NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
Kitab oxumağın 8 faydası: Nə üçün hər gün kitab oxumalıyıq?
10.04.2017   5128
22

1. Yaddaşı gücləndirir: Belə ki, biz kitab oxuyarkən oradakı hadisələri, insanları, onların hisslərini, məqsədlərini, həmçinin müxtəlif hekayələri yadımızda saxlayırıq. Hər dəfə kitab oxuduqda isə yadımızda saxlayacağımız məlumatlar daha da artır və bu da yaddaşımızın güclənməsinə şərait yaradır.


2. Diqqət və konsentrasiyanı artırır: Müasir dövrdə eyni anda müxtəlif texnoloji alətlərin istifadəsi bir mövzuya tam diqqət etməyimizə maneə törədir. Bundan fərqli olaraq biz kitab oxuduqda yalnız kitabdakı hekayəyə diqqət yetiririk ki, bu da diqqətsizlik problemi çəkən insanlar üçün faydalı olur. Hər gün işdən 15-20 dəqiqə əvvəl (yolboyu) kitab oxusanız iş zamanı diqqətiniz necə artdığına təəccüblənəcəksiniz.


3. Danışıq qabiliyyətini inkişaf etdirir: Hazırki dövrdə insanların özünü ifadə etməkdə çətinlik çəkdiyi hamımıza məlumdur və bu da öz növbəsində insanlarda öz güvənsizlik yaradır. Kitab oxuyarkən isə müxtəlif mövzulara aid çox sayda söz öyrənir yaxud bildiyimiz sözləri təkrar edirik. Beləliklə müxtəlif sözlərdən istifadə etməyimiz bizim fikirlərimizi, emosiyalarımızı ifadə etməkdə bizə yardımçı olur.

 

4. Yazı qabiliyyətini artırır: Bu kitabların bizim söz ehtiyyatımızı artırması ilə birbaşa əlaqədardır. Belə ki, daha çox sözdən istifadə edərkən yazıçılıq qabiliyyətimiz də inkişaf edir və çox sayda kitab oxumaq bu sahədə köklü dəyişikliklərə şərait yaradır. Buna misal kimi musiqiçiləri yaxud rəssamları göstərə bilərik: yeni fəaliyyətə başlamış musiqiçi yaxud rəssam digər şəxslərin fəaliyyətinə daha çox nəzər yetirdikdə özləri də onların təcrübəsindən istifadə edərək inkişaf edir.

 

5. Bilik əldə edirik: İnsan müxtəlif mövzulara aid kitablar oxuyarkən fərqli sahələrlə də tanış olur və bu da kitab oxuyarkən bizim faydalı məlumatlar öyrənməyimizə, dünyagörüşümüzün artmasına kömək edir.


6. İnsanlara sakitlik və hüzur verir: Mənəvi, psixoloji, dini kitabların oxunması insana daxili rahatlıq verir, bu da öz növbəsində qan təzyiqinin tənzimlənməsinə şərait yaradır. Həmçinin motivasiya və şəxsi inkişafla bağlı kitablar insanların psixoloji problemlərinin öhdəsindən gəlməsinə kömək edir.

 

7. Stressi azaldır: Bildiyimiz kimi hər birimiz gündəlik həyatımızda müxtəlif problemlərlə üzləşirik, lakin özümüzü möhtəşəm bir hekayənin içində tapdıqda müəyyən qədər rahatlayırıq. Maraqlı yazılmış bir roman bizi real həyatdan daha uzaqlara aparır.Bu isə bizim problemlərimizi unutmağımıza və stressimizi azaltmağımıza kömək edir.

 

8. Kitab oxumaq boş vaxtı dəyərləndirməyin ən yaxşı yoludur: Belə ki, insanlar onlara maraqlı olan hər mövzuda kitablar əldə edərək oxuya bilərlər. Buraya klassik ədəbiyyatdan tutmuş psixoloji romanlar, şəxsi inkişaf kitabları da daxildir. Bu vaxt ərzində insanlar həm boş vaxtlarını dəyərləndirir, həm də gərəkli bilgilər əldə edirlər.

 

Tərcümə: "Qədim Qala" 

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   504   7
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   514   24
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   1219   23
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   748   12