NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
Heydər Əliyev Mərkəzində “Oxu Günü” Tədbiri keçirildi
02.05.2017   699
62

29 aprel 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinin iştirakı və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə baş tutmuşdur. Tədbir zamanı Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar” departamentinin direktoru Məhəbbət Mehdiyeva öz çıxışında Heydər Əliyev Fondunun fəaliyyətə başladığı ilk gündən cəmiyyətimizdə oxu vərdişinin artırılmasının fondun əsas məqsədlərindən biri olduğunu və burada Leyla Əliyevanın böyük rolunun olduğunu qeyd etmişdir.

 

Tədbirdə Bakı şəhərinin ümumi təhsil məktəb və liseylərinin şagirdləri müxtəlif təqdimatlarla iştirak edirdi. Şagirdlərin təqdimatlarına ümumi kitab müzakirələri, kiçik tamaşalar, kitab oxumanın faydalarından bəhs edən səhnəciklər aid idi.

 

Üçüncü “Oxu Günü” tədbirində müxtəlif nəşriyyat evləri də iştirakçı qismində çıxış etmişdir ki, "Qədim Qala" Nəşriyyat evi də bu tədbirin iştirakçılarından biri idi. Biz də "Qədim Qala" Nəşriyyat Evi olaraq, tədbirin əsas məqsədi olan cəmiyyətimizdə kitablara, mütaliəyə qarşı olan həvəsin artırılması, mütaliə mədəniyyətinin inkişafı, kitab oxuma vərdişini gündəlik həyatımızın bir hissəsinə çevirməsinə öz töhfəmizi verməyi qarşımıza məqsəd qoymuşduq. Belə ki, cəmiyyətimizdə oxu mədəniyyətini daha da inkişaf etdirmək və kitabları daha əlçatan etmək üçün tədbirdə iştirak etməklə yanaşı, kitabları güzəştli şərtlərlə oxuculara təqdim etdik.


Tədbir müddətində diqqətimizi ən çox çəkən azyaşlı uşaqların və şagirdlərin kitablara olan münasibətləri idi. Şagirdlərin özlərinə uyğun ədəbiyyatı istəmələri və rahat şəkildə uyğun kitabları seçmələri onların kitablara olan maraqlarından xəbər verirdi. Bundan əlavə, valideynlərin övladlarını kitab sərgisinə gətirməsi də təqdirəlayiq idi. Çünki valideynlər övladlarını həftəsonu əyləncə məkanlarına deyil də, kitab sərgisinə aparmaqla onlara kitabın əhəmiyyətini göstərmiş olurdular. 
Tədbirə müəllimləri ilə gələn şagirdlər də az deyildi və onların müəllimləri ilə kitablar haqqında olan müzakirəsi, kitab seçimində öz müəllimlərindən yardım istəməsi onların faydalı kitab axtarışında olduğundan xəbər verirdi.


Bir digər məqam isə “Qədim Qala Nəşriyyat Evi” yazısını gördükdə 27 saylı orta məktəbin şagirdlərinin üzlərindəki sevinc idi. Məktəblilərin bu reaksiyası bizdə də sevinc hissi yaratdı və bu zaman “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı əsasında yaranan kiçik kitab müzakirəsi, onların rəyləri və fikirləri bizi daha da qürurlandırdı. Daha sonra onların diqqətini müəllifin yeni psixoloji romanı çəkdi. Hətta məktəbli qızlar öz aralarında kitabı aldıqdan sonra hansı sırayla oxuyacaqlarını da müəyyən etmişdilər.


Tədbir əvvəlki illərdəki kimi xoş təəssuratlarla yadda qaldı və bu tip tədbirlərə verilən önəmin ildən-ilə artması bizi daha da sevindirir. Tədbirdə könüllülərin də nəşriyyatımızı təmsil etməsi təqdirəlayiq idi. Belə ki, onların heç bir dəvət gözləmədən, könüllü olaraq tədbirdə iştirakı bizi sevindirdi. Belə bir möhtəşəm gündə bizi tək qoymadıqlarına görə Ağa Mehdiyev və Məhbubə Uğursoya dərin təşəkkürümüzü bildiririk.

 

 

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   674   43
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   667   63
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   1839   68
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   1266   45