NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
291 saylı Ekologiya liseyində yazıçı Rövşən Abdullaoğlu ilə 2016-cı ildə respublika üzrə ən çox satılan "Bu şəhərdə kimsə yoxdur" kitabının müzakirəsi keçirilidi
18.04.2017   1628
26

17 aprel 2017-ci il tarixində 291 saylı Ekologiya liseyində yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun “Bu Şəhərdə kimsə yoxdur” psixoloji romanının oxunuş və müzakirəsi çərçivəsində şagird, müəllim heyəti ilə görüşü baş tutdu. Müzakirə  məktəblərdə şagirdlər arasında mütailə mədəniyyətini  yüksəltmək və bədii ədəbiyyata  marağın  artmasını təmin etmək məqsədilə təşkil olunmuşdu. Tədbirdə yazıçı Rövşən Abdullaoğlu, jurnalist Seymur Verdizadə, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları Roza Rüstəmova, Tahirə Qədimova, liseyin direktoru Kəmalə Mirzoyeva, dil-ədəbiyyat müəlliməsi və görüşün təşkilatçısı Tamara Məmmədova, liseyin müəllim kollektivi, şagird və valideynləri, Qədim Qala Nəşriyyat evinin kollektivi iştirak edirdi. Görüşün təşkilatçısı Tamara xanım tədbiri açıq elan edərək sözü liseyin direktoru Kəmalə xanıma verdi. Kəmalə xanım yazıçıya dəvəti qəbul etdiyi üçün təşəkkür edərək liseyin adından ona hədiyyə təqdim etdi. Daha sonra Tamara xanım ədəbiyyat müəlliməsi olaraq kitab haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşməklə yanaşı, kitabın şagirdlərə təsirindən, şagirdlərin kitabı oxuyarkən keçirdiyi hisslərdən bəhs etdi. Bundan sonra liseyin şagirdi tərəfindən təqdimat göstərildi ki, burada yazıçı, onun kitabları və s. haqqında geniş məlumat verilirdi. Tədbir çox maraqlı təşkil olunmuşdu. Hər bir oxucu kitabla bağlı düşüncələrini bildirməmişdən əvvəl özlərinin əvvəlcədən divardakı kağızlara yazdıqları qısa fikirlərini oxuyur və ardından həmin fikirləri izah edir, kitabın mütaliəsi zamanı yaranan təəssüratlarını, suallarını müəlliflə bölüşürdülər. Divara yazılmış qısa fikirlərdən bəziləri aşağıdakılardır: “Bu şəhər kimsələrlə doludur.” , “ Uşaqlar bir quş kimidir, valideynləri isə onların qanadlarıdır.”, “Övladlarımızı mənəvi tənhalığa sürükləməyə haqqımız yoxdur.” , “376 səhifəlik bir kitab həyatımı dəyişdi”. İlk mərhələ olaraq, lisey kollektivinin, şagirdlərin, həmçinin valideynlərin kitab haqqındakı fikirləri səsləndirildi və kitab müzakirə edildi. Çox fərqli fikirlər və oxucu rəyləri var idi. Burada səsləndirilən fikirlər kitabın iştirakçılar tərəfindən necə sevildiyindən və onlara necə müsbət təsir etdiyindən xəbər verirdi.

 

 

 Digər maraqlı məqam isə liseyin məzununun dediyi sözlər oldu. Belə ki, Kamran Bağırov bundan əvvəl bir çox psixoloqların qəbulunda olduğunu, lakin daxilində olan narahatçılıqlara cavab tapmadığını dedi. “Bu Şəhərdə kimsə yoxdur” psixoloji romanı Kamran bəyin daxilindəki cavabsız qalmış sualları cavablandırmışdı. Oxucunun dediyinə görə artıq bu kitab onun stolüstü kitabına çevrilmiş və həyatında bir bələdçi olmuşdur. İkinci mərhələ olaraq, oxucular yazıçıya  psixoloji romanla bağlı suallar ünvanladılar. Burada ən çox verilən suallar “Əsərin qəhrəmanlarının nə üçün azərbaycanlı deyil də, ABŞ və Livanda yaşayan insanlar olduğu?” , “Əsərin qəhrəmanı və anası arasında olan münasibətlərin düzəlməməsinin səbəbləri?” , “ Niyə kitabın son dövrlərdə ən çox yazılan detektiv janrında deyil də psixoloji roman olduğu?” və s. idi.

 

 

Rövşən Abdullaoğlu oxucuların suallarını cavabladıqdan sonra, romanda olan xırda məqamlara diqqət çəkdi, əsərin yazılışı zamanı nəzərdə tutulmuş ictimai, sosial mesajlardan, belə bir əsərin yazılma səbəblərindən danışdı. Məktəbdə yaradılmış ədəbi mühitin, müəllim şagird münasibətlərinin çox yüksək səviyyədə olması, şagirdlərin rahatlıqla öz fikirlərini izah edə bilmələri də yazıçının diqqətindən qaçmamışdı. Rövşən Abdullaoğlu belə bir tədbirin təşkilindən dolayı liseyin müdirəsi Kəmalə xanıma, dil-ədəbiyyat müəlliməsi Tamara xanıma dərin təşəkkürünü bildirdi.  Tədbirin sonunda xatirə şəkli çəkildi və yazıçı oxucuların kitablarını imzaladı.  Qədim Qala Nəşriyyat evinin rəhbərliyi liseyin kitabxanasına öz nəşrlərindən hədiyyələr etdi.

 

Qədim Qala 

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   424   4
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   453   19
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   973   18
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   569   7