NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
XƏBƏRİN İÇİ
Kitabxanasında 11 mindən çox nadir kitab və əlyazma saxlayır
08.11.2016   359
59

Hacıqabulda İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox nadir kitab və əlyazma saxlanılır.

 

Kitabxana Əməkdar Müəllim, filoloq Hüseyn İsayevə məxsus olub. Hüseyn İsayev 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olduğu gündən kitab toplamağa başlayıb və beləliklə, evinin bir hissəsini kitablara ayırıb. İndi isə bu kitabları onun oğlu Məhəmməd atasından yadigar saxlayır.

 

Kitabların bir hissəsi Qərbi Avropada çap olunub, təxminən iki əsrədək yaşları var.

 

Şəxsi kitabxanada qədim nəşrlərlə yanaşı, dəyərli kitablar da üstünlük təşkil edir.

 

Məhəmməd deyir ki, ən dəyərli kitab XIX əsrin məşhur azərbaycanlı şairlərindən biri - Mirzə Baxış Nadimə məxsus olan “Tarixi Mənzumə” əlyazmasıdır.

 

Dünyanın ayrı-ayrı dillərində, müxtəlif əlifba ilə çap olunmuş kitablar bədii, texniki cəhətlərinə görə bir-birindən fərqlənir. Kitabxanaya müraciət edənlərin sayı da hər il artmaqdadır. Onlar arasından müxtəlif bölgələrdən və elm müəssisələrindən olanlar da var.

 

Məhəmməd İsayev və onun ailə üzvləri bu mədəni irsi qorumaqla yanaşı, kitabların sayını da artırırlar. Kitabxananı qoruyub gələcək nəsillərə ötürmək üçün isə onun köməyə ehtiyacı var. (AZƏRTAC)

 
 
 
 
Şərhlər
 
DİGƏR XƏBƏRLƏR
İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur.
28.11.2017   674   43
 
Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir.
30.10.2017   667   63
 
Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.
24.10.2017   1839   68
 
28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
02.10.2017   1266   45