NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Cismi sağlamlığın psixoloji faydaları

Seymur Musayev


Köşə yazarı
Bütün yazıları

 
Cismi sağlamlığın psixoloji faydaları
29.05.2015   1313
62

Mən gəzintilərdən və üzgüçülükdən sonra hiss edirəm ki, cavanlaşıram, ən əsası isə öz beyinimi bədən hərəkətləriylə  təravətləndirirəm.

Konstantin Eduard Tsiolkovski

 

İdman beyinə bioloji və psixoloji mənada etdiyi təsirlərlə ruh sağlamlığını yüksəldici xüsusiyyətə malikdir. Fəaliyyət əsnasında ifraz olunan bir sıra xüsusi hormonlar, (antidepresan) beyində həzz almağı təmin etməkdədir. İdman ayrıca insanlar arasında qarşılıqlı təsir və ünsiyyəti təmin etməkdə və əməkdaşlığı inkişaf etdirməkdədir. İdman insanın cisminə və özünə biganə qalmamasına, özünə verdiyi dəyəri, mənliyi, və hörmətini artırmaqdadır.

 

Biz yüngül və orta şiddətdəki depressiyalarda, idmanın müalicə edici təsirindən faydalana bilərik. Gündəlik idman müalicə forması olaraq çox faydalıdır.

 

Dünya Sağlamlıq Təşkilatının, idmanı 2005-ci ildə ruhi sağlamlığın qoruyucu tədbirləri sırasına daxil etmişdir və hər gün 30 dəqiqə idman edilməsi təklif edilməkdədir. Fiziki fəaliyyət hər kəs üçün əhəmiyyətlidir və yalnız fiziki sağlamlığın yaxşılaşdırılması üçün deyil, eyni zamanda psixoloji, ictimai və ictimai faydaları baxımından da çox əhəmiyyətlidir.

 

İdmanın digər əhəmiyyətli bir xüsusiyyəti təbii anti-depresant xüsusiyyəti göstərməsidir. Davamlı idman edənlərdə depressiya haradasa heç müşahidə olunmaz. Sistemli və nizamlı edilən idmanla endorfin və melatonin, dopamin kimi xoşbəxtlik hormonlarının ifrazatında artım baş verir.

 

Texas Universitetinin etdiyi bir araşdırmada, gündə yarım saat gəzməyin, depressiyaya bağlı əlamətlərdə azalmaya səbəb olduğunu ortaya çıxarıb . İdman etmək iş həyatının stressi qarşısında da faydalı nəticələr təmin edə bilir. Beyində oksigen artmasına səbəb olaraq yaddaşı gücləndirir və insanı gümrah tutaraq zehni performansını da artırar.

 

Endorfin ifraz olunması gərginliyin azalmasına köməkçi olur. Artıq çəkidən, gərgin bir ruh halından, yuxusuzluqdan, yorğunluqdan və ümumi bir bədbəxtlik halından şikayətçi olanlara xüsusilə idman tövsiyə edilir.

 

Edilən bəzi təcrübələr, fiziki fəaliyyətin depressiyaya bağlı olaraq ortaya çıxan bəzi simtomların azalmasından köməkçi olduğunu vurğulayır.

 

İdmanın Ruh Sağlamlığına Olan təsirlərini bu şəkildə sıralaya bilərik;

1) Sağlamlığınızın dəyərini anlamanıza kömək edir.

2) Həyat keyfiyyətinizi artırmanıza və inkişaf etdirmənizə köməkçi olar.

3) Fiziki performansınızı inkişaf etdirər.

4) Çox müxtəlif səbəblərə bağlı baş ağrılarından qurtulmanızı təmin edər.

5) Narahatlıq azalar.

6) Stresslərdən qorunmağa və xilas olmağa kömək edər.

7) Depressiyanın yüngülləşdirilməsində və sovuşdurulmasına köməkçi olar.

8) Zehni oyaqlığı artırar.

9) Yaşlı fərdlərdəki qısa davamlı yaddaşların inkişafına kömək edir.

10) Ümumi ruhi vəziyyətinizin inkişafını təmin edər.

11) Asan və yaxşı yuxuya getməyinzə köməkçi olar.

12)  Güc səviyyənizi artırar.

13) Cinsi həyatınızın istənən səviyyədə artmasını təmin edər.

14) Yaxşı bir fiziki görünüş təmin edər.

15) Özünüzə olan güvən duyğusunu artırar.

16) Rahat olmanıza köməkçi olar.

17) Qısa davamlı məlumatları yaddaşınızda tutma qabiliyyətini inkişaf etdirər.

18) Bol enerji verər. Gündəlik həyatınızda təcili vəziyyətlərdə ehtiyacınız olan enerjini təmin edər və sonradan ehtiyacı ola biləcək daha çox enerjinizi qoruyub saxlamağa imkan verir.

19) Müstəqil həyat tərzini qoruyub saxlamağa imkan verir.

20) Yeni insanlarla qarşılaşmanıza və yeni dostlar qazanmanıza köməkçi olar.

 

İdman edən insan sağlam bir bədən formasına sahib olduğunu düşünər və dinc olar. Burada nəzərdə tutulan vicdani dinclikdir ki, bədənimə diqqət göstərirəm, sağlamlığımız qorumağa istiqamətli çalışıram. İdman etmək bir çox ruhi pozuqluğa müsbət təsir edəcəkdir. Bəzi insanlar idman edərək xoşbəxtliyi tutmağa və ruhi xəstəliklərin izdırabından xilas olmağa çalışırlar.

 

Əgər bədəniniz fiziki olaraq hərəkət etməzsə beynimizdə də bir müddət sonra bəzi stress faktorlarının yığıldığını görəcəksiniz. Məsələn stress pozuqluğu və irəlidəki vəziyyətlərdə yaşana biləcək ruhi çöküntüyə qarşı qoruyucu təsir göstərəcəkdir. Yəni idman etməmək depressiyaya və ya ruhi gərginliklər səbəb olmaz amma həyatın və ya ruhumuzun çıxardığı ruhi mənfi prosesləri aradan qaldırar və ya bizi qoruyar.

 

Həyatı yaşayarkən müxtəlif hadisələrə görə qəlbimiz dolar, xəyal qırıqlıqları yaşayarıq və qəzəbimizi yatırtmaq məcburiyyətində qalarıq. Bu içimizə dolan mənfi enerjini kimsəyə zərər vermədən, başqalarına yansıtmadan aradan qaldırmaq üçün idman biçilmiş xalatdır. Stress, hirs hərəkətsiz və bağlı qalmış bədəndə şiddət və əsəbiləşmə olaraq özünü əks etdirəcək. Qısaca söyləmək lazım olsa fiziki olaraq atılmayan mənfi enerji, ruhi olaraq stress pozuqluqları və ya depressiyanın inkişafına kömək edəcəkdir.

 

Güclü bir struktur, güclü bir ruhi tarazlıq gətirəcək çünki idman özümüzə olan etibarımızı artırır. Bədən formanızı nə qədər güçləndirirsəniz, fiziki olaraq özünüzü nə qədər inkişaf etdirsəniz bu stressə girmə müddətinizi uzadacaq. Çünki beyin edilən idmana mükafat olaraq daxili xoşbəxtlik çıxaran hormonlara (Endorfin, dopamin, melatonin və s.) təmin edəcəkdir. Yəni ruhi vəziyyətiniz yüksələcək.

 

Edilən araşdırmalara bəzi idman növlərinin beynin tutumunu artırmaq üçün ideal olduğunu təyin etmişdir. Yəni idman edərək yalnız yaxşı görünməklə qalmayıb yaxşı düşünməyi və daha əhatəli inkişaf etməyi, problemlərə fərqli istiqamətlərdən yaxınlaşmağı, sürətli və doğru həllər çıxarmağı, doğru ünsiyyət qurmağı da, bacara bilərsiz. Yəni idman etmək ruhi yetkinləşməyə də, istiqamət verə bilməkdədir. Xüsusilə uzaq şərq idmanları bir əxlaq idmanıdır. Çünki idmançı hər şeyi qırar amma bir ürəyi əsla qırmaz. İdmançı həm idmandakı ustalığı, həm də əxlaqi və inanc mənada qabaqcıllığı təmsil etməkdədir. Yəni idmanla ruhu birləşdirib bütünləşdirmişlər.

 

Nəticə:

 

• Bədəni doğru və şüurlu bir şəkildə hərəkətə keçirmək qan dövranını nizama salır və beynin xüsusilə çətinlik çəkdiyi zaman ehtiyac duyduğu oksigeni almasını təmin edir.

• İdman, bizə zərər verən və düşünmə gücümüzü azaldan stres hormonlarını təsirsiz hala gətirir.

• Yaradıcılıq hormonunu artırır və bədənimizdəki endorfin hormonunu aktiv hala gətirərək özümüzü daha xoşbəxt və enerjili hiss etməmizi təmin edir.

• Sinir hüceyrələrinin yenidən qurulmasına köməkçi olur. Ayrıca beyindəki hüceyrələrin yaşlanmasını gecikdirir Sinir hüceyrələri arasındakı əlaqəni təşkil xüsusilə sürətli reaksiya vermə və koordinasiya qabiliyyətini inkişaf etdirir.

 

 
 
 
 
Şərhlər
 
Digər yazıları (6)
Bütün yazıları
Oturaq və hərəkətsiz əqli iş quru dağ kimidir. Lev Tolstoy.   İsveç alimləri 1,2 milyondan çox insanın (1950- 1976-cı ilərdə anadan olan İsveç hərbi qulluqçularının) məlumatını  təhlil edərək müəyyən ediblər ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq onların intelektual inkişafı və universitetə girə bilmə şansları ilə birbaşa əlaqəlidi.   Alimlər sübut ediblər ki, 15-18 yaşlarında edilən məşqlər şagirdlərin idrak fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.   Nəticə onu göstərir ki, məktəbdə fiziki tərbiyə xüsusilə yuxarı siniflərdə ən az fizika və riyaziyyat kimi vacib fənlərdəndir. Əgər valideynlər övladlarının hər tərəfli inkişafını istəyirlərsə onların idmanla məşğul olmalarının qarşısını almamalıdırlar.    
15.01.2015   1105   80