar 5-10 % kişilərin uşaqlıqda cinsi zorakılığa məruz qaldıqlarını göstərir. Bəzi ölkələrdə bu göstərici kişilər arasında 20 %-dir. Əslində isə reallıq bu göstəricilərdən daha dəhşətlidir. Belə ki, məktəblərdə, zindanlarda, bağçalarda, qaçqın düşərgələrində, xəstəxanalarda, psixoloji dispanserlərdə cinsi zorakılığa uğramış azyaşlıların, qız və ya oğlan yeniyetmələrin dəqiq statistikasını aparmaq mümkün deyildir. Ekspertlər deyirlər ki, təcavüzə məruz qalmış insanların əksəriyyəti, xüsuən də kişilər heç zaman bunu heç kəsə bildirmirlər. Buna səbəb utanmaq hissi, ictimai qınaq, özünü müqəssir bilmək, qorxu və digər amillərdir.

 

Dünyanın bir çox tibb mərkəzlərində həkim kişilər tərəfindən xəstələrə və tibb bacılarına qarşı təcavüz halları da artıb. Bütün bu dəhşətli göstəricilər cinsi inqilabın iflasını göstərir.

 

Cinsi azadlıq hər şeyə biganə insan yetişdirir

- Görəsən, cinsi hisslərin azad buraxılması nəyə görə vəd olunduğu kimi cəmiyyəti islah etmək əvəzinə vəziyyəti daha da pisləşdirdi?
- Çünki cinsi ehtirasın sonu və həddi yoxdur. Rayxın dediyi kimi uşaqları erkən yaşlarından heç bir əxlaq normalarına bağlı olmadan, seksual azad böyütmək cəmiyyətə seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan, məsuliyyətsiz bir şəxs təqdim etmək deməkdir.

 

Elə buna görədir ki, bu inqilabın bir çox tərəfdarları sonradan öz yanıldıqlarını etiraf edib, fikirlərindən dönüblər. Hətta Herbert Markuze belə sonradan gənclərin seksual azadlıqları barəsində olan fikrini dəyişib. 1968-ci ildə o, Qərbi Berlində yerləşən kommunaların birində olur. Bu kommuna "sağlam orqazm" adlanırdı və burada cinsi hərc-mərclik hökm sürürdü. Markuze burada olan pozğun cinsi həyat yaşayan insanların biganə, sönük xarakterlərini görüb dəhşətə gəlir. Ondan sonra əsərlərində vurğulayır ki, cinsi azadlıq mütləq olaraq siyasi əxlaqla birgə olmalıdır. Anlayır ki, cinsi azadlıq hər şeyə biganə bir insan yetişdirir.

 

- Ancaq bəzi ölkələrə baxanda Amerika və Avropa ölkələrində vəziyyət elə də pis deyil. Elə ölkələr var ki, onlarda cinsi sataşma və zorakılıq halları daha yüksəkdir.

Məsələn hansı ölkələr?


- Götürək elə Cənubi Afrika Respublikasını (CAR). Statistikaya görə dünyada ən çox cinsi təcavüz və seksual xarakterli sataşma halları məhz CAR-da baş verir...

- Düz deyirsiniz. CAR bu cəhətdən siyahıya başçılıq edir. BMT-nin məlumatlarına əsasən, dünyada ən çox cinsi təcavüz məhz orada baş verir. Müqayisə üçün deyim ki, ABŞ-da 100 min nəfərə 27,3 təcavüz halı baş verirsə, CAR-da bu göstərici 132,4-dir. 2011-2012-ci ildə orada 64 min cinsi təcavüz halı qeydə alınıb. Bu rəqəmin hardasa yarısını uşaqların payına düşür.

 

Əslində bu, cinsi inqilabın iflasına daha bir dəlil hesab olunmalıdır. CAR mühafizəkar, yaxud teokratik bir dövlət deyil. CAR cinsi inqilaba qucaq açmış ilk Afrika ölkəsidir. Bu ölkə hətta bəzi addımlarına görə istənilən Avropa ölkəsini mat qoyar. Bu ölkənin parlamentinin 80 %-i 2006-cı ildə həmcinslərin nikahına müsbət səs verməklə onu qanuniləşdirib. Beləliklə, CAR Afrikada bu addımı atmış ilk və dünyada isə beşinci ölkə oldu. Homoseksualların rəsmən ilk hüquqları barəsində addımlar isə daha əvvəldən - 1998-ci ildən atılıb.

 

Sistemdə olan boşluqlara, bir çox ictimai faktorlara görə seksual inqilabın fəsadları burada özünü daha qabarıq göstərir. Avropa və Amerikada ictimai asayiş, mühafizə sistemi güclü olmasaydı, seksual inqilab oranı CAR-ın vəziyyətinə döndərərdi.

 

CAR-ı cinsi zorakılıqda dünya reytinqində birinci yerə çıxardan orada cinsi azadlığa icazə verilməsi və bir də Qərb ölkələrindən güclü təsirlənməsidir.

 

Seksual inqilabın baş verdiyi Qərb ölkələrində qadın zorakılığı, cinsi fəsad kifayət qədərdir. Halbuki, bu ölkələrdə cəzalar sərtdir və qanun keşikçilərinin də fəaliyyəti zəif deyil. Əgər Amerika və Avropa ölkələrində cəza və hüquq sistemi, ictimai nəzarət çox aşağı səviyyədə olsaydı, vəziyyətləri CAR-dakından da pis olardı. Belə götürəndə, ABŞ reytinq cədvəlində ilk beşlikdədir. Bu, isə kifayət qədər dəhşətli faktdır. Bəzi illərdə isə siyahında dünyada qadına ən çox təcavüz olunan 3-cü ölkə statusuna qədər yüksəlib. İsveç isə bəzi araşdırmalara görə ikinci yeri tutur. Ümumiyyətlə, elə bir Avropa ölkəsi yoxdur ki, qadın zorakılığı, yaxud da cinsi sataşma göstəricisi qənaətbəxş olsun. Statistikalar insanı dəhşətə gətirir. Belə olduqda Amerika və Avropa ölkələrində vəziyyətin qismən yaxşı olmasından danışmaq düzgün deyildir.


Müsəlman ölkələrində cinsi zəmində törədilən cinayətlər daha azdır.


- Bəs müsəlman ölkələrində vəziyyət nə yerdədir?

- Təbii ki, müsəlman ölkələrində də qadına təcavüz hallarına rast gəlinir. Ancaq bu hallar seksual inqilab olan ölkələrdən qat-qat azdır. Müsəlman ölkələrində əxlaqsız filmlər, gecə klubları, fahişəlik və sairə qadağandır. Qərbdə isə qadınlar vitrinlərdə çılpaq dayanaraq özlərinə müştəri cəlb edirlər. Bir çox böyük küçələri sadəcə fahişəlik sənayesində çalışanlar üçün ayırıblar, cinsi xidmətin demək olar ki, bütün növlərini leqallaşdırıblar.

 

Müsəlman ölkələrində bu cür fəsad işlər qadağan olduğuna görə, onlarda cinsi zəmində olan cinayətlərin göstəriciləri çox aşağıdır.


- Ancaq hər bir halda İslam ölkələrinin sərt şəriət qanunları, mühafizəkarlıqları cinayətin, xüsusən də zorlamaların qarşısını tam ala bilməyib.

- Təbii ki, intellektual və əxlaqi çökmüş insanlar hər bir ölkədə var. İnsan olan yerdə nəfs, istək, cinayət etmək fikri də olacaq. Təbii ki, bəzilərinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilər. Belələri hər yerdə cinayət törədəcəklər. Sadəcə burada söhbət cinayətin faizindən, minimallaşdırılmasından, cinayətin qarşısını almaq üçün cəmiyyətin, dövlətin hansı üsulları seçməsindən, hansı addımın cinayətin daha da artmasına gətirib çıxarmasından gedir.

 

Bir də ki, onu da unutmayaq ki, müsəlman ölkələrinin özündə belə İslam qanunları tamlığı ilə tətbiq olunmur. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Müsəlman ölkələrində baş verən özbaşınalıq daha çox yad mədəniyyətin təsiri altında olan, İslami dəyərlərdən uzaq qruplar arasında yayılıb. Ancaq nə cür olursa olsun, bütün statistik göstəricilərə görə burada cinsi pozğunluq seksual inqilab baş vermiş ölkələrdən çox aşağıdır.


Lakin...


- Məncə cinsi hisslərin tam boğulması da doğru deyil, əks halda bunun ictimai fəsadları qaçılmaz olar...

- Əlbəttə. İnsan daxilinə qoyulmuş hər bir hissin qarşılığının verilməsi təbiidir. Amma bu məsələdə orta xətti gözləmək mühümdür. İntim mövzularda tam sərbəstlik və tam qadağa yanaşmaları arasında qızıl ortanı tutmaq lazımdır. Biz bu mövzulara tam qapalı olan bəzi mühitlərin də bir çox problemlərlə üzləşdiklərini görürük. İnsanı ona verilmiş heç bir təbii hissdən məhrum etmək olmaz. Sadəcə bizim mövzumuz cinsi azadlıqdan olduğu üçün bu məsələnin yaratdığı problemləri açıqladıq və digər tərəfinə toxunmadıq.


Söhbətləşdi İlkin İzzət

Milli.Az

 
 
 
 
Şərhlər
 
Digər yazıları (21)
Bütün yazıları
Tanınmış yazıçı, filosof-psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: BÖYÜK YALAN - Sizinlə yalan, tarix və maddiyyat mövzuları barədə söhbət etmək istəyirəm. Sizcə, böyük bir yalanın tarixə yol tapması mümkündürmü? Elə bir yalan ki, əksəriyyəti inandırmış olsun. - Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") əsərində bu barədə maraqlı sözlər var: "Bu cənablar "hər nə qədər dəhşətli yalan danışsan, o qədər sənə tez inanarlar". Adi insanlar kiçik yalandan daha çox, böyük yalana inanırlar. Bu, onların bəsit düşüncələrilə əlaqədardır. Onlar kiçik yalanı hər kəsin uydura biləcəyini bilirlər, ancaq çox böyük yalanı uydurmağa (o adi insanlar), bəlkə də, utanırlar. Böyük yalan onların (bu sadə insanların) beyninə belə gəlməyəcəkdir. Bax məhz buna görədir ki, kütlələr təsəvvür belə edə bilmirlər ki, (özləri edə bilmədikləri üçün) digərləri də çox dəhşətli yalan danışa, bu cür, vicdansızcasına faktları təhrif edə bilərlər. Hətta əgər onlara bu yalanın dəhşətli miqyasları başa salınsa da, onlar yenə də bu barədə şəkk etməyə davam edəcək və "yəqin ki, burada hər halda bir həqiqət vardır" deyə düşünəcəklər. Buna görədir ki, mahir yalan ustaları və yalnız yalan üzərində qurulmuş bir çox partiyalar tarix boyu məhz bu metoddan istifadə etmişlər. Yalançılar kütlələrin bu xüsusiyyətini çox gözəl bilirlər".   Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər  http://news.milli.az/country/467220.html  "Böyük yalan" - müxtəlif təbliğatlar üçün istifadə olunan üsuldur. Məharətlə qurulmuş böyük yalanda kütlələri inandırmaq gücü vardır. Deyirlər ki, İblisin Adəm peyğəmbəri (ə.s) aldatmasının da səbəbi İblisin məhz Allaha and içməsi olub. Adəm peyğəmbər (ə.s) o vaxta qədər Allaha yalan and içən birini görməmişdi və kiminsə Allaha yalandan and içə biləcəyi onun ağlına belə gəlmirdi. Hitler hesab edirdi ki, dünya gücləri almanlar barədə məhz bu metoddan istifadə edirlər. Onu da qeyd edim ki, Adolf Hitler, II Dünya Müharibəsi, Lenin, Stalin, SSRİ barədə bir çox faktlar əslində bizə təhrif olunub, başqa formada çatdırılıb. Unutmayaq ki, tarixi qaliblər yazırlar. O qaliblər də məğlub etdikləri düşməni istədiyi kimi mənfur simada tanıda, özləri barədə istədikləri faktı dəyişdirə bilərlər. Qərbin orta əsrlər tarixində, ümumiyyətlə bir çox dövlətlərin tarixində bu cür əksəriyyət tərəfindən doğru olaraq qəbul edilmiş böyük yalanlara rast gəlmək mümkündür.   - Sizcə, cəmiyyətlərin tarixi inkişafı, ümumiyyətlə tarix mistik bir iradənin istəyini əks etdirirmi? Əgər belədirsə, bu tarixi hərəkətin son hədəfi varmı?   - Siz tarixi-fəlsəfi bir baxış olan providensializmə işarə etdiniz. Providensializm tarixi hadisələri yaradılışa hakim olan sistemin məqsədyönlü cərəyanı kimi izah edir. Bu fikrə görə, kainatı idarə edən Ali İdrak vardır və o Ali İdrak insanlığın qurtuluş və cəmiyyətin nizamını qoruma planını tarixdə bəzi yüksək məqamlı şəxslərin əli ilə gerçəkləşdirir. Biz müqəddəs Avqustinin, Pavel Oroziyin, bizans xronistlərinin və digərlərinin yazılarında görürük ki, tarix İlahi İradə tərəfindən özünün istəyinə uyğun olaraq yazılır. Təbii ki, onlar hesab edirdilər ki, burada vasitə olaraq insanlardan istifadə edilir. Qərbdə providensializm orta əsrlərin sonlarına doğru Jak Benin Bossüye, daha sonra alman fəlsəfi məktəbi tərəfindən də işlənməyə başlandı. Fridrix Hegel deyirdi ki, bütün yaradılışın əsasında duran Dünya İdrakının və ya Dünya Ruhunun özünü mütləq olaraq aşkar etdiyi zaman "tarix"dir. Hegelə görə, tarixi şəxsiyyətlər ən ali canlı varlıq olan Dünya Ruhunun yer üzündə olan ən etimadlı yardımçılarıdırlar. Onlar o Ruhun istəklərini həyata keçirir və tarixi lazım olan istiqamətə yönləndirirlər. Tarixi şəxsiyyətlərin fəaliyyətləri mənasız və hədəfsiz deyildir. Belə ki, onlar qaçılmaz olan tarixi prosesləri üzə çıxarırlar.      Lev Tolstoy da "Hərb və sülh" romanında tarixi providensializmə toxunub. O yazırdı: "İnsan şüurlu olaraq (elə zənn edir ki,) özü üçün yaşayır. Lakin şüursuz olaraq tarixi və ümumbəşəri hədəflərin həyata keçməsi üçün bir silah rolunu oynayır... İnsan hər nə qədər ictimai pilləkənin yuxarısında durursa, bir o qədər onun hər bir hərəkətinin qaçılmazlığı və qabaqcadan təqdir olunduğu aydın görünür... Şah tarixin quludur".   Biz  tarixi gedişatın bu cür izahını marksizmdə də görürük. Bir fərqlə ki, onlar tarixi hadisələri kənardan müdaxilə edən Ali Varlıq ilə deyil, sırf maddi faktorlarla izah edirdilər.   Aydındır ki, tarixə bu cür baxış tarixin məqsədyönlü şəkildə onun üçün təqdir olunmuş hədəfə doğru getdiyini də qəbul edir. Providensializmə görə, bu hədəf Ali İdrakın qanunlar sisteminin və mənəvi dəyərlərinin Yer üzünə tam hakim olmasından, bəşərin hərtərəfli qurtuluşundan, düşüncəsinin genişlənməsindən ibarətdir. - Lakin müharibələr, böyük miqyaslı cinayətlər bütün tarix boyu mövcud olub və vəziyyət bu gün də müsbətə doğru dəyişməyib.    - Tarixə providensial baxışa görə, insan iradə azadlığından məhrum deyildir. Öz yolunu özü seçir. Sadəcə olaraq o, hər nə cür hərəkət etsə də, tarixin son hədəfə doğru getməsinin qarşısını ala bilməyəcəkdir. Dünya zamanla ali mənəvi dəyərlərin ucalığını düşünülmüş formada qəbul etməyə doğru gedir. İnsanlar hər bir formalı modelləri, müxtəlif dəyərləri, qanunları həyatlarına tətbiq edirlər. Hər dəfə də yanıldıqlarını anlayırlar. Hazırda bəşəriyyət özünün dəliqanlılıq dövrünü yaşayır. Lakin uzun çəkişmələrdən sonra tutduqları heyvani yolun səhv olduğunu anlayacaqdır. Providensializmə görə, bütün bunlar Ali Qüvvənin həqiqətləri insanların könüllü və düşünərək qəbul etmələri üçündür. Bütün bunlar ali planın bir hissəsidir. O, insanları heç bir işə məcbur etmir, sadəcə olaraq düzgün nəticəyə gəlmələri üçün müəyyən istiqamət verir, müəyyən müdaxilələrlə onlara doğru yollarını göstərir. - İslam tarixində necə, bir az əvvəl qeyd etdiyimiz belə böyük yalanlar varmı?   - Bəli, var. - Bəs islam dini providensializmə, yəni tarixə kənar iradənin təsir etməsi məsələsinə necə baxır?   -Tarixi hadisələrə baxışı üç yerə bölmək olar: tarixi məcburiyyət və ya tarixdə mütləq providensializm, tarixi təsadüf və orta yanaşma.   İslamın tarixə özünəxas yanaşması vardır. İslam insanların hər birinin azad fəaliyyətə malik olduqlarını qəbul etməklə yanaşı, tarixə hakim olan ümumi proqramdan da bəhs edib. Bu proqramı həyata keçirənlər də məhz iradə sahibi olan insanlardır. Bu tarixi proqrama görə, sonda dünyaya ümumdünyəvi bir ədalət sistemi hakim olacaqdır. Dünya cəmiyyətlərini bu ədalətli sonluğa doğru istiqamətləndirənlər isə məhz seçilmiş xüsusi insanlardır. Bu insanlara ümumi olaraq ən kamil insanlar da demək olar. Dinlər bu kamil insanları peyğəmbər, Allahdan xəbər gətirənlər və onların xüsusi canişinləri kimi təqdim edir. Bu seçilmiş şəxslər Tanrının iradəsinin yer üzündə olan icraçılarıdır. Məsələn, tarixə "Kərbəla hadisəsi" kimi həkk olunan inqilabın baş qəhrəmanı Hüseyn ibn Əli (red. Hz. İmam Hüseyn (əs.)) də qiyamının bir çox mərhələsində dəfələrlə bu işi ilahi istək əsasında etdiyini qeyd edirdi. O, hətta Kərbəlada şəhadətinin belə ilahi göstəriş əsasında olduğunu bildirir. TARİXİ QANUNAUYĞUNLUQLAR SİSTEMİ İDARƏ EDİR - Belə çıxır ki, tarixdə də müəyyən qanunauyğunluq mövcuddur?   - Tarixə də kainata, təbiətə hakim olan səbəb-nəticə qanunu hakimdir. Yaradılış aləmindəki səbəbiyyət qanunu bunu deyir: "Hər bir hadisənin baş verməsinin özünə uyğun şəraitləri, səbəbləri vardır. O səbəblər və şərait mövcud olan kimi ondan həmin nəticələrin törəməsi mütləqdir. Səbəblər olmasa, hadisələrin törəməsi də qeyri-mümkündür". Yaradılışdakı səbəbiyyət qanunu barədə dediklərimizi eynilə tarix barəsində də demək olar. Tarixi səbəblərin doğurduğu nəticələr arasında da od və hərarət arasındakı kimi rabitə vardır. Otaqda hərarət yaratmaq üçün sobanı qalamaq lazımdır. Soba yanan zaman otağın isinməməsi qeyri-mümkündür. Tarixin gedişində də həmin qanunauyğunluq izlənilir. Belə ki, müəyyən tarixi səbəblərin formalaşması ilə ona uyğun nəticələrin hasil olması qaçılmaz olur. Buna tarixi səbəbiyyət və ya tarixi determinizm deyirik. Nəticədə məlum olur ki, tarixə nizamlı, dəqiq və dəyişməz qanunauyğunluqlar sistemi hakimdir. Tarixi də məhz bu sistem idarə edir.   Ancaq onu da qeyd edək ki, tarixi determinizm insanları, tarixi şəxsiyyətləri məsuliyyətdən azad etmir. Çünki biz tarixi şəxsiyyətlərdən "Nəyə görə bu zülmü etdin?", "Nəyə görə bu qədər qətlləri törətdin?", "Niyə bu fəlakətin qarşısını almadın?" deyə soruşub onları mühakimə edə bilərik.   - Deməli, cəmiyyət sanki vahid canlı varlıq kimidir?   - Cəmiyyət də bir heyvan, bitki və ya insan kimi mövcudiyyətə malikdir. Cəmiyyətin fərdləri də onun bədən üzvləri kimidir. Cəmiyyətin də böyüməsi, yeniyetməlik dövrü, qocalması və ölümü vardır. Hər bir mərhələnin baş verməsinin də, xəstələnməsinin və ölümünün də öz səbəbləri vardır. - Onda bəs tarixçilərin əsl vəzifəsi, missiyası nədən ibarətdir?   - Tarixçilər əslində cəmiyyətin bələdçiləridirlər. Onların vəzifəsi odur ki, tarixi hadisələrin əsl səbəblərini üzə çıxarıb dəqiq təhlil etsinlər. Həqiqi tarixçilər tarixi qanunauyğunluqları kəşf etməlidirlər. Keçmişdəki millətlərin, ölkələrin tənəzzülə, məhvə, yaxud da tərəqqiyə, qurtuluşa çatdıqları yolları, tarixi qanunları müəyyən etməlidirlər. Məsələn, keçmiş xalqların hansı davranışları onları əsir və qul, hansı fəaliyyətləri ağa və hakim etdi? Daha sonra onlar əldə etdikləri nəticələri insanlara, öz cəmiyyətlərinə başa salmalıdırlar ki, onlar da həmin qanunları bilsinlər, keçmişdəkilərin səhvlərini təkrarlamasınlar, səadətə qovuşmuş cəmiyyətlərin fəaliyyətlərini icra edib eyni uğurlu nəticələrə nail olsunlar. BƏZİ DAVRANIŞ POZUNTULARI CƏMİYYYƏTİN SÜQUTUNA SƏBƏB OLUR  - Sizcə, dünyanın düşüncə məktəblərinin cəmiyyətlərə hakim olan qanunlara baxışı nə dərəcədə doğru, nə dərəcədə düzgündür?   - Düşüncə məktəblərinin Qərb modelində adətən cəmiyyətlərin inkişaf və ya məhvi sırf maddi, tarixi, iqtisadi amillərlə əlaqələndirilir. Bir halda ki, onlar bir çox qeyri-maddi faktorları unudurlar. Bu faktorlar cəmiyyətin əxlaqi, mənəvi və ideoloji vəziyyəti ilə birbaşa əlaqəlidir. Belə ki, qeyri-maddi, mənəvi amillərin də cəmiyyətlərin tarixi inkişafına təsiri olduğunu bilmək lazımdır. Tarix də göstərir ki, bu amillərin cəmiyyətin inkişafına təsiri qaçılmazdır. O məktəblərdə məhz bu məqama qətiyyən diqqət yetirilmir.   Düzgün modelə görə isə cəmiyyətin ideologiyası, əxlaqi-mənəvi vəziyyəti və davranışları onun taleyində böyük təsirə malikdir. Belə ki, xurafi, yanlış ideologiya, mənəvi dəyərlərin ucuzlaşması, pozğunluq, əyyaş həyat tərzi, total erotizasiya, zülm və digər böyük davranış pozuntuları cəmiyyətin süqutuna səbəb olur.   Qorxaq cəmiyyətin yetişdirdiyi fərdlər də özünə bənzəyəcək http://news.milli.az/country/468336.html              - Sizcə, tarixin bir nömrəli, ən güclü diktatoru kim olub? - Pul, var-dövlət. O, ən güclü diktatordur. Günümüzün də ən nüfuzlu və qüdrətli diktatoru məhz odur. Bu diktator sərhəd, millət, irq, məzhəb və din tanımır. Səltənəti hər yerə nüfuz edir. Var-dövlət insanların allahına çevrilib. Bir çoxları ona pərəstiş etməkdə davam edirlər. Günümüzün insanı "qızıl buzov" sindromuna tutulub. Nəticədə də Musa peyğəmbərin (əs.) xalqı kimi var-dövlətə baş əyib, pula sitayiş edirlər. "QIZIL BUZOV" GÜNÜMÜZÜN ƏN GENİŞ YAYILMIŞ KÖHNƏ DİNİDİR - Nəyə görə qoyun, at, dəvə, yaxud da başqa heyvan deyil, məhz buzov? Bir də bu "qızıl buzov"un Musa peyğəmbər (əs.) və onun xalqı ilə nə əlaqəsi var?   - Həm İncildə, həm də Quranda bir süjet yer alıb. Musa peyğəmbər (ə.s) Sina dağına vəhy almaq üçün gedir. Onun qayıdışı gözlənildiyindən on gün çox çəkir. Bu zaman mənəvi rəhbərsiz qalmış bəni-İsrail xalqı ümidsizliyə düşür və həqiqi Allaha olan inanclarından əl çəkir, həqiqi mənəvi dəyərlərini unudur. Musanın (ə.s) yoxluğu zamanı onlar bütün qızıl əşyalarını götürüb əridir və ondan buzov heykəli düzəldirlər. Qızıldan tökülmüş buzov heykəlini özlərinə allah qərar verib, ona sitayiş etməyə başlayırlar.   Beləliklə də, "qızıl buzov" təbiri tarixə düşmüş olur. Sonradan bu ifadə bir çox başqa məqamlarda da işlənməyə başlanılır. Fransız dramaturqları Pol Barbye və Mişel Karrenin Hötenin "Faust" əsərinin birinci hissəsi əsasında yazdıqları librettoda da bu ifadə İblisin dilindən işlədilir. Bundan başqa, İlya İlf və Yevgeni Petrovun da 1931-ci ildə yazdıqları "Qızıl buzov" adlı əsəri vardır. - Bütpərəstlərə aid olan "qızıl buzov" ifadəsinin müasir insanla hansı əlaqəsi var?   - "Qızıl buzov" insanın mənəviyyatı düşünmədən yalnız maddi sərvət xatirinə yaşama halını ifadə edir. Bu vəziyyətdə insan elə bilir ki, onu səadətə çatdıracaq amil məhz var-dövlətdir. Bu düşüncə bir çox hallarda şüuraltı mövcud olur və insanın özü də bilmədən onun bütün davranışlarını idarə edir. "Qızıl buzov" sindromuna tutulmuş insan hamıda maddi dəyərlərlə qiymət verir, mühakimələri, qərarları da sadəcə maddiyyatdan qaynaqlanır. İnsani dəyərlər, humanizm, digərlərini düşünmək onun üçün heç bir məna kəsb etmir. Zahirən qayğıkeş kimi görünə bilər, lakin bunun da arxasında maddi maraqlar durur. Ondan yaxşı dost olmasını gözləmək də düzgün deyildir. Çünki o, eqoist və hər məqamda özünü düşünəndir.   Ən qorxulusu da odur ki, yeniyetmələr, cavanlar artıq indidən bu sindroma tutulurlar. "Qızıl buzov" həyat tərzinə malik cəmiyyətdə ailə içində, dostlar və qohumlar arasında mənəvi bağlar zəifləyir, bütün ictimai əlaqələr maddi faydalar əsasında qurulur. "Qızıl buzov" sindromuna tutulmuş cəmiyyət özünün zəif fərdlərinə, həmçinin digər cəmiyyətlərə qarşı çox amansızdır. Dünyanın böyük ölkələrinin bütün xarici siyasəti məhz bu sindromdan qaynaqlanır.   Günümüzün insanı keçmişin bütpərəstlərindən elə də fərqlənmir. Keçmişdəkilər əlləri ilə düzəltdikləri fiqurlara pərəstiş edirdilərsə, müasir insanlar öz əlləri ilə düzəltdiyi texnologiyaya, zinət əşyalarına, mülklərə, sərvətə, maşınlara pərəstiş edirlər. Mahiyyət olduğu kimi qalıb, sadəcə pərəstişin obyekti dəyişib. "Qızıl buzov" günümüzün ən geniş yayılmış köhnə dinidir.   Tanrı Musa peyğəmbərin (ə.s) vasitəsilə insanları özləri kimilərinin (fironların) əlləri ilə düzəldilmiş bütlərə sitayişdən qurtarıb azadlığa çıxartmaq, həqiqi mənəvi dəyərləri onlara aşılamaq, müstəqilliyə çatdırmaq istədi. Ona görə də Musa peyğəmbər (ə.s) xalqını fironun əsarətindən qurtarıb doğma diyarlarına gətirib çatdırdı, öz yerlərinə qaytardı. - Məgər pul, var-dövlətə yanaşma həmişə yalnız mənfi olmalıdır?   - Xeyr. Biz qətiyyən yaxşı yaşamağın, var-dövlətə sahib olmağın əleyhinə deyilik. Əksinə, kasıb yaşamaqdansa, varlı yaşamağın daha yaxşı olduğunu düşünürük. Sadəcə olaraq bir şeyi unutmayaq ki, pul insanların xoşbəxtliyi yolunda, yaxşı yaşamaqları üçün sadəcə bir vasitədir və ona bir vasitə kimi də baxmaq lazımdır. İlkin İzzət Milli.Az
12.12.2016   1719   82
 
Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: Bu tip insanlar çox paxıl və qısqanc olurlar - Özünü dəyərsiz və cılız hesab edən şəxsdə, məncə, böyük həsəd də olar... - Əlbəttə. Hər bir insanın həyatda reallaşdırmaq istədiyi çoxlu sayda arzuları vardır. Ancaq əksər insanlar bu arzularını həyata keçirə bilmir, həyatın onlara təqdim etdiyi fürsətləri əldən verirlər. Bir çox hallarda da buna müqəssir elə onların özləridir. Əldən verilmiş fürsətlərin peşmançılığı, həyata keçməmiş arzuların acısı insanı həmişə yandırır və narahat edir. Bəzən də bu düşüncələr insanı depressiyaya salır. Lakin müəyyən bir zaman keçir və insan öz taleyi ilə barışmalı olur. Ancaq qəlbinin dərinliklərində narahatçılıq, paxıllıq və kin qalır. İnsan həyata küsür. Bu küskünlük həyatın müəyyən məqamlarında özünü biruzə verir. Belə məqamlardan biri də insanın digərlərinin uğurunu görməsi zamanı yaranır. Bu tip insanlar çox paxıl və qısqanc olurlar. Özü də bu həsəd bir çox vaxtlarda məhz öz ölkəsinin nümayəndəsinə qarşı yönəlir. Çünki onunla oxşar şəraitə malik birinin həyatda irəli getməsi daim ona özünün natamam və cılız olmasını xatırladır. Bu hal onu daha çox incidir. Buna görə də bu insanlar digərlərinin uğuruna qıcıq olur, içində narahatçılıq hissi keçirir və daxilində şiddətli dərəcədə onu tənqid etmək istəyi yaranır. Beləsi özü irəli gedə bilmir, başqasının irəli getdiyini gördükdə isə bərk narahat olur. Bu zaman kompleksli adam belə düşünür: "O, irəli getdi, mən gedə bilmədim. Bir halda ki, o da mənim kimi eyni ölkənin vətəndaşıdır. Hə, deməli, burada problem məndədir". Bu düşüncə isə onun üçün dözülməz olur. Aparılan təbliğat nəticəsində müsəlmanlarda dini natamamlıq kompleksi yarana bilər   - Natamamlıq kompleksinin yaranma səbəbləri nədir? - Alfred Adler bu kompleksin məhz uşaqlıq illərində yaranması faktını çox mühüm hesab edirdi. Onun fikrincə, övladlara valideynləri tərəfindən lazımi qayğı və diqqətin göstərilməməsi və ya hədsiz valideyn qayğısı bu kompleksin yaranmasına ciddi təsir edir. Valideyn tərəfindən diqqət görməyən uşaqlarda özünə güvən azalacaqdır. Hədsiz himayə isə uşaq müstəqil fəaliyyət göstərə bilməməsinə, öz ayaqları üzərində durmağı bacarmamasına, həmişə kiməsə möhtac olmasına səbəb olacaqdır. Bu da öz növbəsində kompleksə gətirib çıxardır. Eyni zamanda, uşaqları valideynlərin mütəmadi tənqid etmələri, onları "qanmaz", "axmaq", "bacarıqsız", "tənbəl", "işbacarmaz" kimi pis adlarla çağırmaları da buna səbəb olan amillərdəndir. Uşaqlar valideynlərinə o qədər etimad edirlər ki, onların özləri barəsində dedikləri bütün sözləri həqiqət kimi qəbul edirlər. Belə uşaqlar böyüdükdən sonra bütün həyatları boyu bu kompleksdən əziyyət çəkirlər. Bir çoxları isə bundan heç bir zaman qurtula bilmir və hətta bu komplekslərini sonradan öz övladlarına ötürürlər.   Burada  diskriminasiyanın da çox təsiri var. Hər hansı bir ölkəni, hər hansı bir dinin nümayəndələrini, yaxud da hər hansı bir sosial qrupu sıxışdırdıqda, əleyhinə geniş miqyaslı əks təbliğat apardıqda bu, o insanlarda kompleksin yaranmasına gətirib çıxarda bilir. Məsələn, islamofobiyanın yayılması, İslamı terrorizmlə eyniləşdirmək cəhdləri kimi aparılan təbliğat nəticəsində müsəlmanlarda dini natamamlıq kompleksi yarana bilər. Ölkəmizin vətəndaşları digər xalqları özlərindən üstün görsələr, onlarda milli və ya coğrafi natamamlıq kompleksi formalaşacaqdır. Kasıb ailələrdə böyümüş insanlarda sinfi natamamlıq kompleksi, özünün intellektual və elmi səviyyəsi aşağı olan qrupa, ölkəyə aid olduğunu hesab edən insanlarda isə intellektual natamamlıq kompleksi yarana bilər.   Genetik faktorlar, insanın xarakter və temperamenti də bu kompleksin yaranmasında rol oynayır.   Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər http://news.milli.az/country/467220.html   Qorxaq və kompleksli cəmiyyətin yetişdirdiyi fərdlər də elə özünə bənzəyəcəkdir - Cəmiyyət özü natamam və kompleksli insanın yetişməsində hansı rolu oynayır?   - Psixologiyaya dair ədəbiyyatlardan çıxan nəticə ümumilikdə belədir: yanlış tərbiyə sistemi, yanlış ailə modeli, orta və ali təhsil mərkəzlərində yanlış təhsil sistemi, televizor və radiolarda cəmiyyəti cılız və eybəcər edən bayağı verilişlər, ölkədə informasiya vasitələri ilə cəmiyyətə nümunə şəxs kimi aktyor, rəqqasə, müğənnilərin, şou biznes adamlarının tanıdılması, intellektual səviyyəni yüksəldən, insanlarda özlərinə inam yaradan, cəmiyyəti bir şəxsiyyət olaraq tərbiyə edən verilişlərin olmaması, hər şeyin yalnız maddi maraqlar ətrafında cərəyan etməsi və bunun təbliği, bütün şəhərin başdan-başa şadlıq sarayları, ticarət mərkəzləri ilə doldurdurulması, əvəzində isə kitabxanaların, elm mərkəzlərinin, kitab satış dükanlarının bağlanılması, elmi-mənəvi, vətənpərvərlik dəyərlərinin təbliğ edilməməsi və ucuzlaşması, kitab mütaliəsi səviyyəsinin çox aşağı düşməsi, fərdi inkişafa vaxt qoyulmasının vaxt itkisi hesab edilməsi, təhsil səviyyəsinin çox aşağı olması, ən yüksək təhsilin xarici təhsil hesab edilməsi - bütün bunlar psixologiyanın da təsdiqlədiyi kimi, cəmiyyətin özünə inamını zədələyən ən güclü amillərdəndir. Qorxaq və kompleksli cəmiyyətin yetişdirdiyi fərdlər də elə özünə bənzəyəcəkdir. O, kompleksini genetik olaraq öz gələcək nəslinə ötürəcəkdir. Cəmiyyət çox böyük gücə malikdir. Onun psixoloji təzyiqi qarşısında müqavimət göstərmək əksəriyyətin iradəsi xaricindədir. Deməli, ilk növbədə cəmiyyət islah olunmalıdır.   Kompleksli cəmiyyətdə geyim, maşın və digər məişət əşyaları özünü göstərmək vasitəsi formasını alıb   - Fərdlərlə aydındır. Bəs cəmiyyət bütünlüklə maskalana bilərmi? Onun olmadığı kimi görsənməsi mümkündürmü?   - Kompleksli insanlar başqaları üçün, başqalarının xoşuna gəlmək üçün, başqalarının istəkləri ilə yaşayan insanlardır. Onlar başqalarına görə geyinir, başqalarına görə danışır, başqalarının xoşuna gəlmək üçün davranır və hətta səyahət edirlər. Kişi hansısa bir telefon modelini və ya qadın hansısa bir bahalı geyimi aldıqda bir müddət öz komplekslərindən qurtulur. Əvvəllər cırıq şalvarda gəzmək utancverici idi, günümüzdə isə şalvarda nə qədər "cırıq" yerlər çox olarsa, bir o qədər dəbli hesab olunur. Avropada orta əsrlərdə cinsi azlıqları xəstəlik və ictimai bir bəla bilərək tonqallarda yandırırdılarsa, günümüzdə eyni cinsin nümayəndələrinin evliliyini normal qəbul edirlər. Orta əsrlərə qədər əksər mədəniyyətlərdə qadınların geyimləri uzun ətəklər və qollu köynəklərdən ibarət idi. Qısa ətəkləri isə rəqqasələr, eyş-işrət məkanlarında işləyənlər, sirk işçiləri geyinərdilər. XX əsrin ortalarından sonra isə əksər dünya mədəniyyətləri bu geyim formasını qəbul etdi. Bu yeniliklərin yayılmasında təsirli faktor kimi tanınmış ictimai şəxslərin, aktrisaların, modelyerlərin rolunu göstərmək lazımdır. Belə nümunələri göstərməyimiz insanların düşüncə, mədəniyyət, geyim və dəyərlərinin zamanla dəyişilə bilməsinə bir işarədir. Bütün bu dəyişikliklərin yayılması isə bir çox hallarda komplekslərlə birbaşa əlaqədardır.   Rus yazıçısı Dovlatov 1978-ci ildə Amerikaya mühacirət edir. O, bu ölkə barədə öz təəssüratlarını oradakı qəzetlərdə çap etdirir. Dovlatov yazır ki, SSRİ-də cəmiyyət tərəfindən bizim beynimizə hər bir yerə xas şablon geyim forması, "importnı" mallar, paltarlar geyinmək şəxsiyyətin şəxsiyyətli olmasının əlaməti kimi yeridilmişdi. Professora xas geyim var idi. O cür geyinməsə, özünü cılız hiss edərdi. Ancaq amerikada yolda görürəm ki, bir kök yaşlı kişi gedir, ayaqqabısının bağları açıqdır, yerlə sürünür. Yaxasında da düymələri bağlanmayıb. Diqqət edirəm ki, zərrə qədər də kompleksi yoxdur. O gonbulun arxasınca da eleqant cavan oğlan gəlir. Kostyum, ağ köynək, parıldayan laklı çəkmə. Onda da kompleks yoxdur. Onun arxasınca da bir qız gəlir. Dar qısa ətək, əyri ayaqlar. Trikotaj ti-şört geyinib üzərinə də "Mən Sofi Lorenəm" yazılıb. Onun da dünya-aləm vecinə deyil, kompleksiz rahat hərəkət edir. Yanında da cır-cındır geymiş başqa biri, onun da üzündə zərrə qədər də olsun kompleksi və narahatçılığı yoxdur. Fəxrlə, vüqarla addımlayır.Dovlatov əlavə edir: "Burada belədir. Əgər insan cır-cındır geyinibsə, deməli, ona bu cür xoşdur. Deməli, bu cür dilənçi geyimi onun daxili aləmi ilə, dünyagörüşü ilə uyğundur". Yazıçı deyir ki, mən SSR-də olanda mənə demişdilər ki, Amerikada gərək hər gün köynəyini dəyişəsən, şalvar geyinəsən, ofisdə ancaq qalstuk taxmalısan, piknikə şortda getməlisən, gecə yığıncaqlarında isə kostyum geyinməlisən: "Yenicə Amerikaya getmişdim ki, bir məclisə dəvət aldım. Gördüm ki, içlərində bircə mən geyinib bəzənmişəm, digərləri necə rahatdırlar elə də geyiniblər. Biri smokinq geyinib, biri şort, biri ti-şörtdə, biri dizə qədər çəkmədə, biri ayaqyalın... Kimə necə rahatdırsa, elə geyinib. Biri yavaş söhbət edir, ev sahibi, ümumiyyətlə, divanda uzanıb yatıb. Məndən başqa hamı özünü rahat və təbii hiss edirdi. Amerikada insan necə istəyir elə geyinir. Əsas odur ki, onun təbiəti ilə uyğun olsun, onun üçün rahat, azad və təbii olsun".   Dovlatov sonra özünün bir müşahidəsini qeyd edir. Deyir ki, fəqir zəncilər və Latın Amerikasından bəzi gəlmələr çox daha fərqli və diqqətçəkən geyinməyə çalışırlar. Çünki onlar özlərində kompleks hiss edirlər və gözəl geyimlə bunu ört-basdır etmək istəyirlər.   Aydındır ki, biz gözəl və səliqəli geyimin əleyhinə deyilik. Həmçinin demək istəmirik ki, hər yaxşı və dəblə geyinən insanda kompleks var. Xeyr, sözümüzün canı odur ki, kompleksli cəmiyyətdə geyim, maşın və digər məişət əşyaları özünü göstərmək vasitəsi formasını alıb. Həyat tərzi istədikləri kimi deyil, cəmiyyətdə yaradılımış süni şablonlar əsasındadır. Ayaqlarını yorğanlarına görə uzatmırlar, ruhlarına uyğun, düz bildikləri formada yaşamırlar. Bəzi hərəkətləri səhv bilir, ancaq düşünürlər ki, mən bu cür etməsəm (məsələn, təmtəraqlı toy məclisi etməsəm, təmtəraqlı yas verməsəm...), insanlar mənə nə deyər. Bu şablonlar hətta düşüncələrə belə geydirilir. Bu zaman cəmiyyət də şablonlarla düşünmək məcburiyyətində qalacaqdır.   Hitler və Stalin natamamlıq kompleksindən əziyyət çəkib - Əgər bu fikirləri siyasi müstəviyə transformasiya etsək, nə demək olar? Yəni diktatura və dünyəvi hegemonluqların arxasında hansı psixoloji problemlər gizlənir?   - Natamamlıq hissinə tutulmuş cəmiyyətdən natamam şikəst ruhlu insanlar çıxacaqdır. Tarixin diktatorlarını, məşhur canilərini psixoloji təhlil etsək, bir çoxunun natamamlıq kompleksindən və ya başqa psixoloji problemlərdən əziyyət çəkdiyini görərik. Hitler və Stalinin natamamlıq kompleksindən əziyyət çəkdiyini o dövrün bir çox tanınmış psixoterapevtləri də qeyd edirdilər. Erix Fromm "İnsan deestruktivliyinin anatomiyası" əsərində Stalinin bir çox psixoloji problemlərinin olduğunu faktlarla sübut edir. Karl Qustav Yunq isə Hitlerin güclü natamamlıq kompleksinə tutulduğunu yazır. Həm Stalin, həm də Hitler uşaqlıqda valideynləri tərəfindən davamlı zorakılığa məruz qalıb, hər ikisi qüsurlu psixologiyaya malik olublar.   Analitik psixologiyanın banilərindən biri, isveçrəli psixiatr Karl Qustav Yunqun amerikalı jurnalist Hyubert Renfro Nikerbokerə verdiyi məşhur bir müsahibəsi var. Bu müsahibə ilk dəfə 1941-ci ildə Nikerbokerin "Sabah Hitler" adlı kitabında dərc olunub. O, müsahibədə sizin sualınızla birbaşa əlaqəli hissələr var. Yunq ümumi olaraq bunları deyir: "Almanlar Dunay vadisinə gec gəliblər və millət olaraq, dövlət olaraq formalaşmaları İngiltərə və Fransadan çox sonralar baş verib. Hansı ki, həmin dövrdə onların hər ikisi daha çox inkişaf etmişdilər. Almanlar müstəmləkə işğalında və öz imperiyalarının əsasını qoymaqda da çox gecikdilər. Onlar vahid bir millət olaraq birləşdikləri zaman ətraflarında İngiltərə və Fransanı və digər ölkələri artıq çoxdan formalaşmış gördülər. Belə ki, bu ölkələr onlara nisbətdə çox inkişaf etmişdilər və çoxlu müstəmləkələrə sahib idilər. Artıq almanlara heç bir şey qalmamışdı. Bax, onda almanlar küskün oldular, incidilər, qəlblərində həsəd və qısqanclıq yarandı. Onlar özlərini mirasdan iri hissələr ələ keçirmiş böyük qardaşların kiçik qardaşı kimi hiss edirdilər. Bu, almanlarda natamamlıq kompleksinin yaranmasının həqiqi mənbəyi oldu. Məhz bu natamamlıq kompleksi onların siyasi düşüncələrinin və siyasi fəaliyyətlərinin istiqamətini təyin etdi. Bu kompleks almanların şüuraltında oturub qəlblərinin dərinliklərinə nüfuz etdi. Natamamlıq kompleksi onları I Dünya Müharibəsini başlamağa sövq etdi. Almanlar I Dünya Müharibəsində nifrət etdikləri böyük qardaşları tərəfindən məğlub edildilər. Bu, onlarda olan natamamlıq hisslərini daha da şiddətləndirdi və bütün almanların ümumi psixoloji xüsusiyyətinə çevrildi. Sonra isə hakimiyyətə Hitler gəldi və almanların içlərində olan şiddətlənmiş gizli komplekslərini bir daha qıcıqlandırdı. Hər bir alman üçün Hitler onun daxili aləminin güzgüsü idi. O, hər bir almanın qəlbinin gizli səsini eşidilən edən səsucaldıcıya çevrildi. Ona görə də Hitlerin hakimiyyəti siyasi deyil, ecazkar və mistik idi. Bu zaman almanlar Hitlerin simasında əmin oldular ki, onlar bütün ömür boyu, məxsusən də I Dünya Müharibəsindəki məğlubiyyətdən bəri intizarında olduqları öz xilaskarlarını və öz məsihlərini tapıblar".   Natamamlıq kompleksi insanı ən təhlükəli birinə çevirə, qeyri-adi dəhşətli addımlar atmağa məcbur edə bilər. Qədim antik dövrdə Herostrat adlı bir şəxs yaşayırdı. O, özündə güclü dərəcədə cılızlıq hiss edirdi. O, tanınmaq, adının tarixə düşməsini istəyirdi. Halbuki, o, öz dövründə olan böyük filosoflar, ədiblər, şairlər, siyasi xadimlər kimi istedada malik deyildi. Ona görə də məşhur Artemida ilahəsinin məbədini yandırdı. Ondan bunun səbəbini soruşduqda isə tanınmaq və tarixə düşmək istədiyini etiraf etdi.  Natamamlıq kompleksi uzun illərdən bəri püskürməyən və buna görə də bütün enerjisi içində yığılmış bir vulkan kimidir. Böyük gücə malikdir, ya insanı məhv edəcək, ya da onu uğur yolunda göylərə ucaldacaqdır. Vilma Rudolf uşaqlıqda tez-tez müxtəlif xəstəliklərə tutulurdu. Xəstəlikləri səbəbindən hətta yerişində də qüsur yaranmışdı. O, özündə olan natamamlıq kompleksini yenməyə səy edir. Nəticədə yüngül atletika üzrə üçqat olimpiya çempionu olur, qaçış üzrə dünya rekordu vurur.   Natamamlıq kompleksi birmənalı olaraq insanı və ya ölkənin əhalisini məhv edən lənət deyildir. Onun insanı hansı istiqamətə və aqibətə aparacağı insanın öz əlindədir. Bir milləti ucaldır, digərini isə məhv edir. Burada almanlardan danışdıq. Ancaq misal olaraq yəhudiləri də göstərmək olar. Yəhudi xalqı tarix boyu bir neçə dəfə kütləvi şəkildə əsarətə, məhvə məruz qalıb. Eramızdan əvvəl VI əsrdə baş vermiş Babil əsarəti yəhudi dövlətinin məhvi ilə başladı və 70 ilə yaxın davam etdi. Sonra isə Babil fars şahı II Kir tərəfindən işğal olundu. Bundan sonra o, yəhudilərə öz torpaqlarına qayıtmaq icazəsi verdi. Yəhudilər assuriyalılar tərəfindən də bir neçə dəfə kütləvi deportasiyalara məruz qalıblar. Hətta da Quranda da onların əsarəti və verilən işgəncələr barədə danışılır. Tarix boyu onlar dəfələrlə müxtəlif güclərin işğalı altında olublar. Yunqun da təhlili məhz belədir. O, yəhudilərin tarixdə ümumi psixoloji zədələr səbəbilə kütləvi natamamlıq kompleksinə tutulduqlarını deyir. Ancaq bu kompleks onları yox etmədi. Onlar bununla mübarizə aparmağa başladılar. Yunq bütün yəhudiləri birləşdirəcək "böyük yəhudi dövləti" kimi ideyaları məhz bu kompleksin təhriki ilə uydurduqlarını yazır. Belə ki, onlar bu ideyalar ilə vahid bir millət kimi birləşmək və qurtuluşa çatmağa çalışırdılar. Onlar komplekslərini öz inkişafına yönləndirməyə çalışırlar - Qərb cəmiyyətində necə, natamamlıq kompleksi varmı? Varsa, bu, özünü hansı formada göstərir?   - Qərbin də özünü məxsusi şəkildə göstərən natamamlıq kompleksləri var. Ancaq onlar bu komplekslərini daha çox öz inkişafına yönləndirməyə çalışırlar. Orada daim kütlələrin uğura, gözəl yaşayışa doğru can atmaları təbliğ olunur. Daim uğura səy göstərmək kütlələrin psixologiyasında qəribə inkişaf effekti yaradır. Hər bir Qərb cəmiyyətinin təsəvvüründə uğurlu, müvəffəq və müasir insan obrazı və belə bir insana xas olan ideyal, gözəl həyat tərzi yaradılıb. Onlar da kütləvi olaraq həm özləri, həm də həyat tərzlərini bu etalona uyğunlaşdırmağa çalışırlar. Aydındır ki, uğurlu insanın və daha yaxşı ideal həyat tərzinin forması onlara müxtəlif yollarla, məsələn, bədii filmlər, əbədiyyatlar, reklam çarxları, jurnallar, qəzetlərlə və s. ilə təbliğ olunur, beyinlərinə yeridilir. Bu cür düşünməyən, bu cür yaşamayan insanlar isə geridə qalmış, uğursuz hesab olunur. Nəticədə uğurlu insan standartına uyğun gəlməyənlərdə şiddətli formada natamamlıq kompleksi yaranmağa başlayır. Bu zaman cəmiyyət çalışır ki, bu standartlara uyğun gəlmək üçün əlindən gələni etsin, ali təhsil alsın, işləsin, pul qazansın, kurslara getsin, mütaliə əhli olsun, fərdi inkişafı üçün çalışsın və s. etsin. Uğurlu olmaq istəyirsənsə, bütün potensialını işə salmalısan, ortaya iş qoymalısan, elmin ilə, təhsilinlə, cəmiyyətə faydan ilə fərqlənib irəli getməlisən. Orada pul ilə diplom ala bilməyəcəksən, savadsız və perspektivsiz olsan, yaxşı iş yerləri sənlik olmayacaq və sairə... Nəticədə isə Qərbi müasir, inkişaf etmiş, elm və texnikada irəli getmiş bir cəmiyyət olaraq görürük... Özümüzə uyğun müasir-kamil insan modelini yaratmalıyıq - Məncə, həmin Qərb etalonunun mənfi tərəfləri də var...   - Mənfi tərəfləri odur ki, onlar dünyaya təqdim etdikləri nümunəvi, müasir kamil insan modelini məhz özlərinə uyğun yaradıblar. Bu kamil insanın özünə xas həyat tərzi, düşüncə forması, inancları var. Bu kamil insan hüquq, əxlaq, din, dünyagörüşü, ənənələr, həyat fəlsəfəsi, şəxsi mənafe mövzularında özünəməxsus formada düşünür. Məsələn, bu insan modeli eyni cinslərin evliliyinə, odlu silahların, narkotik vasitələrin açıq-aşkar satışına, hətta heyvanlarla ailə həyatı qurmağa belə normal baxa bilər. Müsəlmanları təhlükə mənbəyi kimi də görə bilər, ən ali dəyərlərin Qərbə aid olduğunu düşünüb özünü ali irq də saya bilər, biznes və siyasət mövzularında öz xeyrinə olan ikili standartları da normal hesab edər və s. Mümkündür ki, qeyd etdiyimiz mövzularda olan yanaşmalar bəzən digər cəmiyyətlərlə, məsələn bizim cəmiyyətlə kəskin fərqlənmiş olsun, hətta bəzi hallarda bizim üçün təhlükə mənbəyi də hesab olunsun. Ona görə də öz cəmiyyətimizə uyğun olan, milli-mənəvi dəyərlərimizlə uzlaşan müasir-kamil insan modelini yaratmaq lazımdır. İlkin İzzət Milli.Az
12.12.2016   1519   51
 
Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. - Bir fərdin və cəmiyyətin formalaşmasında, ona xas dünyagörüşünün yaranmasında təsiri olan ən mühüm psixoloji amil hansıdır?   - Hər şey insan psixikasından başlayır. İnsanın və cəmiyyətin bütün davranışlarını idarə edən də məhz onun psixikasıdır. Ona görə hər bir qüsurlu və ya uğurlu davranışı anlamaq üçün onun arxasında duran psixoloji aləmi incələmək lazımdır. İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. Natamamlıq kompleksi insanın özü barəsində zehnində formalaşdırdığı neqativ təsəvvürdür. Bu təsəvvür insanın fiziki, maddi və ya mənəvi cəhətləri ilə əlaqəli ola bilər. Natamamlıq kompleksi olan insanlar özlərini hansısa cəhətdən qüsurlu, bacarıqsız hesab edir, digərlərini özündən daha üstün bilir, özlərini qiymətləndirmələri və özlərinə inamları davamlı şəkildə çox aşağı olur. Başqa cür desək, bu insanlar daxilən özlərini cılız və natamam şəxsiyyət hesab edirlər. Bu proseslər şüursuzluq mərhələsində getdiyinə görə mümkündür ki, insan bir çox hallarda bu kompleksə tutulduğunu anlamasın. Hətta özlərində bu kompleksin olduğunu bilən insanlar belə bunun onların məhz hansı davranışlarının arxasında durduğunu müəyyən edə bilmirlər.   Natamamlıq kompleksi insanın psixikasında olan elə bir "yara"dır ki, müəyyən şəraitlər və ya şəxslər onun üstünə basmaqla insanı bir sıra yanlış addımlar atmağa vadar edə bilirlər. Bu zaman insan bəzən özünə qapanır, düz bildiyi yoldan geri çəkilir, aqressiv olur və öz mənafeyinə zərərli hərəkətlər etməyə başlayır. Yeri gəlmişkən, bu kompleksi ilk dəfə tədqiq edərək təsvir etmiş şəxs isə tanınmış avstriyalı psixoterapevt Alfred Adler olub. Natamam insanlar üçün ən mühümü özünü qəhrəman, qüdrətli şəxs kimi hiss etməsidir. - Qeyd etdiniz ki, bəzi hallarda insanın, cəmiyyətin hərəkətlərinin pərdəarxasında məhz natamamlıq kompleksi durur və bunu insanın, cəmiyyətin özü də anlamır. Ancaq yəqin ki, hansısa əlamətlərlə bunu müəyyən etmək mümkündür. Hansı əlamətlərlə bir cəmiyyətin bu kompleksə tutulduğunu anlamaq olar?   - Bu kompleksə tutulmuş cəmiyyət özünə aid olan hər bir şeydən boyun qaçırır. Öz dilində danışmağı gerilik, öz adət-ənənələrinə bağlılığı müasirlikdən uzaqlıq hesab edir. Belələri üçün üstün bildikləri ölkələrdən gələn hər bir şey daha dəyərli, daha əzizdir. Belə insanlar adətən özləri barədə mənfi yüklü ictimai stiqmalar da yaradırlar. Bəzən bu stiqmalar kənar qüvvələr tərəfindən də uydurulur. Stiqma hər hansı bir cəmiyyət, millət, ölkənin əhalisi barədə olan sosial damğadır. Bu stiqmaların əksəriyyəti o cəmiyyətdə olmayan, yaxud da əksəriyyətində olmayan hansısa xüsusiyyəti, halı ifadə edir. Məsələn, "bizim insanlar avamdırlar", "bizdən pisi yoxdur", "biz həmişə başıqapazlı olacağıq", "biz hara, onlar hara?".. Natamamlıq hissinə tutulmuş cəmiyyət şüuraltı olaraq ölkəsi, insanları barədə onları gülünc göstərən lətifələr də qoşar. Bu lətifələr insanların emosiyaları ilə əlaqəli olduğuna görə tez bir zamanda cəmiyyətdə yayılar və gülüş pərdəsi altında insanlara mətnində daşıdığı mənfi təsiri ötürər. Lətifələr, ümumiyyətlə, psixoloji müharibələrdə çox geniş istifadə olunan bir vasitədir. Məsələn, Sovet ordusunun Xüsusi Təbliğat İdarəsinin zabitləri Əfqanıstan müharibəsində bu vasitədən çox geniş istifadə edərdilər. Belə ki, onlar müxaliflərə psixoloji təsir məqsədi ilə çoxlu sayda siyasi lətifələr uydurub əfqanlar arasında yayardılar.   Cəmiyyətin özünü natamam hiss etməsi fərdlərin iradəsini süstləşdirər, beləliklə də onlara öz potensiallarını realizə etməyə imkan verməz. Bununla da mədəniyyət, incəsənət, elm, düşüncə, geyim tərzi kimi məsələlərdə yad cəmiyyətlərin ruhu onlara hakim olar. Zamanla natamamlıq kompleksinə tutulmuş cəmiyyətin "biz onsuz da digərlərindən üstün ola bilmərik" təsəvvürü onu öz fərdlərinə qarşı qaldırır. Belə ki, özünü digər cəmiyyətin fərdlərindən daha aşağı görən belələri içlərində olan natamamlıq hissini təmin etmək üçün öz cəmiyyətinin nümayəndələrini tapdalamağa, onları alçaltmağa, nəticədə də onlar üzərində öz üstünlüyünü göstərməyə çalışarlar. Axı daxildəki üstünlük hissini də təmin etmək üçün nəsə etmək lazımdır. Əgər bu, tərəqqi etməklə mümkün deyilsə, yeganə yol kimlərisə alçaltmaqla təmin etməkdir. Natamam cəmiyyətin üzvləri üçün həqiqi mənada üstün olmaq elə də əsas deyildir, mühüm olan ən azı öz gözündə qalxması, heç olmasa bir anlıq da olsa, özünü qəhrəman, şəxsiyyətli, qüdrətli biri kimi hiss etməsidir. Bütün bunlara görə onlarda gizli formalı özünənifrət də yaranır. Bu nifrət sonda onu həqiqi mənada üstün və dəyərli olan hər hansı bir addımı atmaq imkanından məhrum edir.   Bu da bir həqiqətdir ki, şəxsiyyətli bir cəmiyyət heç zaman özünün səviyyəsini aşağı salmaq istəməz, buna görə də bir çox işləri etməyi özünə ar bilər. Özünü natamam hiss edən cəmiyyət isə ən alçaq işlərə və cinayətlərə belə əl atar. Belə cəmiyyət öz şəxsiyyətini tapdalanmış hiss etdiyindən ona ən çirkin işləri belə görmək çox asandır. Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s... Natamamlıq kompleksinin hakim olduğu cəmiyyətin hər bir mərhələsində bu mexanizm tam işləkdir.   Belə cəmiyyətə məxsus milli-mənəvi dəyərlər, milli şüur və vahid ideologiya olmur, olsa da sönük olur və üstün bildikləri yad bir cəmiyyət tərəfindən pislənməyənə qədər qismən qüvvədə qalır. Belə bir cəmiyyətdə dünyaya gələn hər yeni fərd də eyni həyatı yaşayır. Nəticədə cəmiyyətdə mənəviyyatsız, şikəst və həyasız insanlar formalaşır. Bu tip cəmiyyətdə yaşamaq, onlarla rəqabət aparmaq üçün təbii olaraq onlar kimi olmaq lazımdır. Buna görə də cəmiyyətdə onlarla rəqabətə davam gətirə bilən mənfi tipli fərdlərin sayı daha da çoxalır. Sosioloji təbii seçmə baş verir, əxlaqlı insanlar rəqabətə tab gətirməyib sıradan çıxırlar. Burada yaşamaq üçün onların heç bir şansı yoxdur. Çünki onlarla bacarmaq üçün gərək elə onların səviyyəsinə düşəsən. Belə bir cəmiyyətdə əxlaqdan, dəyərlərdən danışan bir şəxs gülməli, səfeh və uğursuzdur. Əxlaqi dəyərlər və qanunla yaşayan bacarıqsız, gündəmdən geri qalan, zəmanənin adamı olmayan, pul qazana bilməyən biri hesab olunur.   Təəccüblüsü odur ki, onlar komplekslərindən qaynaqlanan davranışlarını müxtəlif fərqli adlarla təqdim etməyə, bununla da öz komplekslərini ört-basdır etməyə çalışırlar. Və çox vaxt da öz istəklərinə nail olurlar. Onların bu formalı təsiri bəzən elə qabarıq olur ki, normal düşüncəli insanlar belə öz fikirlərində şəkk edir, həyatlarının müxtəlif mərhələlərində məhz onlara oxşamağa çalışırlar. Bəzi insanlar müxtəlif vasitələrlə maskalanırlar - Özünü daxilən cılız bilən kompleksli insanlar və cəmiyyət bunu necə ört-basdır edir?   - Bu ört-basdır etmə cəhdi özünü ilk növbədə onların danışığında göstərir. Belələri özlərini sözlərində üstün, dəyərli insan kimi təqdim edir, özünün maddi və ya elmi-mənəvi üstünlüklərindən şişirdərək danışır, həyat tərzlərində hədsiz təmtərağa meylli olurlar. Bununla öz natamamlıq hissini kompensasiya etmək istəyirlər. Onlar yüksək ictimai status hesab edilən simvollara bağlı olurlar. İctimai status simvolları isə ölkədən-ölkəyə dəyişir. Bu, bahalı maşın, hansısa telefon modeli, brend geyimlər, saatlar, xarakterik geyim forması, yaşayış tərzi, böyük imarətlər, xarici ölkələrə səfərlər, qidalar belə ola bilər. Məsələn, suşi yemək. Bəzi insanlar suşini onu xoşladıqlarına, qarınlarını doydurduqlarına görə yemirlər. Sadəcə onu yeyən zaman özlərini Avropanın yüksək statuslu, müasir təbəqəsinə bənzədirlər. Bu zaman da psixoloji bir məmnunluq hissi yaşayırlar. Bax bu məmnunluq natamamlıq kompleksinin doyuzdurulmasıdır. Yeri gəlmişkən, suşinin yapon mətbəxindən çıxaraq dünya brendinə və bestseller yeməyinə çevrilməsi faktı da olduqca maraqlıdır. Belə ki, bir zamanlar suşi Yaponiyada kasıb təbəqənin qidası hesab edilirdi. Çünki bu qidanın hazırlanması çox ucuz başa gəlirdi. Günümüzdə isə dünyada ən çox sifariş edilən və ən dəbli qida növlərindəndir. Hətta qiymətinə görə artıq kasıb təbəqənin qidası olma statusundan da çıxıb.    Bu tip natamam insanlar yüksək statusla əlaqəli fəaliyyətini müxtəlif vasitələrlə digərlərinə göstərməyə çalışarlar. Sosial şəbəkələr, saytlar, portallar da bu zaman münasib vasitələrə çevrilir. Bəzən isə insanlar natamamlıq komplekslərini aqressiya, spirtli içkilərin həddindən artıq istifadəsi, narkotik maddələrin qəbulu, hədsiz lovğalıq kimi hərəkətlərlə də maskalayırlar. Natamam insan öz kompleksini gizlətmək üçün yaxınlarını, əli altında işləyən insanları, özündən zəifləri, xülasə ərki çatanları təhqir edib alçaltmaqla özünün üstün olduğunu özünə və digərlərinə hiss etdirmək istəyir. Belələri real aləmdən uzaqlaşıb, məcazi, xəyal aləmində yaşamağa çalışırlar. Onlar öz xəyallarında hansısa kino qəhrəmanının, serialın, kitabın personajının həyatını yaşayırlar. Belələrini günlərlə televizor qarşısında əyləşərək filmlərə, seriallara baxan, saatlarla kompüter oyunları oynayan görərsiniz. Bu kompleks nə qədər dərindirsə, insanın təmtəraqlı həyat, yalançı və süni yüksək ictimai status əldə etmək istəyi də yüksəlir.   Deməli, özünü natamam hiss edən, inamsız insan özü barəsindəki fikirlərini, öz əsl mahiyyətini gizlətmək üçün həqiqətlə uyğun gəlməyən bir maska geyinir. Bütün bu maskalanma müddətində də maskanın bir gün düşəcəyi və öz əsl siması ilə qarşılaşa biləcəyi qorxusu ilə yaşayır. Bir çox hallarda bu kompleks gizli şüuraltı olaraq fəaliyyət göstərir. İnsan özündə elə bilir ki, heç bir psixoloji problemi yoxdur, əslində isə həyatında hər şeyi şüuraltı olaraq bu kompleksin diktəsi ilə edir. Natamamlıq kompleksinin geniş yayıldığı ölkələrdən biri... - Bəs Azərbaycanda necə, natamamlıq kompleksi nə dərəcədə geniş yayılıb? - Bu kompleksdən sığortalanmış heç bir cəmiyyət yoxdur. Lakin bəzi cəmiyyətlərdə bu daha geniş yayılıb. Ölkəmiz də natamamlıq kompleksinin geniş yayıldığı ölkələr sırasındadır. Çünki bunun üçün cəmiyyətimizdə əlverişli şərait vardır. İnsanların toy, yas mərasimlərinin keçirilmə tərzindən, əsassız səbəblərlə özlərini göstərmək istəmələrindən, gəlirlərinə uyğun olmayan təmtəraqlı yaşama cəhdlərindən də məlum olur ki, bu, sağlam psixologiyalı cəmiyyətin həyat tərzi deyildir.   Bir tanışımız var. Özünün şəxsi ofisi, maşını olduğu halda çox bahalı yerlərdə böyük ofislər, şirkəti üçün bahalı maşınlar icarəyə götürür. Səbəbi də odur ki, xaricdən gələn qonaqlar onun necə bacarıqlı, intellektual və perspektivli bir iş adamı olduğunu düşünsünlər. Əslində isə savadı və bacarığı olmayan həmin şəxs xaricdən gələn, qərb universitetlərinin məzunları olan tanınmış iş adamlarının yanında özünü cılız və natamam hiss edir. Bu cür zahiri vasitələrlə isə daxili psixoloji gərginliyini maskalamaq istəyir. Hərçənd, böyük büdcələri olmasına baxmayaraq, onun qonaqlarının şirkətləri və maşınları özünün sadəliyi ilə seçilir. Kompleksli insan üçün maşın yalnız minik vasitəsi deyildir. Onun üçün telefon da yalnız ünsiyyət vasitəsi deyildir, başqa daxili mənalar kəsb edir. Onun aldığı digər əşyalar da bunun kimidir. Hər şey onun daxilindəki acgöz kompleksinin təhriki ilə edilir. Hər hansı bir cəmiyyətdə insanlar heç bir məntiqi əsas olmadan hər hansı bir vasitəyə hədsiz meyl göstərirlərsə, bu, normal olmayan insan psixologiyasından xəbər verir. Məsələn, maaşı az olan biri üç-dörd aylıq maaşına bərabər bahalı çoxfunksiyalı bir telefon alır. Halbuki, o telefondan əsasən danışıq üçün istifadə edəcəkdir. Lakin həmin telefonu almayana qədər özündə narahatlıq hiss edir. Sanki nəsə çatmır. Bax bu narahatlıq sonunda onu o telefonu almağa məcbur edir. Dünyada bir çox brend firmalar insanların natamamlıq kompleksi üzərindən milyardlar qazanır - Belə görünür ki, natamamlıq kompleksi daha çox biznes sektorunun xeyrinə işləyir.   - Rus-amerikan yazıçısı Sergey Dovlatovun "Речь без повода... или Колонки редактора" adlı əsərində maraqlı bir fikir yer alır. Sitat: "Dünyanı hərəkətə gətirən nədir? Bu nəhəng, paslanmış və mənasız mexanizmi işləməyə məcbur edən nədir? Məhəbbət? İdeyalar? Pul? Bəlkə, səadətə meyl? Və ya sakitləşməyən sinfi mübarizə? Qətiyyən, bunların heç biri deyildir! Dünya tarixi prosesinin əsasında bayağı olan natamamlıq kompleksi durur. O hər dəqiqə, hər bir addımda özünü göstərir. Tamamilə hamı ona tutulmuşdur. Boksçular, şikəstlər, alimlər, zibildaşıyanlar, cinayətkarlar, hakimlər, generallar, sıravilər, milyonçular və fəqirlər. Natamamlıq kompleksi dövlətlər və materiklərdə, xalqlarda və irqlərdə də vardır... Natamamlıq kompleksi dünya problemlərinin əsasında durur. Bu fenomenin prizmasından bizim möhtəşəm xaotik dünya nizamının bütün detalları çox daha yaxşı görünür".     Cəmiyyətin əksər hallarda bu və ya digər formada davranmasına onların qorxuları, kompleksləri səbəb olur. Dünyada mövcud olan bir çox brend firmalar məhz insanların bu natamamlıq kompleksi üzərindən milyardlar qazanır. İnsanları dünyada yalnız iki ədəd buraxılmış maşına, yalnız yüz ədəd istehsal olunmuş saata, marka hesab edilən firmanın mallarına dəyərindən qat-qat çox pul ödəməyə nə vadar edir? Müxtəlif reklam mexanizmləri ilə bəzi əşyalar insanlara üstünlük, cəmiyyətdə yüksək status meyarı kimi təqdim olunur. Bununla da insanlar bu malları almağa çalışır, onları aldıqdan sonra isə özlərini yüksək təbəqənin nümayəndəsi hesab edirlər.    Əgər alınan mala o qədər pul verməyin bir səbəbi olarsa, mal ona verilən pula dəyərsə, bu zaman həmin alış məntiqlidir. Əks halda bu yalnız psixoloji xarakter daşıyacaqdır. Günümüzdə dünyanın bir çox böyük firmaları öz bizneslərini məhz insanların bu kompleksi üzərində qurub və bununla böyük sərvətlər qazanırlar. Sizcə, nəyə görə reklam çarxlarında hər hansı bir malı təqdim edərkən cəmiyyətdə, dünyada tanınmış, uğurlu və müvəffəq bilinən şəxslərdən istifadə edirlər?! Çünki o malın tanıtımı üçün həmin məhsulun uğurlu insanların seçimi olması, istehlakçının məhsulun alışı ilə dəyərə minməsi, cəmiyyətdə seçilən, kübar cəmiyyətin üzvü olması kimi elementlərlə əlaqələndirilməsi lazımdır. Bu zaman alıcı o malı aldıqda şüuraltı olaraq özünü o uğurlu şəxslə assosiasiya edəcəkdir. Malı alıb istifadə etdikdə özündə bir razılıq, üstünlük hissi yaşayacaqdır. Bu hiss də aydındır ki, mal köhnələnə və ya xarab olana qədərdir. Bir insan özünü natamam bilirsə, yalandan bu cür malları almaqla bu sindromdan qurtula bilməyəcəkdir. - İnsanın və ya cəmiyyətin özünü natamam hiss etməsinin kökündə mütləq mənada onun fiziki və ya mənəvi planda zəif olması durur?   - Natamamlıq kompleksi sırf psixoloji bir haldır. Onun həqiqətdə insanın necə olması ilə birbaşa əlaqəsi yoxdur. Belə ki, bəzən bir insan və ya cəmiyyət böyük tarixi kökə, böyük maddi, mənəvi potensiala malik olduğu halda belə yenə də bu kompleksə tutula bilər.   (ardı var) İlkin İzzət Milli.Az Milli.az-dakı link http://news.milli.az/country/467220.html
26.09.2016   1928   66
 
Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: - Deyirlər, Allah ağıllardan gizli deyil, bununla nə demək istəyirlər? Sualı başqa cür də verə bilərəm: Allahı qəbul etmək üçün xüsusi intellektə və ya elmi səviyyəyə ehtiyac varmı?   - Allaha inam məsələsi elə bir mövzudur ki, heç bir kənar amildən asılı deyil. Belə ki, bəzi məsələlər olur ki, onların inkar və ya isbatı üçün kənar amillərin araşdırılmasına, təcrübə edilməsinə, əlavə məlumatların öyrənilməsinə ehtiyac vardır. Lakin aləmin Yaradanının olub-olmaması mövzusu bu qəbil təcrübi məlumatların öyrənilməsindən asılı olan mövzulardan deyil. Ağılın ilkin prinsipləri olaraq bilinən mövzular var. Onların dərki heç bir vasitəyə ehtiyac olmadan birbaşa ağıl tərəfindən baş verir. Bütün insanlar ağıla malik olduqlarına görə onların hamısı bu ilkin prinsipləri rahatlıqla anlayırlar. Məsələn, "paradoks, yəni iki zidd və əks məsələnin eyni anda düzgün olması mümkün deyildir", "bir varlığın kamilliyə eyni zamanda həm sahib olması, həm də sahib olmaması mümkün deyildir", "bir ədədi ikidən əvvəldir", "dörd rəqəmi cütdür". Bu kimi hökmlərin dərki üçün heç bir təcrübi elm sahəsinin alimi olmağa gərək yoxdur. Təbiət və ucsuz-bucaqsız kainat kimi bir rəsmin də bir Rəssamının olması əvvəldə qeyd olunan məsələlər kimi ağılın qəbul etdiyi ilkin prinsiplərdəndir. Hansı ki, onun barəsində heç bir ağıllı insan şəkk edə bilməz.   Təbiət aləmində, kainatda möhtəşəm nizamın olması, göylər, yer və canlılarda olan mürəkkəblik Yaradanın zəruriliyinə dəlalət edir. Bu nizam və yaradılış mürəkkəblikləri o qədər möhtəşəm və dəqiqdir ki, insanda zərrə qədər də şəkk yeri qoymur. Hansı birimiz rəssamsız rəsm əsərinin şahidi olmuşuq?! Hər hansı bir rəsm əsərini görəndə, onun rəssamını əsərin yanında görməsək, belə beynimizə gələn ilk fikir budur: "Nə gözəl rəsm əsəridir, görəsən, bunun rəssamı kimdir?" Kimsə bizə "bu rəsmin rəssamı yoxdur. Öz-özünə çəkilib. Əgər rəssamı olsaydı, rəsmin yanında olardı" cavabını versə, biz onu ağıldan qüsurlu biri, intellektdən məhrum hesab edərdik. Bəs onda nəyə görə kağız üzərində çəkilmiş adi 2D rəsm əsərindən milyonlarca dəfə mürəkkəb və müdhiş olan 3D təbiət rəsminin rəssamsız, öz-özünə yarandığını düşünürük?! Sadəcə olaraq, rəssamını hazırda görmədiyimizə görə? "İş varsa, onu görən də vardır", "hərəkət varsa, onun mühərriki də vardır", "nizam varsa, onu nizama gətirən də vardır". Bütün bunlar hamının dərk etdiyi sadə məntiqi prinsiplərdir. Bu nəticələri çıxartmaq üçün əlavə araşdırmalara, təcrübi müqəddimə elmlərə ehtiyac yoxdur. Bütün bunlar Allah ağıllardan gizli deyil ifadəsinin izahıdır.   Ancaq bütün bunlar o demək deyil ki, Yaradanın mövcudluğunun isbatı üçün daha dərin əqli dəlillər yoxdur. Sadəcə olaraq, mövcud olan bütün dəlillər də ağılın ilkin prinsiplərindən, aksiomatik qaydalardan təşkil olunub. - Ateistlər təbiəti, kainatı yaradan səbəbi, yəni sizin təbirinizcə desək, rəssamı onun özündə olan hansısa elementlərdə, cazibə kimi qüvvələrdə görürlər. Sizcə, bu yanaşma elə rəsmin rəssamının olmasını qəbul etməyin başqa formadakı təsdiqi demək deyilmi?   - Ateist alimlərin təbiətin rəssamını onun içində axtarmaları Mona Lizanın müəllifi olan Da Vinçinin rəsmin içində olduğunu düşünməyə bənzəyir. Sağlam ağılın məntiqinə görə hər hansı bir şeyi əmələ gətirən səbəb həmişə o şeyin özündən ayrı olmalıdır. Bir şey özü-özünü əmələ gətirə, yarada bilməz. Məsələn, rəssam kağız üzərində gözəl bir şəkil çəkir. Rəssam bu şəkli əmələ gətirən, şəklin çəkildiyi kağız isə təsiri qəbul edən səbəblərdir. Aydındır ki, rəssamla rəsm eyni ola bilməz. Məsələnin çox sadə olmağına baxmayaraq, bir çox hallarda insanlar əmələ gətirən səbəblə təsiri qəbul edən səbəbi eyniləşdirirlər. Məsələn, "təkamül nəzəriyyəsi"ndə olduğu kimi təbiəti və ya kainatı həm Yaradan, yəni rəssam, həm də qəbul edən bir tablo bilirlər. Əmələ gətirən səbəblə təsiri qəbul edən səbəbin fərqli olması qanununa görə kainatın və təbiət aləminin özündən qeyri bir yaradanı, əmələ gətirəni olmalıdır. Kainat eyni anda həm yaradılan, həm də yaradan, yəni həm səbəb, həm də nəticə ola bilməz. Buna görə də təbiətin əmələ gətirən, yəni onu yaradan səbəbini onun elə öz içində axtarmaq məntiqdən uzaqdır. - Sözləriniz yadıma Qurandan "Məgər Allah barəsində şəkk etmək olarmı?!" ayəsini saldı...   - Hər hansı bir sahənin alimi əgər bütün bilikləri ilə birgə bu cür sadə və aşkar məsələni anlaya bilmirsə, deməli, ya bu məsələdə zehni çox qarışıb, fikirləri dolaşıb, ya da Allahı təsiri altında olduğu psixoloji amillər səbəbindən danır. Hər bir halda gərək sağlam məntiqi və intellekti kənara qoyasan ki, kainatın qüdrətli, elmli bir varlıq tərəfindən yaradılmadığını deyə biləsən. Hər şey çox aşkardır, şübhəyə belə yer yoxdur. Həzrət Əli (ə.s) Allahın varlığı barədə şəkkə düşən insanlar barəsində öz təəccübünü gizlədə bilməyərək deyərdi: "Çox təəccüb edirəm o şəxsə ki, Allahın yaratdıqlarını gördüyü halda Allahın mövcudluğuna şəkk edir". ("Nəhcül bəlağə", 126-cı hikmət.) Həmçinin başqa bir yerdə belə deyir: "İnsanın yaradılışına heyrətlənin! Çünki bu insan piy parçası (olan gözü) ilə görür, ət parçası ilə danışır, sümüklə eşidir və dəlikdən (burundan) nəfəs alır".   18-ci əsrin məşhur fransız maarifçisi Volter də Əli ibn Əbu Talib kimi belə insanlara qarşı eyni hisləri keçirir: "Mən Fransada çox gözəl təbiətşünas olan bir neçə ateisti tanıyırdım. Etiraf etməliyəm ki, təbiətin mexanizmlərini bu cür əla anlayan insanların bu mexanizmlərin hərəkətində aşkar surətdə idarə edən əlin mövcudiyyətini inadkarcasına danmaları məndə hədsiz heyrətə səbəb olurdu". (Volter, Fəlsəfə lüğəti, Ateist, II bölmə.)   Allahın yaratdıqlarını gördükləri halda Onun mövcudluğunu danan insanlara heyrətlənən Volter kimi mütəfəkkirlərin bu heyrətini Qurani Kərim daha təbii qarşılayır. Hətta onu belə bir formada dilə gətirir: "Məgər Allah barəsində şəkk etmək olarmı?! Bir halda ki, o göyləri və yeri yaratmışdır". Qurana görə göyləri, yeri və ətrafda mövcud olan fauna və floranın müxtəlifliyini görən bir şəxsin onların Yaradanını danması çox təəccüblüdür. Aydındır ki, əgər danan şəxs hər hansı bir elm sahəsinin mütəxəssisidirsə, onun bu inkarı daha çox təəccüb doğuracaqdır. - Bəs onda Avropa insanı ateizmi niyə seçdi? Onları dindən üz çevirməyə vadar edən əsas səbəb nə idi?   - Avropada çox insan Allaha inanır. Ona görə də bütün Avropanın ateizmi seçdiyini demək doğru olmazdı. Bununla belə onlarda kifayət qədər dinə qarşı bədbinlik də müşahidə olunur. Bu da Avropanın uzun müddət katolik kilsəsi və din adı ilə fəaliyyət göstərən hakim dairələr tərəfindən əziyyətə məruz qalması ilə bağlıdır. Roma İmperiyasının sonuncu imperatoru I Feodosiy IV əsrin sonlarında xristianlığı imperiyanın vahid dini kimi təsdiq etdi. Ondan sonra katolik kilsəsinin başına keçən dünyapərəst Papaların Avropada hegemobluğu başladı: sərvət toplama, inkvizisiya məhkəmələri, xaç yürüşləri, cəmiyyətin bütün işlərinə zorakı müdaxilə, elm adamlarının təqibi və s. İnkvizisiya XIII əsrin əvvəlindən başlayaraq XIX əsrə qədər davam etdi. Bəzi mənbələrə görə bu altı-yeddi əsrlik kilsə məhkəməsi müddətində 10 milyon insan qətlə yetirilib. "Xaç yürüşləri" adı ilə təşkil olunan hücumlar nə az, nə çox, XI əsrdən XV əsrə qədər davam etdi. 1212-ci ildə uşaqlardan ibarət xaç yürüşü də təşkil olunmağa başlandı. Kilsənin Papanın göstərişi ilə başladığı "Albiqoy" müharibəsi ümumilikdə 1 000 000-a yaxın insanın qətlinə səbəb oldu. Kilsənin bu mövqeyi, hətta Rotterdamlı Erazm, Martin Lüter, Jan Kalvin kimi xristian ilahiyyatçılarının katolik kilsəsinin islah olunmasını tələb etmələrinə gətirib çıxardı.    Çəkilmiş bu qədər böyük dağdan sonra qərb insanı kütləvi şəkildə böyük bir psixoloji travma aldı, sarsıntı yaşadı. Nəticədə hamı katolik dinindən iyrəndi. Daha sonra insanlar bu nifrəti ümumiləşdirib bütün dinlərə və dinlərin üzərində durduğu Allah, axirət, ruh kimi anlayışlara da yönəltdilər. Artıq XVIII əsrdə ateist tərzi-təfəkkürlü fəal mütəfəkkirlər yavaş-yavaş formalaşmağa başlamışdılar. Böyük Fransa İnqilabı da ateizmin yayılmasına təsirsiz ötüşmədi. İnqilab köhnə sistemin məhvinə və yerinə daha demokratik olan yeni sistemin gəlməsinə səbəb oldu. Bununla da sekulyarizasiya daha geniş əhatədə yayılmağa başladı. Fransanın sekulyarlaşması İtaliya, Almaniya kimi digər ölkələrə də öz təsirini göstərdi. XIX əsrin ortalarında ateizm artıq çox güclənmişdi. Lüdviq Feyerbax, Fridrix Nitsşe, Vilhelm Vundt, Hans Fayxinger, Ziqmund Freyd, Engels, Marks, Jan Pol Sartr kimi bir çox mütəfəkkirlər xristian dininə çox tənqidi yanaşırdılar.   Ümumiyyətlə, ateizmin Avropada yayılmasının tarixinə diqqət etdikdə görürük ki, onun müqəddiməsi ingilis empirizmi ilə başlayıb, fransız burjuaziya hərəkatı ilə güclənib, alman fəlsəfəsi ilə yekunlaşıb. Bir zamanlar xristian dininə möhkəm bağlılıqları ilə seçilən məhz bu üç Avropa ölkəsi sonunda ateizmin dünya səviyyəsində geniş yayılmasına səbəb oldu. Ateizmin XVIII-XX əsrlərdəki inkişafı orta əsrlərin katolik dininin əleyhinə yönəlmiş inqilabi-islahatçı bir hərəkatın təbii nəticəsi idi. Görürük ki, katolik kilsəsi Avropa insanının dinsiz, Allahsız olması üçün əlindən gələn hər şeyi edib. Ona görə də Avropada yaranmış ateizmi elmi deyil, psixoloji kökü olan ateizm hesab etmək lazımdır.   Ancaq onu da qeyd edək ki, günümüzdə Avropanın özündə, hətta dünyada belə bu vəziyyət müsbətə doğru dəyişir. Yaradılış və dini-ideoloji mövzulara olan marağın artması daha çox diqqətə çarpır. - Deməli, Avropadakı ateizm başlanğıcda, əslində, bütün dinlərə deyil, yalnız katolik kilsəsinə qarşı yaranmış ictimai-islahatçı bir hərəkat idi...   -  Tamamilə doğrudur. O dövrə xas olan, ateizmin mənəvi qidasını təşkil etmiş bütün ədəbiyyatları oxuduqda mənfi köklənmənin məhz xristian katolik dininə yönəldiyini görürük. Volterin əsərləri, Rotterdamlı Erazmın "Axmaqlığın mədhi", Pol Anri Holbaxın "İfşa olunmuş xristianlıq", Lüdviq Feyerbaxın "Xristianlığın mahiyyəti", "Dinin mahiyyəti", Fridrix Nitsşenin məşhur "Allah öldü" ifadəsi bütün bunlar xristian dininin yetərsizliyini, o dövrdə qarşılaşdığı problemlərini bəyan edirdi. O dövrdə dinlərdən tənqidi danışdıqda yalnız katolik xristian dinini nəzərdə tuturdularsa, sonradan bu anlayışı ümumiləşdirərək bütün dinlərə şamil etdilər. Özlərini "qərbin azad və mütərəqqi düşüncəsi"nin varisləri hesab edən bəzi müsəlmanların da bu ümumiləşməyə təsirləri oldu. Belə ki, onlar katolik kilsəsinə aid olan etirazları, fikirləri İslama da aid etməyə başladılar. Belələri qərbin öz dininə yönəlmiş fikirlərini vaqonlarla müsəlman ölkələrinə daşıdılar, insanlar arasında yaydılar. Əslində, qərbdə yaranmış "din ağla ziddir", "din elmdən ayrıdır", "din barbarlıqdır", "din elmi tərəqqini dəstəkləmir", "din insan hüquqlarını, azad düşüncəni tanımır" kimi ifadələrin İslamla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Bununla da Avropanın özləri üçün atdıqları ateizm qarmağına səhvən müsəlmanlar düşdülər. İnanclarımızı kənara qoyub ateizmi qəbul etməklə müasir və alicənab olacağımızı, sonra da avropalılar kimi texniki sahələrdə inkişaf edəcəyimizi düşünürük... - Belə olan halda ateizm və ya ateistlər cəmiyyət üçün nə dərəcədə zərərli, təhlükəlidir?   - Adi ateist düşüncəli insanlar var. Sakit öz həyatlarını yaşayırlar, radikallıqdan da uzaqdırlar, islamofob da deyillər. Kiminsə düşüncəsini məcburi olaraq dəyişdirmək olmaz. Hər kəs öz yolunu özü azad seçimlə müəyyən etməli, digərinin də düşüncəsinə, seçiminə qarşı anlayışlı davranmalıdır. Heç kəs mənim kimi düşünmək məcburiyyətində olmadığı kimi, mən də digərləri kimi düşünmək məcburiyyətində deyiləm. Mənim çox sayda ateist və aqnostik düşüncədə olan oxucularım var və onlardan çoxlu məktublar alıram. Onlarla fikir mübadiləsi etmək çox asandır. Anlayışlıdırlar. Qarşılıqlı ehtiramla müzakirələrimiz də olur.   Ancaq bu arada neoateistlərə aid olan cərəyanlar var ki, onların yanaşması çox aqressivdir. Onlar tərəfindən digər inanclıların etiqadlarına hücum müşahidə olunur. Bax, bu yol verilməzdir! Dokinzkimilərinin ateizmi adi ateizmdən fərqlidir. Onlar radikal neoateistlərdir. Hazırda ateizm əsl mahiyyətini dəyişərək dinfobiyaya, xüsusən də İslamfobiyaya çevrilib. Bu aqressiv ateizm əslində neoateizmdir. Onu adi mülayim ateizmdən fərqləndirmək lazımdır.   Neoateistlər cəmiyyət üçün təhlükəlidirlər. Onların cəmiyyət üçün təhlükəsi hər hansı bir radikal dini qruplaşmadan heç də az deyil. Neoateizm adət-ənənələri, bütün mənəvi dəyərləri, dini inancları məhv etməyi hədəf alıb. Mənəvi dəyərlərdən və ənənələrdən üz çevirmiş insan asanlıqla yad elementlərə tam bir etimadla yönələcək, bununla da kənar qüvvələrin zəhərli təbliğatçısına çevriləcəkdir. Bu məqamda İmmanuel Kant və Uilyam Ceyms kimi məsələyə yanaşaraq demək lazımdır ki, Allah inancı, insanlarda əməllərin qarşılığının veriləcəyinə dair etiqad yoxdursa, o zaman mənəvi-əxlaqi dəyərlərə bağlı olmağın da heç bir mənası qalmır. Bu isə cəmiyyətin mənəvi cəhətdən süqutu deməkdir. Dediklərimizi Fyodor Dostoyevski "Karamazov qardaşları" romanında belə ifadə edir: "... insanda özünün ölümsüzlüyünə olan inamı məhv edin, o andaca onda nəinki məhəbbət, hətta dünya həyatını davam etdirməsi üçün lazım olan hər bir canlı qüvvə də tükənəcəkdir. Bundan başqa, o zaman heç bir iş əxlaqsızlıq hesab edilməyəcək, hər şey icazəli olacaqdır, hətta antropofaqiya (adamyemək - red.) belə˝. Jan Pol Sartr da "əgər Allah yoxdursa, o zaman hər şey icazəlidir" ifadəsinin məhz Dostoyevskiyə məxsus olduğunu deyir.   Eyni sözü bəzi dini fundamentalist radikal cərəyanlar üçün də demək olar. Həmin radikal dini cərəyanın nümayəndələri də digər düşüncə sahiblərinin onlar kimi yaşamaq haqqına malik olmadığını düşünürlər. Onlar özlərindən bir az fərqli düşünən şəxsləri ən pis düşmən kimi görürlər. Təbii ki, bu qrupların hər ikisi pislənilməlidir. - Yuxarıda bu məsələyə müəyyən qədər toxundunuz. Yəni bəzən "dini təfəkkür elmi təfəkkürdən fərqlidir", "inanclı insan elmi təfəkkürə əsaslanmır", "Allahın və dini anlayışların elmi əsası yoxdur və bunlar elmi dünyagörüşə ziddir. Ona görə də din yanlış və xurafatdır" kimi fikirlər səsləndirilir. Bu cür fikirlərə münasibətiniz necədir?   - Daha əvvəl də qeyd etdiyim kimi, ateistlər elm deyəndə təcrübi, eksperimental elm sahələrini nəzərdə tuturlar. Məsələn, kimya, biologiya, zoologiya, fizika, astronomiyanı.. Eksperimental elm sahələrində olan məsələlər yalnız hissi təcrübə yolu ilə araşdırılır və müəyyənləşir. Deyəndə ki, bu fikir elmi deyil, əslində bu, o deməkdir ki, bu fikri təcrübədə sübut etmək mümkün deyildir. Elmin bu mənada işlədilməsi qərb aləmində geniş surətdə pozitivistlər tərəfindən başladılıb. Bu işlənməyə görə qeyri-təcrübi olan sahələr və məlumatlar "elm" hesab olunmur. Pozitivistlərin elmi bu cür izah etmələri onlara məxsus dünyagörüşündən qaynaqlanır. Çünki onlar belə hesab edirlər ki, insanın həqiqi bilgiləri yalnız və yalnız hissi təcrübə yolu ilə, yəni laboratoriyadakı eksperimentlərlə hasil ola bilər. Bundan başqa yol ilə əldə olunan məlumatlar isə həqiqət deyil, mif və xurafatdır. Məsələn, əgər biz Allah, axirət, ruh kimi anlayışları hissi ekperimentlərlə müəyyən edə bilmiriksə, bu, onların mövcud olmaması mənasına gəlir. Artıq burada əqli qaydalara və şəxsi müşahidələrə əsaslanaraq nəyisə isbat etməyiniz keçərsizdir. Onların elmə verdikləri bu cür izah sonradan qərbdən bütün dünyaya yayıldı. Ona görə də günümüzdə "Allah və ruh kimi digər dini anlayışlar elmi deyil" deyiləndə, əslində, bu, "bunları mikroskop altında görməmişik, teleskoplarla müşahidə etməmişik, əlimizlə toxunmamışıq və dadmamışıq" deməkdir. Sadə xalq isə ateist alimlərinin "elmi deyil" təbirlərini "həqiqət deyil, boş və mənasızdır" kimi başa düşür. Ancaq bu heç də doğru yanaşma hesab oluna bilməz.   Belə ki, həqiqətin tək açarı hissi eksperimentlər deyil. Həqiqəti əqli mülahizələr, məntiqi-fəlsəfi metodlarla da aşkar etmək mümkündür. Əgər biz həqiqəti hissi-təcrübi elmlərlə bərabər tutsaq, o zaman dialektik materializm, pozitivizm kimi ateist fəlsəfi məktəblərini də qeyri-həqiqi və yalan hesab etməliyik. Çünki ateist fəlsəfə məktəbləri də daxil olmaqla heç bir fəlsəfi, ideoloji məktəbin düzlüyünü hissi təcrübə yolu ilə isbat etmək olmaz. Birincisi, fəlsəfi nəzəriyyələr sistemi heç zaman təcrübələrlə müəyyənləşmir. İkincisi, hər hansı bir elmin qaydaları ilə digər elmin qaydalarını isbat etmək mümkün deyil. Məsələn, kimya elminin qaydaları ilə riyaziyyatın məsələlərini həll etməzlər, biologiyanın metodları da astronomiyanın məsələlərini izah etməkdə yararsızdır. Çox maraqlıdır, əgər bu yanaşmanın doğruluğunu qəbul etsək, pozitivistlər hissi təcrübə elmlərinin qaydaları ilə öz fəlsəfələrinin düz olduğunu necə isbat edəcəklər? Yaxud da transsendent olan Allah, ruh kimi anlayışların olmadığını sırf təcrübə yolu ilə necə rədd edəcəklər? Hər bir elm yalnız öz əhatəsində nəyin olub olmadığını deyə bilər, digər sahələrdə nələrin olduğunu müəyyənləşdirə bilməz. Ona görə də "elm Yaradanı, vəhyi, mələyi qəbul etmir" deyəndə, bu sadəcə "Yaradanın, vəhyin və mələyin hissi eksperimentlər çərçivəsindən kənarda olduğu" mənasında başa düşülməlidir. Ancaq bu, onların həqiqət olmadığı və əqli-məntiqi cəhətdən əsaslandıra bilmədiyimiz mənasına qətiyyən gəlməz. Məlumdur ki, transsendent, qeyri-təcrübi anlayışları eksperimentlərlə əsaslandıra bilmərik, lakin əqli-məntiqi və fəlsəfi cəhətdən tamlığı ilə əsaslandırmaq mümkündür. - Belə çıxır ki, əgər onlar kimi yanaşmalı olsaq, o zaman düzgünlüyü dəqiqliklə bilinən bir çox məsələləri xurafat və qeyri-elmi hesab etməliyik...   - Əlbəttə, tamamilə doğrudur. Məsələn, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunu heç bir təcrübə elmi isbat etməyib. Onda belə çıxır ki, onların təbirincə, bu hökm gərək qeyri-elmi və xurafat hesab olunsun. Həmçinin məhəbbət, nifrət, qəzəb kimi bütün hislərimiz qeyri-maddidir. Bunları eksperimentlərlə, insanın bədənini yarmaqla müşahidə etmək mümkün olmur, ancaq mövcudluğunu hamı qəbul edir. Anlamaq lazımdır ki, hər bir məsələnin isbatının özünə xas metodologiyası var. Əqli mövzuları əqli, təcrübi məsələləri də hissi müşahidələr yolu ilə isbat edərlər.   - Maraqlıdır, ateist alimləri təcrübi metodla Allahın yoxluğuna necə arqument gətirməyə çalışırlar?   - Məsələn, bioloq Riçard Dokinz məməli heyvanlarda olan qayıdan qırtlaq sinirini, ona latınca "nervus laryngeus recurrens" deyirlər, Allahın yoxluğu üçün mühüm dəlillərdən hesab edir. Məməlilərə xas olan bu sinir beyindən başlayaraq ürəyə doğru uzanır, oradan da qırtlağa qayıdır. Təkamülçü bioloqlar deyirlər ki, qayıdan qırtlaq sinirinin beyindən çıxıb qırtlağa bu qədər uzun məsafə qət edərək gəlməsi yaradılışda olan bir qüsurdur. Beyin ilə qırtlaq arasında bir neçə santimetrlik məsafə olduğu halda bu qədər uzun yolu qət etmək nəyə lazımdır? Onlar deyirlər ki, biz Allah olsaydıq, bu siniri ən qısa yol ilə beyindən birbaşa qırtlağa aparardıq. Bu sinirin uzun yol ilə getməsi yanlışdır, deməli, Allah yoxdur. Çünki Allah olsaydı, bu nöqsana yol verməz və bu siniri ən qısa yolla qırtlağa aparardı. Bu "arqument" ola bilər ki, sizin üçün gülməli bir zarafata oxşasın. Ancaq söylədiklərimizdə zarafat yoxdur. Dokinzin bu barədə hətta sənədli bir filmi də var. Həmçinin bəzi ateist alimlər də Allahın yoxluğuna dəlil kimi məhz bu "qırtlaq siniri arqumentini" gətiriblər...   Bilirsiniz bu arqument nəyə bənzəyir? Düşünün ki, bizə araşdırmaq üçün qəliz mexanizmli bir maşın və ya bir təyyarə veriblər. Bu zaman biz bu maşının və ya təyyarənin içərisində hər hansı bir naqilin digərlərindən bir qədər uzun olduğunu görürük. Buradan da nəticə çıxardırıq ki, bu qəliz mexanizmli, çoxfunksiyalı maşın heç bir mühəndisin işi olmadan öz-özünə əmələ gəlib. Ümumiyyətlə, biz insanlar bu məhdud biliklə, hansısa "sinir daha qısa olsaydı, daha yaxşı olardı" və ya "filan orqan faydasızdır" kimi nəticələri necə çıxarda bilirik? Bax, onların bütün "dəlilləri" bu formadadır.  - Mümkündürmü ki, bir insan həm müasir və elmi dünyagörüşə malik olsun, həm də inanclı olsun? Yoxsa ki, bu iki məsələ bir insanda cəmləşə bilməz? - Əlbəttə ki, cəmləşə bilər. Bunun əksini düşünmək çox absurd olardı. Ölkəmizdə şəxsən tanıdığım çoxlu sayda yazıçını, müxtəlif tibb sahələrinin adamlarını, alimləri, müəllimləri, yüksək nailiyyətli idmançıları, elmi işçiləri misal göstərə bilərəm ki, Allaha tamlığı ilə inanırlar. Hətta içlərində ibadət edənləri də az deyil. Eramızdan əvvəldən tutmuş orta əsrlərə qədər bir çox böyük kəşfləri etmiş alimlər olub ki, inanclı olublar, içlərində keşiş, ruhani olanları belə az deyil. İslam aləminin qızıl dövrü deylən VIII əsrdən XIII əsrə qədər olan müddətdə müxtəlif sahələrdə kəşflər edənlər də məhz inanclı müsəlman alimləri olublar. İslam aləmində məscidlər müsəlmanların həm dini, həm də dünyəvi elmlərə yiyələndikləri elmi mərkəzlər olub. Hazırda çoxları Amerikanı dünyanın ən müasir və inkişaf etmiş ölkəsi hesab edir. Sosioloji sorğulara görə, bu ölkənin əhalisinin 93 faizi özlərini bu və ya digər formada inanclı hesab edirlər. Halbuki, dünyanın ən müasir texnikasından istifadə edirlər. Bütün Avropa ölkələrində də inanclı əhali ən müasir texnologiyalara dolu həyatla yaşayır.   Belə görünür ki, Allaha inam və dini dünyagörüşü onları nə dörd divara məhkum etməyib, nə də elmi-texniki nailiyyətlərdən istifadə etməkdən məhrum etməyib. Deməli, onlar elmi qəbul edirlər. Nəticədə görürük ki, dini günyagörüş elmi dünyagörüşlə heç cür ziddiyyət təşkil etmir.   Bu məqamda Kollinzin kitabından bir sitat gətirmək istərdim. O, deyir: "Adətən belə hesab olunur ki, həqiqi alim fövqəltəbiiliyə ciddi surətdə inana bilməz. Bu kitab belə düşüncələri rədd etmək məqsədilə yazılıb. Bununla göstərmək istəyirik ki, Allaha inam rasionalizm çərçivəsində gerçəkləşmiş şüurlu seçimin nəticəsi də ola bilər. Həmçinin Allaha inamın prinsipləri faktiki olaraq elmin söykəndiyi prinsipləri də tamamlayır".   Bu deyilənlərin təsdiqini bizlər dini mətnləri təəssübsüz oxuduqda da görürük. "Allah sizdən iman gətirənləri bir dərəcə ucaltmış, sizlərdən elm əhli olan kimsələrə isə daha çox dərəcələr bəxş etmişdir". Quranın "Mücadilə" surəsinin bu 11-ci ayəsi adi möminləri inanclı alimlərdən kəskin sürətdə ayırıb. Ayəyə görə iman insanın Allah yanında məqamının bir dərəcə artmasına, elmi dünyagörüşü, biliyi isə inanclı birinin Allah yanında daha yüksək dərəcələrə ucalmasına səbəb olur. Əgər dini baxış elmə qarşı olsaydı, ayə alimin Allaha daha yaxın olduğunu deməzdi. İnanclı birini bu cür elmi dünyagörüşünə, biliyə sahib olmağa təşviq edən ayələr həddindən çoxdur. Quran məntiqinə görə elm bir insanı Allaha daha çox yaxınlaşdıran, ona Allahını tanıdan ən möhtəşən vasitədir.   Fizika üzrə Nobel mükafatçısı Verner Heyzenberqin sözü ilə desək, yaradılışa səthi baxdıqda ilkin yanaşmadan ateizm doğur, amma qabın dibində bizi Tanrı gözləyir. Mümkündür ki, adi insan səthi bir yanaşma ilə "biz boşuna, öz-özünə yaranmışıq" fikrinə gəlsin, ancaq yaradılışı "qazdıqca", araşdırdıqca heyrətdən donub qalırsan. Quran deyir ki, elm insanı Allahsız edə bilməz, əksinə insanı Allaha daha da yaxınlaşdırar. Çünki elm insana Allahın yaratdığı aləmin möhtəşəmliyini, dəqiqliyini elə anladır ki, insan bütün bunların öz-özünə yarana bilməyəcəyi qənaətinə gəlir. İlkin İzzətMilli.Az
07.09.2016   1288   58