NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
İngilis dilini tez öyrənmək istəyirsiniz?
20.01.2017   2973
35

Bir qayda olaraq, adamlar cəmi 2-3 ay ərzində xarici dildə nə dərəcədə səlis danışa biləcəyini bilmək istəyir. Adətən, onlar tələsirlər, çünki sınaqları var və yaxud tezliklə iş müsahibəsinə girəcəklər. Əlbəttə, ən yaxşısı budur ki, bu barədə düşünmək üçün müsahibənizə 2 ay qalmışa qədər gözləməyəsiniz! Beləliklə, ingilis dili çox-çox sürətli öyrənilə bilərmi? Cəmi 2-3 ay ərzində çox böyük irəliləyişlər əldə etmək mümkündürmü? Cavab – BƏLİ. Ancaq, əlbəttə ki, iri miqyaslı irəliləyiş əldə etmək üçün intensivlik və səy tələb olunur. Bunun üçün aşağıdakıları tövsiyə etmək olar:

 

Oxumaq, oxumaq, oxumaqİngilis dilini öyrənmək üçün asanlıqla edə biləcəklərinizdən biri də mümkün qədər çox oxumaqdır. Hər zaman nəsə oxuyun. Bu, sizin ingilis dilində söz ehtiyatınızı artıradacaq və həm də sizə qrammatika və jarqonları öyrənməyə kömək edəcək.  Siz kitab mağazalarında və internet üzərindən çoxlu ingilis dilində yumoristik kitablar ala bilərsiniz. Və ya əvvəllər ana dilində oxuduğunuz kitabları indi ingilis dilində oxuyun.

 

Qəzetlər dilin əsaslarını öyrənmək üçün yaxşı üsuldur, çünki adətən onlarda çox yaxşı qrammatika vardır və asan başa düşüləcək dildə yazılırlar. Siz New York Times və yaxud The Guardian kimi bir çox yaxşı ingilis dilində nəşr olunan qəzetlərin onlayn variantlarını tapa bilərsiniz.

 

Filmlərə baxmaq. Filmləri seyr etmək də sizə sözlərin necə səsləndiyini eşitməyə və eləcə də yeni sözlər öyrənməyə kömək edəcəkdir. Siz ingilis dilini öyrənməyə filmlərə subtitrlərlə baxmaqdan başlaya bilərsiniz, ancaq subtitrləri söndürsəniz, daha çox öyrənəcəksiniz. Baza səviyyəli söz ehtiyatınız olduqdan sonra çalışın subtitrləri bağlayasınız və diqqətinizi bildiyiniz sözlərə qulaq asmağa və ekranda baş verənlərdən bilmədiyiniz sözləri tapmağa cəmləyin.

 

Onlayn yazışma dostları (pen-pallar) tapmaq. Pen-pallar sizin dilinizi öyrənməyə çalışan insanlardır. Siz onlara məktub (və yaxud e-mail) yazırsınız və onlar cavab verirlər. Siz məktubunuzun yarısını öz doğma dilinizdə yazırsınız ki, onlar öyrənə bilsinlər, yarısını isə ingilis dilində yazırsınız ki, özünüz ingilis dilini öyrənə biləsiniz. Siz istədiyiniz hər şey haqqında söhbət edə bilərsiniz. Sizə onlayn pen-pallar tapmaqda kömək edəcək çoxlu saytlar mövcuddur. 

 

Onlayn vasitələrin üstünlüklərindən faydalanın. Sizə ingilis dilini öyrənməyə kömək etməkdən ötrü çoxlu onlayn vasitələr vardır. Bunlar USB kart tipli proqramlardan tutmuş mobil app-lərə qədər dəyişir. Bəs ingilis dilini danışaraq öyrənməyə necə baxırsınız? Bunun üçün sadəcə https://www.azeringilisce.com/  internet səhifəsinə daxil olmağınız kifayətdir.

 

İngilis dilini öyrənmək üçün ingilis dilində danışan bir ölkəyə səfər edin. Hər kəsin ingilis dilində danışdığı bir ölkəyə səfər etmək sizə daha sürətlə öyrənməkdə yardımçı olacaq. İngilis dilində danışan bir ölkədə müvəqqəti iş və yaxud xaricdə təhsil kursu tapın. Siz qısa müddətli səyahətlər də seçə bilərsiniz, ancaq özünüzü dillə ən azı 3 ay müddətinə tam əhatə etmək daha çox kömək edəcəkdir. 


İngilis dilində danışan dost tapın. Vaxtınızı ana dili ingilis dili olan və yaxud ingilis dilini öyrənən və sevən insanlarla keçirin. Bu sizin öz şəhərinizdə ola bilər, ya da ki ingilis dilində onlayn internet üzərindən danışmağı öyrənə bilərsiniz. İngilis dilində danışanlarla ünsiyyətə girərək və münasibət quraraq siz ingilis dilində danışmağa həvəslənəcəksiniz. Həmçinin, aşkar edəcəksiniz ki, nə qədər çox təcrübə yığsaz, bir kəslə danışmaq və yaxud söhbət etmək bir o qədər asan olacaqdır. Dil mübadiləsi partnyorlarını, mübadilə müəllimlərini, tələbələri, turistləri, mühacirləri, yaxud ingilis dilini sizinlə təcrübədən keçirmək istəyəcəyini düşündüyünüz hər-hansı bir kəsi axtarın. Yadda saxlayın ki, bu formal şəkildə olmamalıdır. Sadəcə gündə 10 və ya 20 dəqiqəni ingilis dilində danışaraq keçirmək, çox güman ki, sizin tezliklə təkmilləşməyinizə kömək edəcəkdir. 

 

Diqqətinizi çox da qrammatikaya cəmləşdirməyin. İngilis dili barədə əsas məsələ ondan ibarətdir ki, əksər insanlar mükəmməl qrammatika ilə danışmırlar və hətta çox az insan normal qrammatikaya uyğun danışır. Əgər siz bütün vaxtınızı ingilis dilinin qrammatikasını öyrənməyə sərf etsəniz, bolluca vaxt itirmiş olacaqsınız. Səhv-sühv danışın: problem yoxdur! Axı siz hələ ingilis dilini öyrənirsiniz. Kimsə sizin səhvinizi düzəldəcək və zamanla siz öyrənəcəksiniz. Sonda danışdıqlarınız düzgün səslənəcək və hətta bu bardə düşünməli belə olmayacaqsınız. 

 

Cəhd etməkdən qorxmayın! Bir dili tezliklə öyrənməyin ən vacib hissəsi sadəcə onda danışmaqdır. Sadəcə bacardığınız qədər ingilis dili biliklərinizdən istifadə edin. Səhv danışmaqdan və yaxud nəyisə düzgün söyləməməkdən qorxmayın. Bacarıqlarınızdan istifadə etməmək sizi daha yavaş sürətlə öyrənməyə məcbur edir. Sadəcə danışın! Siz bunu bacararsınız! İngilis dilini tez öyrənmək üçün Azərİngiliscə saytını FacebookTwitter sosial şəbəkələrində izləməyi də unutmayın!

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   485   4
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   489   19
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   1122   18
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   699   7