NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
YAZAR HAQQINDA
Xəyyam Eyvazov (Daxili Xəstəliklər Uzmanı)



Dr. Xəyyam Eyvazov

 

Terapevt – Endokrinoloq

 

Eyvazov   Xəyyam  Süleyman oğlu 12 yanvar 1981- cı ildə Ağdam şəhərində anadan olub.


Təhsil

1987 – 1998 Ağdam şəhəri  1 saylı orta məktəbi bitirmişdir.

1998 - 2004  Azərbaycan Tibb Universitetinin müalicə işi  və profilaktikası fakultəsində ali təhsil almışdır.

2004- 2005 Əfəndiyev adına 4 saylı Dövlət xəstəxanasında Endokrinologiya  üzrə internatura keçmişdir.

2009 – 2013 İntanbul Universiteti Cərrahpaşa Tıp Fakültəsində Daxili Xəstəliklər üzrə uzmanlıq keçmişdir.

2013 istanbul Universiteti Cərrahpaşa Tibb  fakültəsində Endokrinologiya bölümündə  təkmilləşdirmə keçmişdir.


İş Təcrübəsi

2014  MediStyle Hospitalda Daxili Xəstəliklər Uzmanı terapevt endokrinoloq vəzifəsində çalışır.


Konfrans və Simpozium

2012 Türkiyənin İstanbul şəhərində 24. Endokrinoloji ve Metobolizma Hastalıkları Mezuniyyet sonrası Eğitim kursu, 10 Diyabet Günleri kursunda iştirak etmişdir.


2013 Türkiyənin Antalya şəhərində 35.Türkiye Endokrinoloji ve Metabolizma hastalıkları Kongresi ve Hipofiz sempozyumunda iştirak etmişdir.

 

2013 Türkiyənin İstanbul  şəhərində Gelenksel İç hastalıkları Günleri adlı Kongresdə iştirak etmişdir.

 

2013 Türkiyənin İstanbul şəhərində 25. Endokrinoloji ve Metobolizma Hastalıkları Mezuniyyet sonrası Eğitim kursu 11. Diyabet Günleri kursunda iştirak etmişdir.

 

2013 Türkiyənin İstanbul şəhərində 4.Ulusal İç Hastalıkları Uzmanlığı Günceleme Kursunda iştirak etmişdir.

 

 

 

 

 
 
 
Bütün yazıları (1)
İnci qədər təmizlik olsa da suda, Artıq içiləndə dərd verir o da   Hələ uzun illər əvvəl dahi Nizami Gəncəvi tərəfindən qələmə alınan bu sətirlərlə  hər birimiz yəqin ki dəfələrlə qarşılaşmışıq. Bəzən qısa bir müddət üzərində düşünərək gözəl qafiyəsi var demişik, bəzən də heç düşünmədən sürətlə oxuyaraq üzərindən keçmişik. Şair mütəfəkkir əslində  bu iki sətirdə önəmli məqamlara toxunmuşdur.   İnsan sağlamlığı , sağlam yaşama, xəstəliklərdən qorunma  hələ qədimdən insanlarin  daim üzərində düşündüyü mövzulardan biri olmuşdur. Müasir  dövrümüzdə də bu  mövzu  öz aktuallığını qorumaqdadır. Bu gün Tibb elminin nailiyyətləri danılmaz bir faktdır. İstər xəstəliklərin erkən aşkar olunmasında tətbiq edilən yeni müayinə metodlarının kəşfi, xəstəliklərin əmələ gəlməsinin qarşısını alan profilaktik tədbirlərin tətbiqi, istərsə də müalicədə hüceyrə səviyyəsində təsir göstərən dərman maddələrinin tətbiqi bunlara misaldır. Amma bütün bunlarla bərabər gündəlik həyatımızda yol verdiyimiz “kiçik”zərərli vərdişlərimizin səbəb olduğu sağlıq problemlərinin önünə keçməkdə tam müvəffəq deyilik. Həm ölkəmizdə, həm də bütün dünyada ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər gedərək artmaqdadır.   Doğru olmayan qidalanma tərzi bu zərərli vərdişlərimizin ən öndə gələnidir. Görəsən həqiqətdə də belədirmi? Çox da diqqət eləmədiyimiz qidalanma tərzimizin bu xəstəliklərin əmələ gəlməsində  o qədər də böyük rolu varmı?    Yaşlanma, hüceyrə qocalması , oksidatif stress , xəstəliklərin əmələ gəlməsində hüceyrə səviyyəsində baş verən proseslər bugun araşdırmaçıları ən çox maraqlandıran mövzulardandır. Bu gun Dünya səhiyyəsinin əsas sağlıq problərindən olan ürək-damar xəstəlikləri , şəkərli diabetin hüceyrə səviyyəsində analizi onu göstərir ki, “oksidatif stress”adlandırdığımız hüceyrə zədələnməsi bu xəstəliklərin patogenezində əsas yeri tutur. Amerika Birləşmiş Ştatları Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, insan bədəninə bir səfərdə həddindən artıq qida maddələrinin qəbul olunması bədənimizdə olan hüceyrələrdə yüklənməyə səbəb olur. Biraz daha sadələşdirsək , bir səfərdə həddindən artıq qidalanma qida maddələrinin son dayanacaq olaraq parçalandığı hüceyrələri normadan artıq işləməyə məcbur etməklə oksidatif stresi artırmış olur. Artmış oksidatif stress  hüceyrə zədələnməsinə səbəb olaraq  qeyd etdiyimiz xəstəliklərin yaranmasına səbəb olan patogenetik proseslərə təkan vermiş olur.Yəni hər nə qədər saf, təmiz olsa belə  bir səfərdə həddindən artıq çox qidalanmaq sadəcə o an üçün bizi narahat edən köp, mədə bağırsaq sistemində yaranan  diskomfort, ağrı  kimi sadə problemlər ilə bitməyir. Bugun dünyada ciddi sağlıq problemi sayılan qeyd etdiyimiz xəstəliklərin əmələ gəlməsinə səbəb olmuş olur. Atalarımızdan eşitdiyimiz “süfrədən doymamış qalxmaq” , “gözü süfrədə qalmaq” elmi əsası olan cümlələrdir. Hörmətli oxucularımız  zənnimcə, gündəlik həyatımızda sadəcə qidalanma rejimimizə diqqət etməklə  orqanizmimiz üçün nə qədər faydalı ola biləcəyimizi düşünmə zamanı çoxdan gəlmişdir.
27.11.2014   2433   114
 
1