NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
Azərbaycan rəssamlarının əsərləri Tretyakov qalereyasında nümayiş olunacaq
08.11.2016   398
60

Noyabrın 15-də Moskvadakı Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılacaq.

 

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və Mərcani Fondunun dəstəyi ilə keçiriləcək sərgi Tretyakov qalereyasında, Azərbaycan Milli Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirəcək.

 

Sərgidə 13 Azərbaycan rəssamının, o cümlədən Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Cavad Mircavadov, Toğrul Nərimanbəyov, Tahir Salahovun, habelə heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş etdiriləcək.

 

Qalereyanın baş direktoru Zemfira Trequlovanın sözlərinə görə, Tretyakov qalereyası sovet dövrü Rusiya rəssamlarının əsərlərinin Bakıda sərgisini keçirməyə hazırdır. "Bakı olduqca maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür və biz məmnuniyyətlə Azərbaycanda sərgi təşkil etmək istərdik" - deyə, o, bildirib.

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   674   43
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   667   63
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   1839   68
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   1266   45