NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
Amerikalı məktəbliləri İslam barədə maarifləndirən kitab
31.05.2017   184
13

“Əminənin Səsi” adlı yeni kitabda pakistanlı müsəlman məktəbli bir qızın orta məktəbdə üzləşdiyi islamofobiyadan bəhs edilir. Müəllif ümid edir ki, bu kitab sayəsində insanlar İslam haqqında daha çox biliyə malik olacaqlar.

 

Bu, Hena Xandır. O, gənc müsəlman qızın hekayəsi vasitəsilə İslam haqqında yanlış bilikləri aradan qaldırmağa çalışan pakistanlı-amerikalıdır. O, Əminənin Səsi adlı kitabında amerikalılara Birləşmiş Ştatalrda müsəlman olmağın nə demək olduğunu anlatmağa çalışır.

 

“Məncə, hekayə və hekayadəki obraz, yəni Əminə və onun ailəsi, icması, dostları vasitəsilə müəslmanların da digərlərindən fərqli olmadığını göstərmək vacidbir”, o deyir.

 

Vaşinqtonda yerləşən kitab mağazasında Hena kitabının nüsxələrini imzalayır və müsəlman yeniyetmələrin ABŞ-da üzləşdikləri çətinliklər barədə danışır. “Burada, təəssüflər olsun ki, mətbuat diqqəti mənfi cəhətlərə yönəldir. Biz təkcə terror və terrorun islamla əlaqələndirilməsi barədə xəbərlər eşidirik. Bu səbəbdən də insanlarda müsəlman qonşuları və dostları barədə yanlış təəssürat yaranır”, deyə Hena bildirir.

 

Vaşinqtonda yerləşən yəhudi məktəbinin müəllimi Canet Kollier Henanın kitabının məktəbin kitabxanasına əlavə olunmasının çox mühüm olduğunu deyir. “Hekayələr uşaqların digərləri ilə bağlı daha çox şey öyrənmələrinin, özlərini başqalarının yerinə qoya bilməyi öyrənmələrinin və onlardan fərqli olan insanları anlamalarının ən yaxşı yoludur. Amma ən böyük problem uşaqlara bu kitabları oxutdurmaqdır, çünki onlar daha çox bildikləri şeylər haqqında oxumaq istəyir”, deyə Kollier bildirir.

 

Şagird Mia Endelman kitabı oxuyandan sonra çox şey öyrəndiyini deyir: “Mən müsəlmanların kilsəsi, yəni məscidlər barədə heç nə bilmirdim. Mən hətta onların adının məscid olduğunu belə bilmirdim”.

 

Müəllif Hena Xan deyir ki, kitab üçün naşir tapmaq çox çətin idi. Amma indi o, əməyinin bəhrəsini görür.

 

 Mənbə: http://www.amerikaninsesi.org

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   425   4
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   453   19
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   974   18
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   570   7