NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
YAZAR HAQQINDA
Seymur Musayev (Köşə yazarı)



 
 
 
Bütün yazıları (6)
     Əksər insanların problem və inkişafının qarşısını alan amil başqalırının bizim haqqımızda nə düşünəcəklərini düşünməkdi. Bundan böyük əngəl yoxdur. Mən də bunu anlayana kimi xeyli vaxt keçdi. Əsas odur ki, gec də olsa anladım və bu əngəldən xilas oldum. Mən güləşlə məşğul olan vaxtlarda hamı mənə perespektivli idmançı kimi baxırdı, elə mən özümdə. Amma performansımı göstərməyə imkan verməyən bir problemim var idi. O da, uduzsam atam nə deyəcək düşüncəsi idi. Mən idmanla məşğul olan vaxtalar idmançı olmağı heç düşünmürdüm. Hər şey əla gedirdi. Hər zaman yarışlarda qalib gəlirdim.  O vaxta qədər ki, atam yarışımı izləməyə gəldi. Ondan sonra hər şey dəyişdi. Atam güləşimə heyran olmuşdu və mənim dünya çempionu olmam arzusuna düşmüşdü. Hətta atamın mənə azerkeşliyi o qədər məşhur idi ki, rəqib dostlarım  məndən yarışa hazır olub-olmadığımı soruşmaqdansa, atamın yarışa baxmağa gəlib-gəlməyəcəyəni soruşurdular. Hətta qohumlar da soruşmurdular ki, mən uddum ya uduzdum soruşurdular ki, atam güləşimdən razı qaldı, ya yox. Deməyim odur ki, həddindən artıq basqı altında məşq edir və yarışlarda iştirak edirdim. Bu  da nəticə verməyimə təsir edirdi. Ən uğurlu nəticələrim də o vaxt olub ki, artıq qınaqdan qorxum olmayıb. Bir dəfə gənclər arasında keçirilən Azərbyacan birinciliyində məğlub oldum və atam məni danladı. Bir gün sonra isə kişilər arasında Azərbaycan çempionatı başlayırdı. Birinin gənclər arasında uduzub, kişilər arasında nəticə verməyi heç inandırıcı deyildi, heç mən özümdə düşünmürdüm. Amma çox rahat idim, çünki artıq danlanmışdım, burada da uduzsam mənə bir söz deyən olmayacaqdı. Artıq fikirləşmirdim ki, uduzsam atam nə deyəcək. Amma bir vaxtlar mən həmin güləşçi idim ki, doqquz sıfır uduzacağım görüşdə (zehnimdə canlandırdığım fikir uduzsam ürəyim partlayar düşünürdüm) özümü ələ alıb nəticədə görüşü qalib başa vururdum. Çıxdım güləşdim və qalib gəldim. Özüm də daxil olmaqla bunu məndən heç kəs gözləmirdi heç mən özümdə. Sonralar da yarışlarda qalib gəldim, uduzdum da. Bütün qalibiyyətlərimi və məğlubiyyətlərimi analiz edəndən sonra anladım ki, uduzmağıma səbəb məni həmişə uduzduran məsələ atamın uduzsam nə deməsini fikirləşməyim idi. Bütün qələbələrim də, artıq atamın nə deyəcəyini düşünmədiyim və ya deməyinin əhəmiyyəti olmadığı vaxtlar olurdu. Əziz dostlar sizlərədə məsləhətim odur ki, heç kimin nə düşünəcəyini heç vaxt fikirləşməyin, çünki həmin fikrin əsiri olacaqsınız. Doğru bildiyinizi edin, bu zaman uğur həmişə sizinlə olacaq.                       
06.02.2015   1074   93
 
Oturaq və hərəkətsiz əqli iş quru dağ kimidir. Lev Tolstoy.   İsveç alimləri 1,2 milyondan çox insanın (1950- 1976-cı ilərdə anadan olan İsveç hərbi qulluqçularının) məlumatını  təhlil edərək müəyyən ediblər ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq onların intelektual inkişafı və universitetə girə bilmə şansları ilə birbaşa əlaqəlidi.   Alimlər sübut ediblər ki, 15-18 yaşlarında edilən məşqlər şagirdlərin idrak fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.   Nəticə onu göstərir ki, məktəbdə fiziki tərbiyə xüsusilə yuxarı siniflərdə ən az fizika və riyaziyyat kimi vacib fənlərdəndir. Əgər valideynlər övladlarının hər tərəfli inkişafını istəyirlərsə onların idmanla məşğul olmalarının qarşısını almamalıdırlar.    
15.01.2015   1200   94