NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Sağlam yaşamaq üçün sağlam yaşamaq...

Xəyyam Eyvazov


Daxili Xəstəliklər Uzmanı
Bütün yazıları

 
Sağlam yaşamaq üçün sağlam yaşamaq...
27.11.2014   2412
114

İnci qədər təmizlik olsa da suda,

Artıq içiləndə dərd verir o da

 

Hələ uzun illər əvvəl dahi Nizami Gəncəvi tərəfindən qələmə alınan bu sətirlərlə  hər birimiz yəqin ki dəfələrlə qarşılaşmışıq. Bəzən qısa bir müddət üzərində düşünərək gözəl qafiyəsi var demişik, bəzən də heç düşünmədən sürətlə oxuyaraq üzərindən keçmişik. Şair mütəfəkkir əslində  bu iki sətirdə önəmli məqamlara toxunmuşdur.

 

İnsan sağlamlığı , sağlam yaşama, xəstəliklərdən qorunma  hələ qədimdən insanlarin  daim üzərində düşündüyü mövzulardan biri olmuşdur. Müasir  dövrümüzdə də bu  mövzu  öz aktuallığını qorumaqdadır. Bu gün Tibb elminin nailiyyətləri danılmaz bir faktdır. İstər xəstəliklərin erkən aşkar olunmasında tətbiq edilən yeni müayinə metodlarının kəşfi, xəstəliklərin əmələ gəlməsinin qarşısını alan profilaktik tədbirlərin tətbiqi, istərsə də müalicədə hüceyrə səviyyəsində təsir göstərən dərman maddələrinin tətbiqi bunlara misaldır. Amma bütün bunlarla bərabər gündəlik həyatımızda yol verdiyimiz “kiçik”zərərli vərdişlərimizin səbəb olduğu sağlıq problemlərinin önünə keçməkdə tam müvəffəq deyilik. Həm ölkəmizdə, həm də bütün dünyada ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər gedərək artmaqdadır.

 

Doğru olmayan qidalanma tərzi bu zərərli vərdişlərimizin ən öndə gələnidir. Görəsən həqiqətdə də belədirmi? Çox da diqqət eləmədiyimiz qidalanma tərzimizin bu xəstəliklərin əmələ gəlməsində  o qədər də böyük rolu varmı?

 

 Yaşlanma, hüceyrə qocalması , oksidatif stress , xəstəliklərin əmələ gəlməsində hüceyrə səviyyəsində baş verən proseslər bugun araşdırmaçıları ən çox maraqlandıran mövzulardandır. Bu gun Dünya səhiyyəsinin əsas sağlıq problərindən olan ürək-damar xəstəlikləri , şəkərli diabetin hüceyrə səviyyəsində analizi onu göstərir ki, “oksidatif stress”adlandırdığımız hüceyrə zədələnməsi bu xəstəliklərin patogenezində əsas yeri tutur. Amerika Birləşmiş Ştatları Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, insan bədəninə bir səfərdə həddindən artıq qida maddələrinin qəbul olunması bədənimizdə olan hüceyrələrdə yüklənməyə səbəb olur. Biraz daha sadələşdirsək , bir səfərdə həddindən artıq qidalanma qida maddələrinin son dayanacaq olaraq parçalandığı hüceyrələri normadan artıq işləməyə məcbur etməklə oksidatif stresi artırmış olur. Artmış oksidatif stress  hüceyrə zədələnməsinə səbəb olaraq  qeyd etdiyimiz xəstəliklərin yaranmasına səbəb olan patogenetik proseslərə təkan vermiş olur.Yəni hər nə qədər saf, təmiz olsa belə  bir səfərdə həddindən artıq çox qidalanmaq sadəcə o an üçün bizi narahat edən köp, mədə bağırsaq sistemində yaranan  diskomfort, ağrı  kimi sadə problemlər ilə bitməyir. Bugun dünyada ciddi sağlıq problemi sayılan qeyd etdiyimiz xəstəliklərin əmələ gəlməsinə səbəb olmuş olur. Atalarımızdan eşitdiyimiz “süfrədən doymamış qalxmaq” , “gözü süfrədə qalmaq” elmi əsası olan cümlələrdir. Hörmətli oxucularımız  zənnimcə, gündəlik həyatımızda sadəcə qidalanma rejimimizə diqqət etməklə  orqanizmimiz üçün nə qədər faydalı ola biləcəyimizi düşünmə zamanı çoxdan gəlmişdir.

 
 
 
 
Şərhlər