NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
YAZAR HAQQINDA
Seymur Musayev (Köşə yazarı)



 
 
 
Bütün yazıları (6)
“Gündə 1 saatdan çox idmanla məşğul olan qadınlarda döş xərçəngi riskinə tutulma şansı azalır”. Bu fikir Döş Xərçəngi üzrə Beynəlxalq Avropa Konfransında səslənib. Beynəlxalq Araşdırma İnstitutunun professoru Matye Boniol aktiv həyat sürməyən və idmanla məşğul olmayan qadınlarla müqayisədə gündə ən azı 1 saat idmanla məşğul olan qadınlarda döş xərçənginə tutulma riskinin 12% azaldığını söyləyib. O bu statistikanın istənilən yaş həddində olan qadınlara aid edildiyini və əldə edilən nəticənin 1987-ci ildən 2013-cü ilədək aparılan 37 araşdırmanın təhlilinin nəticəsi olduğunu bildirib. Konfransda, həmçinin, araşdırma zamanı 4 milyondan çox qadının nəticələrindən də istifadə olunduğu qeyd olunub.  
24.08.2015   2230   55
 
Eramızdan əvvəl V əsrdə qədim Yunanıstanda böyük qayanın üzərindən belə bir fraza var: “Güclü olmaq istəyirsənsə- qaç, gözəl görünmək istəyirsənsə- qaç, ağıllı olmaq istəyirsənsə qaç! Fiziki məşq ilə zehni fəaliyyətin əlaqələri barəsində bütün zamanlarda məşhur adamlar fikir söyləyiblər. Məsələn e.ə dördüncü əsrdə yaşamış filosof Aristotel deyirdi:   “Cisim gəzinti ilə hərarətlənəndə düşncə daha canlı olur.”  Məşhur fransuz mütəfəkkiri Jan-Jak Russo öz fikirlərini obrazlı şəkildə belə ifadə edir:   “Gəzinti mənim düşüncələrimi həm canlandırır həm də ruhlandırır. Sakitlikdə qalanda düşünə bilmirəm. Mənə lazımdır ki, cismim hərəkətdə olsun onda zehnimdə hərəkətə gəlməyə başlayır...” Gəzmək və hərəkət eləmək beyinin işinə və düşünməyə kömək edir. Alman yazıçısı Qöte ona əks-səda verərək belə deyir:   “Düşüncə sahəsində ən qiymətli fikir, fikirini ən yaxşı şəkildə ifadə etmək metodu ağlıma yerdiyim zaman gəlir.”  Daha qəti şəkildə öz fikrini rus yazıçısı L.N. Tolstoy bəyan edir: “Oturaq və hərəkətsiz əqli iş quru dağ kimidir. “Gün ərzində yeriməsəm, əl-ayağımı işlətməsəm axşam artıq heç bir şeyə yaramıram: yazmağı, oxumağı hətta başqalarına qulaq asmağıda bacarmıram...” Lokanik amma dəqiq bir şəkildə öz fikirlərini rus mütəfəkkiri və ixtiraçısı K.E. Çiolkovskiy bildirir. O deyir:   “Gəzintidən və üzməkdən sonra özümü cavan ən başlıcası isə öz beynimi masaj etmiş kimi və təravətli hiss edirəm.”  Bu günləri insanın bioloji bilikləri imkan verir ki, əzələ və zehnin birgə fəaliyyətinin əlaqələrini aydınlaşdırsın. Hər bir insanın rifahı onun ürək damar sistemindən belə desək qan dövranından aslıdır. Necəki yarpaqların və budaqların ağacın şirəsindən qidalanmasından aslıdır. Baxmayaraq ki, öz çəkisinə görə beyin bədən çəkisinin 2%-ni təşkil edir ( böyük adamlarda 1400 qr yaxın). O insanın sakit halda istifadə etdiyi oksigenin 20%-ni sərf edir. Müvafiq olaraq ürək atımının 13%-ni- kişilərdə təxminən 750 millilitr qanı- sakit  halda beyin damar sisteminə yönləndirir. Qan daxilolmanın həcm sürəti 50–60 ml/dəq/100 qr təşkil edir. Beyin damarlarının maksimal genişlənməsi nəticəsində sakit hala nisbətdə beyinə qan axını 3-4 dəfəyə qədər arta bilər. Təsbit edilmişdir ki, beyinin ayrı-ayrı hissələrinin qan təchizatı onun aktivləşməsi ilə əlaqədar dəyişir.   Prinsip etibarı ilə çikıllı hərəkətlər, xüsusilə yerimək və qaçmaq bütün böyük əzələləri işə cəlb edərək qan dövranının aktivləşməsinə yaxşı mənada kömək edir. Əgər ki, yerimək, qaçmaq və digər çikıllı hərəkətlər məqsədyönliü şəkildə intensiv və vahid ritmdə yerinə yetirilərsə onda beyində daxil olmaqla bütün orqanizm komfort vəziyətdə olar. Düzgün və artan rejimdə maddələr mübadiləsi bütün orqanların işini aktivləşdirir. Beyinin yüksək faliyyət göstərməsinin səbəbini aerobik yeriş, qçış və digər hərəkətlərin təsiri ilə izah edirlər.   Uzun müddətli zehni işlər, mühüm imtahanlara hazırlıq əhəmiyyətli əsəb gərginliyi və stres yaradır. Əvvəllər insanlar odun doğramaq, ot biçmək və digər fiziki işlərlə streslərini atırdılar. Bizim zamanımızda isə ən yaxşı çıxış yolu- sürətli yerimək, yüngül qaçış, velisoped sürmək, at sürmək, boks kisəsini döyəcləmək və s-dir. Gün ərzində hər hansı bir hərəkəti yerinə yetirmək. Çoxmərtəbəli binanın nərdvanlarını tər-su aparana kimi gəzmək, velisopedlə və ya piayada gəzmək, enerji dolu intensiv hərəkətlər gündəlik həyatımızda ən azı bir saat yer almalıdı. Məsələn evə iki və ya üç dayanacaq qalmış avtobusdan düşüb piyada getməklə bu işləri həyat tərzimizə çevirə bilərik.   Doxsan beş yaşına kimi okean dalğalarında xüsusi doska ilə üzən Pol Breqin misalı çox effektlidir. O, müxtəlif ölkələrdə orqanizmi təbi yolla barpası barəsində saysız müzahirələr oxumuş, bu barədə çoxlu kitablar yazmışdır. Uşaq və gənc yaşlarında zəif və kövrək olan Pol bu bərpa metodları sayəsində həyatını qoruyub saxlamışdır. Pol Berq “Ürək” adlı əsərində yazır: “Hədindən artıq çox oturmaq sağlığa zərərlidir. Sürətli yürüyüş xüsusilə enişli-yoxuşlu ərazilərdə çox effektlidir. Mən dağa getməyi sevirəm... Hər gün gəzirəm və qçıram. Velisopedimdə böyük məsafələr qət edirəm. Üzürəm və tenis oynayıram. Həftədə üç dəfə müxtəlif çəkili qantel və ştanqalarla məşq edirəm... Yerimək- fiziki hərəkətlərin şahıdı... Yeriş zamanı sizin əla əhval ruhiyəniz və yüngül ürəyiniz olacaq. Əgər ətraf mühüt sizə maraqlı deyilsə öz problemləriniz haqqda düşünün. Eyni zamanda fiziki yüklənmə mənəvi ruhiyə ilə müşaiət olunur və siz narahtçılıqlarınızdan qurtulursuz. Yerimək sizi sağlamlıq verir, qan damarlardan keçib orqanizmi təmizlədiyi kimi, eləcə də beyninizi təmizləyir və onu müsbət emosiyalarla doldurur.   Əlbətdə ən səmərəlisi tələsmədən qaçmaqdı. Hətta ən asta templi qaçış belə zehni iş qabiliyətini özünün ən yüksək fəaliyyət zirvəsinə qaldırır. Bu ən universal fiziki hərəkətdir. ABŞ-ın eks prizidentu böyük C. Buş deyirdi: “Ən yaxşı qərarlarım mənə qaçış zamanı gəlirdi.”
28.07.2015   1075   51
 
Mən gəzintilərdən və üzgüçülükdən sonra hiss edirəm ki, cavanlaşıram, ən əsası isə öz beyinimi bədən hərəkətləriylə  təravətləndirirəm. Konstantin Eduard Tsiolkovski   İdman beyinə bioloji və psixoloji mənada etdiyi təsirlərlə ruh sağlamlığını yüksəldici xüsusiyyətə malikdir. Fəaliyyət əsnasında ifraz olunan bir sıra xüsusi hormonlar, (antidepresan) beyində həzz almağı təmin etməkdədir. İdman ayrıca insanlar arasında qarşılıqlı təsir və ünsiyyəti təmin etməkdə və əməkdaşlığı inkişaf etdirməkdədir. İdman insanın cisminə və özünə biganə qalmamasına, özünə verdiyi dəyəri, mənliyi, və hörmətini artırmaqdadır.   Biz yüngül və orta şiddətdəki depressiyalarda, idmanın müalicə edici təsirindən faydalana bilərik. Gündəlik idman müalicə forması olaraq çox faydalıdır.   Dünya Sağlamlıq Təşkilatının, idmanı 2005-ci ildə ruhi sağlamlığın qoruyucu tədbirləri sırasına daxil etmişdir və hər gün 30 dəqiqə idman edilməsi təklif edilməkdədir. Fiziki fəaliyyət hər kəs üçün əhəmiyyətlidir və yalnız fiziki sağlamlığın yaxşılaşdırılması üçün deyil, eyni zamanda psixoloji, ictimai və ictimai faydaları baxımından da çox əhəmiyyətlidir.   İdmanın digər əhəmiyyətli bir xüsusiyyəti təbii anti-depresant xüsusiyyəti göstərməsidir. Davamlı idman edənlərdə depressiya haradasa heç müşahidə olunmaz. Sistemli və nizamlı edilən idmanla endorfin və melatonin, dopamin kimi xoşbəxtlik hormonlarının ifrazatında artım baş verir.   Texas Universitetinin etdiyi bir araşdırmada, gündə yarım saat gəzməyin, depressiyaya bağlı əlamətlərdə azalmaya səbəb olduğunu ortaya çıxarıb . İdman etmək iş həyatının stressi qarşısında da faydalı nəticələr təmin edə bilir. Beyində oksigen artmasına səbəb olaraq yaddaşı gücləndirir və insanı gümrah tutaraq zehni performansını da artırar.   Endorfin ifraz olunması gərginliyin azalmasına köməkçi olur. Artıq çəkidən, gərgin bir ruh halından, yuxusuzluqdan, yorğunluqdan və ümumi bir bədbəxtlik halından şikayətçi olanlara xüsusilə idman tövsiyə edilir.   Edilən bəzi təcrübələr, fiziki fəaliyyətin depressiyaya bağlı olaraq ortaya çıxan bəzi simtomların azalmasından köməkçi olduğunu vurğulayır.   İdmanın Ruh Sağlamlığına Olan təsirlərini bu şəkildə sıralaya bilərik; 1) Sağlamlığınızın dəyərini anlamanıza kömək edir. 2) Həyat keyfiyyətinizi artırmanıza və inkişaf etdirmənizə köməkçi olar. 3) Fiziki performansınızı inkişaf etdirər. 4) Çox müxtəlif səbəblərə bağlı baş ağrılarından qurtulmanızı təmin edər. 5) Narahatlıq azalar. 6) Stresslərdən qorunmağa və xilas olmağa kömək edər. 7) Depressiyanın yüngülləşdirilməsində və sovuşdurulmasına köməkçi olar. 8) Zehni oyaqlığı artırar. 9) Yaşlı fərdlərdəki qısa davamlı yaddaşların inkişafına kömək edir. 10) Ümumi ruhi vəziyyətinizin inkişafını təmin edər. 11) Asan və yaxşı yuxuya getməyinzə köməkçi olar. 12)  Güc səviyyənizi artırar. 13) Cinsi həyatınızın istənən səviyyədə artmasını təmin edər. 14) Yaxşı bir fiziki görünüş təmin edər. 15) Özünüzə olan güvən duyğusunu artırar. 16) Rahat olmanıza köməkçi olar. 17) Qısa davamlı məlumatları yaddaşınızda tutma qabiliyyətini inkişaf etdirər. 18) Bol enerji verər. Gündəlik həyatınızda təcili vəziyyətlərdə ehtiyacınız olan enerjini təmin edər və sonradan ehtiyacı ola biləcək daha çox enerjinizi qoruyub saxlamağa imkan verir. 19) Müstəqil həyat tərzini qoruyub saxlamağa imkan verir. 20) Yeni insanlarla qarşılaşmanıza və yeni dostlar qazanmanıza köməkçi olar.   İdman edən insan sağlam bir bədən formasına sahib olduğunu düşünər və dinc olar. Burada nəzərdə tutulan vicdani dinclikdir ki, bədənimə diqqət göstərirəm, sağlamlığımız qorumağa istiqamətli çalışıram. İdman etmək bir çox ruhi pozuqluğa müsbət təsir edəcəkdir. Bəzi insanlar idman edərək xoşbəxtliyi tutmağa və ruhi xəstəliklərin izdırabından xilas olmağa çalışırlar.   Əgər bədəniniz fiziki olaraq hərəkət etməzsə beynimizdə də bir müddət sonra bəzi stress faktorlarının yığıldığını görəcəksiniz. Məsələn stress pozuqluğu və irəlidəki vəziyyətlərdə yaşana biləcək ruhi çöküntüyə qarşı qoruyucu təsir göstərəcəkdir. Yəni idman etməmək depressiyaya və ya ruhi gərginliklər səbəb olmaz amma həyatın və ya ruhumuzun çıxardığı ruhi mənfi prosesləri aradan qaldırar və ya bizi qoruyar.   Həyatı yaşayarkən müxtəlif hadisələrə görə qəlbimiz dolar, xəyal qırıqlıqları yaşayarıq və qəzəbimizi yatırtmaq məcburiyyətində qalarıq. Bu içimizə dolan mənfi enerjini kimsəyə zərər vermədən, başqalarına yansıtmadan aradan qaldırmaq üçün idman biçilmiş xalatdır. Stress, hirs hərəkətsiz və bağlı qalmış bədəndə şiddət və əsəbiləşmə olaraq özünü əks etdirəcək. Qısaca söyləmək lazım olsa fiziki olaraq atılmayan mənfi enerji, ruhi olaraq stress pozuqluqları və ya depressiyanın inkişafına kömək edəcəkdir.   Güclü bir struktur, güclü bir ruhi tarazlıq gətirəcək çünki idman özümüzə olan etibarımızı artırır. Bədən formanızı nə qədər güçləndirirsəniz, fiziki olaraq özünüzü nə qədər inkişaf etdirsəniz bu stressə girmə müddətinizi uzadacaq. Çünki beyin edilən idmana mükafat olaraq daxili xoşbəxtlik çıxaran hormonlara (Endorfin, dopamin, melatonin və s.) təmin edəcəkdir. Yəni ruhi vəziyyətiniz yüksələcək.   Edilən araşdırmalara bəzi idman növlərinin beynin tutumunu artırmaq üçün ideal olduğunu təyin etmişdir. Yəni idman edərək yalnız yaxşı görünməklə qalmayıb yaxşı düşünməyi və daha əhatəli inkişaf etməyi, problemlərə fərqli istiqamətlərdən yaxınlaşmağı, sürətli və doğru həllər çıxarmağı, doğru ünsiyyət qurmağı da, bacara bilərsiz. Yəni idman etmək ruhi yetkinləşməyə də, istiqamət verə bilməkdədir. Xüsusilə uzaq şərq idmanları bir əxlaq idmanıdır. Çünki idmançı hər şeyi qırar amma bir ürəyi əsla qırmaz. İdmançı həm idmandakı ustalığı, həm də əxlaqi və inanc mənada qabaqcıllığı təmsil etməkdədir. Yəni idmanla ruhu birləşdirib bütünləşdirmişlər.   Nəticə:   • Bədəni doğru və şüurlu bir şəkildə hərəkətə keçirmək qan dövranını nizama salır və beynin xüsusilə çətinlik çəkdiyi zaman ehtiyac duyduğu oksigeni almasını təmin edir. • İdman, bizə zərər verən və düşünmə gücümüzü azaldan stres hormonlarını təsirsiz hala gətirir. • Yaradıcılıq hormonunu artırır və bədənimizdəki endorfin hormonunu aktiv hala gətirərək özümüzü daha xoşbəxt və enerjili hiss etməmizi təmin edir. • Sinir hüceyrələrinin yenidən qurulmasına köməkçi olur. Ayrıca beyindəki hüceyrələrin yaşlanmasını gecikdirir Sinir hüceyrələri arasındakı əlaqəni təşkil xüsusilə sürətli reaksiya vermə və koordinasiya qabiliyyətini inkişaf etdirir.  
29.05.2015   1129   42
 
İslami baxımdan Allahın razılığını qazanmaq və Ona yaxınlaşmaq istiqamətində hərəkət etmə, bütün işlərin hədəfidir. Zahirən ilahi işlərin xaricində görünsə də bütün işlərdə ilahi niyyət daşımaq, peyğəmbərlərin bizlərə əmridir.[1]   Məşq etmək də, Allahın edilməsini istədiyi gözəl işlərdəndir. Bu mövzuda Qurani-Kərimdə belə buyurur: Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı.[2]   Bu ayədə Allah, Calutla döyüşməsi üçün Talutu seçməsinin səbəblərindən biri olaraq, güclü olmasını göstərir. Digər tərəfdən idman, ilahi işləri etmə gücünə zəminə hazırladığı üçün, insanı Allaha yaxınlaşdırmağa kömək edir. Məşq mömin insana güc və sağlamlıq verərək, dini öhdəliklərini daha yaxşı bir şəkildə yerinə yetirməsinə kömək edir. Baxın Əli (ə) bir münacatında nə buyurur: "İlahi, öz yolunda xidmət etmək üçün bədənimi güclü et."[3]   Deməli bədəni gücləndirmək, Allah, Peyğəmbər və günahsız imamlar nəzdində, Allah və qullarına xidmətdə istifadə edilməsi halında qiymətlidir. Bu yolda mömin nə qədər güclü olsa, ilahi düsturları yerinə yetirmədə və ibadətlərində daha müvəffəqiyyətli olar. [1] Məkarimul Əxlaq, s. 464 [2]Bəqərə surəsi, ayə-247. [3] Misbahul müctəhid, s. 849
23.03.2015   1051   52