NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Quran haqda biliklərimiz

Müşfiq Mehdibəyli


Bütün yazıları

 
Quran haqda biliklərimiz
13.07.2016   2758
43

Quranın surələrinin, ayələrnin, kəlmələrinin və hərflərinin sayı

İslam alimlərinin Quranın ayə, kəlmə və hərflərinin ümümi sayı mövzusunda, daha dəqiq desək, Quranın yazılış uslubu, yəni,  xəttatlığı baxımından fikir ayrılıqları vardır. Ümumiyyətlə  isə əksər elmi nəzərlərə görə Quranda 6236 ayə, 77437 kəlmə, 321180 və ya 322770 hərf, 1015030 (bir milyon on beş min otuz ) noqtə mövcuddur.

 

Quranın 114 surəsi vardır ki, onlardan  Məkkədə nazil olanların sayı  86, ayələrinin sayı 4468, kəlmələrinin sayı 45653, Mədinədə nazil olanların  sayı isə  28, ayələrinin sayı 1768, kəlmələrinin sayı 32154 təşkil edir.


Quranda neçə Bismillahir rəhmanir rəhim vardır

Qurani Kərimdə 114 Bismillahir rəhmanir rəhim ayəsi vardır ki, onlardan 113ü surələrin əvvəlində, biri ayə isə surənin ortasında gəlmişdir. Bu, Quranın 27-ci surəsi olan Nəml surəsinin 30-cu ayəsidir.

إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ


"O məktub Süleymandandır və o “Bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır)."

Həzrət Süleyman  (ə) Bismilahir rəhmanir rəhim kəlməsini ilk yazan şəxsdir.


Allah sözü Quranda neçə dəfə təkrarlanır

Quran üzrə mütəxəssis doktor Mahmud Ruhaninin yazısına görə Allah kəlməsi Qurani Kərimdə 2699 dəfə zikr olunub. Bu kəlmə Quranda ən çox təkrar olunan kəlmələrdən biridir ki, bu da hər bir insanın Allahı öz hayatında  əsas varlıq bilməsinə görədir.


Quranda Məhəmməd peyğəmbərin (s) mübarək adı neçə dəfə zikr olunur

İslam peyğəmbərinin mübarək adı Qurani Kərimdə 5 dəfə zikr olunur ki, bunlardan da 4-ü "Məhəmməd" (s) ,biri isə "Əhməd" (s) adı ilə qeyd olunub. "Məhəmməd" adı aşağıdakı surə və ayələrdə gəlmişdir.


"Muhəmməd ancaq bir peyğəmbərdir..."  Ali-İmran surəsi (3), ayə 144;


"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir..." Əhzab surəsi (33), ayə 40;

"İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır)."  Muhəmməd surəsi (47), ayə 2;


"Muhəmməd (s) Allahın Peyğəmbəridir..." Fəth surəsi (48), ayə 29;

Əhməd adı isə Saff surəsinin 6-cı ayəsində zikr olunur:


"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!..."


Hansı peyğəmbərin adı Quranda daha cox zikr olunur

Qurani Kərimdə adı ən çox yad edilən peyğəmbər həzrəti Musadır (ə). Bu peyğəmbərin (ə) adı müqəddəs kitabımızda 136 dəfə zikr olunur. Bunun da səbəbi odur ki, həzrət Musanın (ə) qövmi olan yəhudilərin sərgüzəştlərindən və onların etdikləri zülm və səhv hərəkətlərindən ibrət alıb səhvlərə yol verməyək.


Neçə qadının adı Quranda zikir olunur

Həzrət İsanın (ə) anası olan Məryəm (ə) xanımdan başqa heç bir qadının adı müstəqil şəkildə qeyd olunmamışdır. Amma digər xanımlara işarə edilmişdir. Belə ki,  Əzhab surəsinin əhli-beyt haqqında olan 33-cü ayəsində həzrət Zəhra (ə) xanıma, Hud surəsinin  71-ci ayəsində həzrət İbrahimin həyat yoldaşı olan Sara xanıma, həmçinin, Qəsəs surəsinin 11-ci ayəsində, Nəml surəsinin 23 və Ali-İmran surəsinin 40-cı ayələrində isə digər xanımlara işarə olunmuşdur ki, arzu edənlər baxa bilərlər.

Quranda Həzrət Nuhun və Həzrət Lutun xanımları  cəhənnəm əhli kimi yad olunmuşdur ki, bunlara da Təhrim surəsinin 10-cu ayəsində rast gəlinir.


" Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi."

Bu ayədən də belə qənaətə gəlirik ki, hətta Allahın peyğəmbərinin xanımı olmaq belə insana Allah əzabından nicat vermir . Hər bir şəxs Qiyamət günü öz əməllərinə görə haqq-hesab olunacaq və kimisi cəhənnəmə, kimisi isə cənnətə gedəcəkdir.


Hansı surələrin adı peyğəmbərlərin adı ilə başlayır

Bu surələr bunlardır: Yunis (10), Hud (11), Yusif (12), İbrahim (14), Muhəmməd (s) (47) və Nuh (71). Ümumiyyətlə, altı surə peyğəmbərlərin adı ilə başlayır.


Ən böyük və ən kiçik surə

Quranın ən böyük surəsi Bəqərə surəsidir  ki, 282 ayədən və ən kiçik surəsi isə Kovsər surəsidir ki, 3 ayədən ibarətdir. Bəqərə surəsi Mədinədə, Kovsər surəsi isə Məkkə şəhərində nazil olmuşdur.


Hnası surə "Bismillahir rəhmanir rəhim"siz başlayır

Quranın doqquzuncu surəsi olan Tövbə surəsi "Bismillahir rəhmanir rəhim"siz başlayır. Bildiyiniz kimi, Mehriban və Bağışlayan Allahın adı ilə kəlməsi (Bismillahir rəhmanir rəhim) Allahın  rəhman və rəhim sifətlərinə şamil olur. Allah-Təala milliyətindən, dinindən, irqindən, elmindən, sərvətindən və tayfasından aslı olmayaraq bu dünyada hər kəsə qarşı rəhimlidir və hər kəsə ruzi verəndir,  hətta o kəs  kafir və müşrik olsa belə. Ancaq qiyamət günü Allah-Təala yalnız möminlərə mehriban və rəhman olacaqdır. Tövbə surəsinin ilk ayələri də kafir və müşriklərə böyük xəbərdarlıq və əzabdan bəhs edir. Ola bilsin ki, Allah bununla insanlara bildirmək istəyir ki, axirətdə kafir və müşriklərə heç vaxt güzəşt olmayacaqdır. Bildiyimiz kimi, Allahı tanımamaq və ya ona şirk qoşmaq ən böyük günahlardandır ki, bunun da müqabilində Allah kafir və müşriklərin əbədi cəhənnəm atəşində yanacaqlarına söz verib.


Allah kəlməsi bir surənin bütün ayələrində

Qurani Kərimin Mücadilə surəsinin bütün ayələrində  Allah kəlməsi zikr olunmuşdur. Allah kəlməsi ümumilikdə 22 ayədə 40 dəfə zikr olunmuşdur.


Quranın böyük və kiçik ayəsi

Bildiymiz kimi, Quranın ən böyük ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Taha surəsinin birinci ayəsi isə hərf baxımından ən kiçiyidir ki, yalnız iki hərfdən, TA və HA hərflərindən ibarətdir.

Quranın  digər kiçik ayəsi Ər-Rəhman surəsinin 64 -cü ayəsdir ki, yalnız bir kəlmədən ibarətdir.

مُدْهَامَّتَانِ


" (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır)."

Quranın ən uzun kəlməsi isə Hicr surəsinin 22-ci ayəsində gələn 11 hərfdən  ibarət kəlmədir.

فَأَسْقَيْنَاكُمُوهُ


Quranda adı çəkilən heyvalar bunlardır:

Müqəddəs kitabımızda  25 dənə heyvan adı çəkilmiş ki, onlardan bəziləri bunlardır.

İnək  - Bəqərə, ayə 67; meymun - Bəqərə, ayə 65; bal arısı -  Nəhl, ayə 68; şanapipiyi quşu - Nəml ,ayə 20; qarışqa - Nəml, ayə 18; fil - Fil, ayə 1; it - Kəhf, ayə 18; ağcaqanad - Bəqərə, ayə 26; hörümçək -Ənkəbut, ayə 41; canavar - Yusif,  ayə17; dəvə - Ənam, ayə 144; qarğa - Maidə, ayə 31; qoyun - Ənam, ayə143, 

 
 
 
 
Şərhlər
 
Digər yazıları (2)
Bütün yazıları
Hicrinin 61ci ilindən bu günə və eləcə də Qiyamət gününə qədər İmam  Hüseynin (ə) həmişəyaşar mübarizəsi və mübarək şəhadəti yaşıyıb, yaşayır və yaşayacaqdır. O və 72 yaranı ilə insanlığa elə böyük bir dərs verib ki, bütün insanlar bu dərsdən örnək alıb ilhamlanmalıdırlar. Kərbəla keçmişdən yadıgar qalmış bir yer adıdır. O  zamandan ki həzrəti İbrahim "Uvər"[1] deyilən yerdən  Məkkəyə hicrət edərkən Fərat çayı ətrafından Kərbəlaya keçərək orada Allaha ibadətlə məşğul olmuşdur.[2]   Kərbəla  kəlməsi Bu kəlmə haqda çoxlu sözlər və kəlmələr nəql edilmişdir. Belə ki, "Kərbəla"  sözünün bir mənası bəla və müsibət deməkdir. Bu kəlmə iki hissədən ibarətdir: "Kar"- nicat, "Bəla" - həyat və aman mənasındadır ki, bu da həyat tapmaq kimi qələmə verilmişdir[3]. Bəla sözü lüğətdə imtəhan mənasını ifadə edir. Bu məna həm də  bir insanın başına gələcək yaxşı və pis işlərdə necə davranması  və bu sınaqlardan necə çıxması deməkdir. Çünki  insan başına gələn hadisələr nəticəsində özünü tanıyır və Allah müqabilində öz nəfsinin hansı dərəcədə olduğununu dərk edir. Bəzən insan  üzləşdiyi çətin bir vəziyyətdən çıxa biləcəyini düşündüyü halda  nəticədə, nə qədər aciz olduğunu anlayır. Bu səbəbdən də heç zaman istənilən bir sınaqdan çıxmağa qadir olduğu düşüncəsi ilə qürrələnməməlidir.  Rəvayətlərdə bu da nəql olunur ki, Allah - taala bu müqəddəs məkanda həzrət Nuha və ona iman gətirənlərə nicat vermişdir.[4]  Kərbəla İbrani dilində "Allah diyarı" adlanır. Allah Quranda həzrət Musa, Harun və Bəni-İsrail tayfasının Firondan və onun zülmlərindən nicat tapmağı "Kərb" (böyük bəladan nicat ) kimi bəyan edib.   "Onların hər ikisini böyük fəlakətdən (Fironun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq."[5]    وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ   "Kərb" sözü Quranda dörd dəfə işlənmişdir. İmam Hüseynin (ə) xüsusiyyətləri Qurani kərim İlahi ənbiya və elçiləri İlahi əmrləri yerinə yetirməkdə çox səbrli, yəqin əhli və ibadətkar kimi təqdim edir. "Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər." [6]   "(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik."[7] İmam Hüseyn (ə) bu kəlamlarla tanınmış bir şəxsdir ki, həzrət Peyğəmbər (s) onu parlaq bir misbah və çıraq kimi təqdim etmişdir. "Həqiqətən Hüseyn ilahi çıraq (hidayət çırağı) və nicat gəmisidir."    İmamın (ə) xüsusiyyətləri bunlardır: 1. Yaxşılığa dəvət.  Quranda Allah belə buyurur: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız..."[8] İmam Hüseynin (ə) qiyamının hədəfi haqda buyurur: "Mən yaxşılığa dəvət və pislikdən kəçindirməyi diri saxlamaqdan ötrü qiyam edirəm". 2 İzzətli və əməli saleh müəllim "Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar..."[9]   İmam Hüseynin (ə)  Kərbəladakı ən məhşur şuarlarından biri  və  qiyamətə qədər bütün azadlıq sevərlərin və izzətlə yaşayanların  zalımlara qarşı  şuarı olan "Zillət bizdən uzaqdır"[10] kəlməsidir. Və  bu müqəddəs kəlmə ilə hər il yüzlərlə insan qəflət yuxusundan oyanır və bu şuar ilə zalımlara qarşı həyatında böyük bir dönüş yaradır.   İnfaq (xeyriyəçi) və özünü qurban edən örnək "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız..."   İmam Hüseyn (ə) Aşura günündə sahib olduğu və məhəbbət bəslədiyi hər şeyi Allah yolunda infaq etdi. Necə ki, həzrəti İbrahim (ə)  illər sonra Allahın izni ilə dünyaya gələn sevimli ovladını Allah üçün qurban etmək istəmişdi. Amma imam Hüseynin (ə) qurbanları ən az yaşlısı altı aylıq Əli Əsğər, ən qocamanı isə 90 yaşlı Həbib ibn Məzahir olan 72 nəfər idi. Mütməinnə nəfsin sahibi "(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!"[11] İmam Sadiq (ə)  buyurub: "Fəcr surəsini vacib və müstəhəb namazlarınızda oxuyun. Çünki bu surə İmam Hüseynin (ə)  şəninədir. Bir şəxs bunun cavabını bilmək istədikdə İmam (ə) buyurdu. Ona görə ki, İmam Hüseyn mütməinnə nəfsin sahibi idi. Allah ondan o da Allahdan razı idi.[12] Çünki İmam (ə)  özü buyurmuşdur ki, Allah mənim və yaxınlarımın şəhid olmasını və ailəm və xanımların isə əsir olmasını istəmiş və məndə buna razı və mütiyəm. Kərbəlada da bunu subut etdi. Allaha itəatkarlıq və xof.   Quran ənbiyaları vəsf  edərək buyurur: Peyğəmbərlər o kəslərdirlər ki, Allah risaləsinin təbliğində fəqət Allahdan qorxar, heç bir bəndədən isə çəkinməzdilər. Necə ki, Əhzab surəsinin 39 cu ayəsində Quran buyurur: "O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir."   İmam Hüseyn də bu iki xislətə sahib idi:  birinci, təkcə Allahdan qorxardı. İmam (ə) Ərəfə duasında buyurur: "İlahi! Məni elə et ki, səni görürmüş kimi səndən qorxum."   İkinci, Allahdan qeyrisindən qorxmazdı. İmam Hüseyn (ə) buyurub: Əgər dünyada bir dənə də pənahgahım olmasa və heç kim məni himyət etməsə belə, Yezidə beyət etməyəcəyəm.[13] İmam Hüseynin (ə) imtəhanı həzrət İbrahimin (ə) imtəhanından üstün idi.   Allah - Taala Quranda Bəqərə surəsinin 124-ci ayəsində buyurur: " (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi..."   Həzrət İbrahimin (ə) imtəhanları bunlardan ibərət idi: Həzrət Hacər xanımı və körpə İsmaili Kəbə ətrafında susuz bir səhrada tək qoymsı, Nəmrudun atəşinə atılması, Həzrət İsmailin Allah yolunda kəsilib qurban olunması və sair...   Hər kəs Aşurada baş verən hadisələrə göz gəzdirdikdə İmam Hüseynin imtəhanlarının necə çətin və ağrılı - acılı olduğunu hiss edir. Məsələn, öz cavan, yeniyetmə və südəmər övladlarını qurban etməsi, 30 min leşkərin qarşısında qız , xanım və uşaqları yerləşdirməsi, Allaha təvəkkül etməsi  (hətta ailəsi və səhabələri şəhid olduqda belə İmam (ə)  Allaha sığınıb təvəkkül edərdi) və Kərbəla çölündə onlarla belə acı və çətin imtəhanı. Əksər insanlar Aşura günündə baş vermiş hadisələrə rəğmən İmamın bu qədər əzab və dəhşətləri görə - gorə yenə dəyanət və qeyrət ilə verdiyi şüarlara və insanların hidayəti üçün etdiyi çağrışlara təəccüb edib heyrətlənir. Yaxşı və xeyirli işlərdə liderlik.   Qurani kərim Maidə surəsinin 48-ci ayəsində buyurur: "... Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın)... "   Aşura günündə ən böyük və yaxşı iş zamanənin İmamının müqabilində Allah yolunda şəhid olmaqdır ki, Kərbəla şəhidləri də bu şərəli ölümü yaşıyaraq qanlarını Allah və dinin yolunda xəsislik etmədən qurban verdilər. Bu xeyir işi görmək üçün hər bir sahəbə növbəyə düzülərək İmamın ailəsinə və bəni Haşim cavanlarına fürsət verdmirdilər. Onlar ancaq bunu deyirdilər ki, biz nə vaxt şəhid olsaq, bundan sonra sizlər cihad edib məhbubunuz olan Allaha  qovuşarsınız. Bəni haşim də bu sarıdan İmamın ailəsinə  imkan verməyib ilk əvvəl özlərini qurban etdilər və yalnız bundan sonra növbə İmamın ailəsinə yetişdi. Qurana arif olanlar. Şəhidlər ağası İmam Hüseyn (ə) buyurub: Quranın zahiri əcib və gözəl, batini isə ölçüyə gəlməz dərəcədə dərindir.[14] Quranın zahiri öz səssizliyi ilə insanları heyrətə gətirdiyi kimi batini də sonsuz olan bir dərinliyə bağlıdır ki, imam Hüseyn (ə) bu gözəlik və dərinliyin danışan natiqidir və bu natiq hətta öz möcüzəsi ilə əhli-sünnə mənbələrinin də təsdiq etdiyi kimi kəsik başı ilə nizədə Quran oxumuşdur. Şair gözəl buyurmuş:   Quran oxu sən natiqi Quransan Hüseynim Bilsin hamı Quranivə qurbansan Hüseynim.   İmam Hüseynin(ə)- şəhadətinin heyrətləndirici kəramətlərindən biri də o həzrətin kəsilmiş başının nizənin başında Quran oxumasıdır.Bu hadisə ilk dəfə Əhli-sünnə ravilərindən olan Muhəmməd ibn Munkədir və Zeyd ibn Ərqəm tərəfindən nəql olunmuşdur. Zeyd ibn Ərqəm peyğəmbər səhabələrindən biridir. O Əhli-beyt (ə)  daxil olarkən ibni Ziyadın məclisində idi. İbni Ziyadın göstərdiyi sayğısızlıqlara, məxsusən də onun imam Hüseynin (ə)  başını çubuğa bağlamasına etiraz etdi. Muhəmməd ibn Munkədir isə tabeinlərdən sayılır. Muhəmməd ibn Munkədir Zeyd ibn Ərqəmdən belə nəql edir: Mən Kufə bazarında dükanın yuxarı başında oturmuşdum. Birdən bayırdan görünməmiş hay-küy eşitdim. Özümü pəncərənin kənarına yetirib çölə baxdım. Karvanın önündə Kərbəla şəhidlərinin kəsilmiş başlarını, sonunda isə Kərbəla əsirlərini gördüm. Kəsilmiş başların içərisində gözəl avazla Quran oxuyan bir baş diqqətimi cəlb etdi. Diqqət edib gördüm ki, oxunan ayə “Yoxsa bu qədər qüdrətimizin qarşısında Əshabi-Kəhfin və Rəqimin kekayətini ayətlərimizdən əcaib bir şey olduğunu güman edirsən?!” ayəsi idi. Bu ayəni oxuyan kəsik baş Əba Əbdullah Hüseynin (ə) mübarək başı idi. Buna bənzər hadisələrin Əhli-beytin(ə)  Şamda Yezidin məclisində hüzuru zamanı, o həzrətin mübarək başının Kufə və Şama doğru aparılarkən baş verməsi nəql ounur. Qurana məhəbbət İmam Hüseyn (ə) buyurub: "Allah bilir və şahiddir ki,mən namazı və Quran oxumağı çox sevirəm." Tasua (məhərəm ayının 9 cu gecesi) gecəsindən başlayaraq Aşura günün səhərinə kimi İmam (ə)  Allah ilə razı-niyaz edib çoxlu namaz qılıb Quran tilavət etdi. Ömər Sədin ləşgərindən bir dəstə adam İmamın və dostlarının vəziyətlərindən xəbər tutmaq üçün xeymələrə tərəf yaxınlaşarkən İmamın nurani üzünü görüb onun Ali-İmran surəsini tilavət etdiyini görürlər. Hətta Aşura günündə də İmam öz dostları ilə birlikdə namazını əda edir. Quranı əhya edən Həzər Peyğəmbərdən (s) sonra Əməvi sülaləsinin əlinə keçən Qurani Kərimi öz istədikləri kimi təfsir və yozmağa başladılar. Bu təfsir və yozumları ilə Əməvilər istəyirdilər ki,  İslam və Quranı aradan aparıb fəqət adını saxlasınlar. Necə ki, Yəhudilər və Xiristiyanlar Tövrat və İncilin İlahi peyamını və zahiri əzəmətini aradan aparıb quru adlarını saxlayaraq səmavi kitablara həqarət edib məsxərə halına salmış və İlahi risaləti və əhkam və ayinləri məhv etmişlər. Buna görə İmam Hüseynin (ə) dərin mənası olan hədisi  tez tez xatırlanır. "Əgər Yezid bu ümmətin xəlifəsi olarsa onda İslama Fatifə verilməlidir". İmam (ə) Quranın həqiqətlərini öz dili ilə bəyan etməklə həm müqədəs İslam dinini, həm də səmavi kitabı qoruyub diri saxladı. İmamın (ə) digər kəlamında isə  buyurulur: "Sizi Quran ayələrini qoruyub saxlamağa və bidətləri aradan aparmağa çağırıram. Əgər mənim dəvətimi qəbul etsəniz düzgün yola və hidayətə yetişəcəksiniz."   [1]  Uvər Mespotomiyanin cənubunda, Dəclə və ərat çaylarının yaxınlığında yerləşən qədim bir şəhərin adıdır. BU yer İraqın ən mühüm arxeoloji abidələrindən hesab olunur. [2] Fi rhabi Əyimeyi əhli-beyt, Ayətullah Möhsin Əmini, c.3, səh 101. [3] Mocəm əlamati aşura, sıh 366. [4] Biharul Ənvar, c.101, səh 33. [5] Saffat surəsi , ayə 115. [6] Ənbiya surəsi , ayə 73. [7] Səcdə surəsi , ayə 24. [8] Ali İmran surəsi, ayə 110. [9] Fatir surəsi, ayə 10. [10] Biharul Ənvar, c. 45, səh. 83. [11] Fəcr surəsi 27-30. [12] Biharul Ənvar, c 24, səh 93. [13] Biharul Ənvar, c. 89. səh 328. [14] Biharul Ənvar, c.44, səh. 339.
26.11.2015   3028   78
 
1