NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
İdman və Allaha yaxınlıq

Seymur Musayev


Köşə yazarı
Bütün yazıları

 
İdman və Allaha yaxınlıq
23.03.2015   1211
70

İslami baxımdan Allahın razılığını qazanmaq və Ona yaxınlaşmaq istiqamətində hərəkət etmə, bütün işlərin hədəfidir. Zahirən ilahi işlərin xaricində görünsə də bütün işlərdə ilahi niyyət daşımaq, peyğəmbərlərin bizlərə əmridir.[1]

 

Məşq etmək də, Allahın edilməsini istədiyi gözəl işlərdəndir. Bu mövzuda Qurani-Kərimdə belə buyurur: Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı.[2]

 

Bu ayədə Allah, Calutla döyüşməsi üçün Talutu seçməsinin səbəblərindən biri olaraq, güclü olmasını göstərir. Digər tərəfdən idman, ilahi işləri etmə gücünə zəminə hazırladığı üçün, insanı Allaha yaxınlaşdırmağa kömək edir. Məşq mömin insana güc və sağlamlıq verərək, dini öhdəliklərini daha yaxşı bir şəkildə yerinə yetirməsinə kömək edir. Baxın Əli (ə) bir münacatında nə buyurur: "İlahi, öz yolunda xidmət etmək üçün bədənimi güclü et."[3]

 

Deməli bədəni gücləndirmək, Allah, Peyğəmbər və günahsız imamlar nəzdində, Allah və qullarına xidmətdə istifadə edilməsi halında qiymətlidir. Bu yolda mömin nə qədər güclü olsa, ilahi düsturları yerinə yetirmədə və ibadətlərində daha müvəffəqiyyətli olar.



[1] Məkarimul Əxlaq, s. 464

[2]Bəqərə surəsi, ayə-247.

[3] Misbahul müctəhid, s. 849

 
 
 
 
Şərhlər
 
Digər yazıları (6)
Bütün yazıları
Oturaq və hərəkətsiz əqli iş quru dağ kimidir. Lev Tolstoy.   İsveç alimləri 1,2 milyondan çox insanın (1950- 1976-cı ilərdə anadan olan İsveç hərbi qulluqçularının) məlumatını  təhlil edərək müəyyən ediblər ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq onların intelektual inkişafı və universitetə girə bilmə şansları ilə birbaşa əlaqəlidi.   Alimlər sübut ediblər ki, 15-18 yaşlarında edilən məşqlər şagirdlərin idrak fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.   Nəticə onu göstərir ki, məktəbdə fiziki tərbiyə xüsusilə yuxarı siniflərdə ən az fizika və riyaziyyat kimi vacib fənlərdəndir. Əgər valideynlər övladlarının hər tərəfli inkişafını istəyirlərsə onların idmanla məşğul olmalarının qarşısını almamalıdırlar.    
15.01.2015   1105   80