NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Ağıllı olmaq istəyirsənsə - qaç

Seymur Musayev


Köşə yazarı
Bütün yazıları

 
Ağıllı olmaq istəyirsənsə - qaç
28.07.2015   1230
68

Eramızdan əvvəl V əsrdə qədim Yunanıstanda böyük qayanın üzərindən belə bir fraza var: “Güclü olmaq istəyirsənsə- qaç, gözəl görünmək istəyirsənsə- qaç, ağıllı olmaq istəyirsənsə qaç! Fiziki məşq ilə zehni fəaliyyətin əlaqələri barəsində bütün zamanlarda məşhur adamlar fikir söyləyiblər. Məsələn e.ə dördüncü əsrdə yaşamış filosof Aristotel deyirdi:

 

“Cisim gəzinti ilə hərarətlənəndə düşncə daha canlı olur.”


 Məşhur fransuz mütəfəkkiri Jan-Jak Russo öz fikirlərini obrazlı şəkildə belə ifadə edir:

 

“Gəzinti mənim düşüncələrimi həm canlandırır həm də ruhlandırır. Sakitlikdə qalanda düşünə bilmirəm. Mənə lazımdır ki, cismim hərəkətdə olsun onda zehnimdə hərəkətə gəlməyə başlayır...”


Gəzmək və hərəkət eləmək beyinin işinə və düşünməyə kömək edir. Alman yazıçısı Qöte ona əks-səda verərək belə deyir:

 

“Düşüncə sahəsində ən qiymətli fikir, fikirini ən yaxşı şəkildə ifadə etmək metodu ağlıma yerdiyim zaman gəlir.”


 Daha qəti şəkildə öz fikrini rus yazıçısı L.N. Tolstoy bəyan edir: Oturaq və hərəkətsiz əqli iş quru dağ kimidir. “Gün ərzində yeriməsəm, əl-ayağımı işlətməsəm axşam artıq heç bir şeyə yaramıram: yazmağı, oxumağı hətta başqalarına qulaq asmağıda bacarmıram...”


Lokanik amma dəqiq bir şəkildə öz fikirlərini rus mütəfəkkiri və ixtiraçısı K.E. Çiolkovskiy bildirir. O deyir:

 

“Gəzintidən və üzməkdən sonra özümü cavan ən başlıcası isə öz beynimi masaj etmiş kimi və təravətli hiss edirəm.”


 Bu günləri insanın bioloji bilikləri imkan verir ki, əzələ və zehnin birgə fəaliyyətinin əlaqələrini aydınlaşdırsın. Hər bir insanın rifahı onun ürək damar sistemindən belə desək qan dövranından aslıdır. Necəki yarpaqların və budaqların ağacın şirəsindən qidalanmasından aslıdır. Baxmayaraq ki, öz çəkisinə görə beyin bədən çəkisinin 2%-ni təşkil edir ( böyük adamlarda 1400 qr yaxın). O insanın sakit halda istifadə etdiyi oksigenin 20%-ni sərf edir. Müvafiq olaraq ürək atımının 13%-ni- kişilərdə təxminən 750 millilitr qanı- sakit  halda beyin damar sisteminə yönləndirir. Qan daxilolmanın həcm sürəti 50–60 ml/dəq/100 qr təşkil edir. Beyin damarlarının maksimal genişlənməsi nəticəsində sakit hala nisbətdə beyinə qan axını 3-4 dəfəyə qədər arta bilər. Təsbit edilmişdir ki, beyinin ayrı-ayrı hissələrinin qan təchizatı onun aktivləşməsi ilə əlaqədar dəyişir.

 

Prinsip etibarı ilə çikıllı hərəkətlər, xüsusilə yerimək və qaçmaq bütün böyük əzələləri işə cəlb edərək qan dövranının aktivləşməsinə yaxşı mənada kömək edir. Əgər ki, yerimək, qaçmaq və digər çikıllı hərəkətlər məqsədyönliü şəkildə intensiv və vahid ritmdə yerinə yetirilərsə onda beyində daxil olmaqla bütün orqanizm komfort vəziyətdə olar. Düzgün və artan rejimdə maddələr mübadiləsi bütün orqanların işini aktivləşdirir. Beyinin yüksək faliyyət göstərməsinin səbəbini aerobik yeriş, qçış və digər hərəkətlərin təsiri ilə izah edirlər.

 

Uzun müddətli zehni işlər, mühüm imtahanlara hazırlıq əhəmiyyətli əsəb gərginliyi və stres yaradır. Əvvəllər insanlar odun doğramaq, ot biçmək və digər fiziki işlərlə streslərini atırdılar. Bizim zamanımızda isə ən yaxşı çıxış yolu- sürətli yerimək, yüngül qaçış, velisoped sürmək, at sürmək, boks kisəsini döyəcləmək və s-dir. Gün ərzində hər hansı bir hərəkəti yerinə yetirmək. Çoxmərtəbəli binanın nərdvanlarını tər-su aparana kimi gəzmək, velisopedlə və ya piayada gəzmək, enerji dolu intensiv hərəkətlər gündəlik həyatımızda ən azı bir saat yer almalıdı. Məsələn evə iki və ya üç dayanacaq qalmış avtobusdan düşüb piyada getməklə bu işləri həyat tərzimizə çevirə bilərik.

 

Doxsan beş yaşına kimi okean dalğalarında xüsusi doska ilə üzən Pol Breqin misalı çox effektlidir. O, müxtəlif ölkələrdə orqanizmi təbi yolla barpası barəsində saysız müzahirələr oxumuş, bu barədə çoxlu kitablar yazmışdır. Uşaq və gənc yaşlarında zəif və kövrək olan Pol bu bərpa metodları sayəsində həyatını qoruyub saxlamışdır. Pol Berq “Ürək” adlı əsərində yazır: “Hədindən artıq çox oturmaq sağlığa zərərlidir. Sürətli yürüyüş xüsusilə enişli-yoxuşlu ərazilərdə çox effektlidir. Mən dağa getməyi sevirəm... Hər gün gəzirəm və qçıram. Velisopedimdə böyük məsafələr qət edirəm. Üzürəm və tenis oynayıram. Həftədə üç dəfə müxtəlif çəkili qantel və ştanqalarla məşq edirəm... Yerimək- fiziki hərəkətlərin şahıdı... Yeriş zamanı sizin əla əhval ruhiyəniz və yüngül ürəyiniz olacaq. Əgər ətraf mühüt sizə maraqlı deyilsə öz problemləriniz haqqda düşünün. Eyni zamanda fiziki yüklənmə mənəvi ruhiyə ilə müşaiət olunur və siz narahtçılıqlarınızdan qurtulursuz. Yerimək sizi sağlamlıq verir, qan damarlardan keçib orqanizmi təmizlədiyi kimi, eləcə də beyninizi təmizləyir və onu müsbət emosiyalarla doldurur.

 

Əlbətdə ən səmərəlisi tələsmədən qaçmaqdı. Hətta ən asta templi qaçış belə zehni iş qabiliyətini özünün ən yüksək fəaliyyət zirvəsinə qaldırır. Bu ən universal fiziki hərəkətdir. ABŞ-ın eks prizidentu böyük C. Buş deyirdi: “Ən yaxşı qərarlarım mənə qaçış zamanı gəlirdi.”

 
 
 
 
Şərhlər
 
Digər yazıları (6)
Bütün yazıları
Oturaq və hərəkətsiz əqli iş quru dağ kimidir. Lev Tolstoy.   İsveç alimləri 1,2 milyondan çox insanın (1950- 1976-cı ilərdə anadan olan İsveç hərbi qulluqçularının) məlumatını  təhlil edərək müəyyən ediblər ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq onların intelektual inkişafı və universitetə girə bilmə şansları ilə birbaşa əlaqəlidi.   Alimlər sübut ediblər ki, 15-18 yaşlarında edilən məşqlər şagirdlərin idrak fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.   Nəticə onu göstərir ki, məktəbdə fiziki tərbiyə xüsusilə yuxarı siniflərdə ən az fizika və riyaziyyat kimi vacib fənlərdəndir. Əgər valideynlər övladlarının hər tərəfli inkişafını istəyirlərsə onların idmanla məşğul olmalarının qarşısını almamalıdırlar.    
15.01.2015   1105   80