NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
MƏLUMATIN İÇİ
6 Mərhələdə kitab oxuma vərdişinə yiyələnməyin yolları
14.04.2017   3436
36

1. KİTAB SEÇİN
Ətrafınızda heç bir kitab yoxdursa, özünüzə “necə oxuyacam ki?” sualını verməyə başlayacaqsınız. Ən yaxşı yol oxumağa nəsə tapmaqdır. Bu qəzet, jurnal, roman: hər hansı birşey ola bilər. İlk mərhələdə vacib olan oxuduğunuz materialın sizin üçün başlanğıc olmasıdır. Diqqət edəcəyiniz bir digər məqam isə odur ki, ilk andan qalın və qəliz kitab seçməyəsiniz.

      

2. GÜNDƏLİK OXUMA VAXTLARI MÜƏYYƏN EDİN
Nə oxuyacağınıza qərar vermisinizsə, növbəti mərhələ 15 dəqiqənizi sadəcə kitab oxuyaraq keçirməyinizdir. Bu 15 dəqiqə ərzində ancaq kitaba diqqət edin, ətrafınızda olan başqa hadisələrə nəzər yetirməyin. Yalnız 15 dəqiqə keçdikdən sonra kitabı bağlayıb başqa işlərlə məşğul ola bilərsiniz. Bunu hər gün təkrarlayın və zamanla vərdiş halına gəldiyini özünüz də hiss edəcəksiniz. Müəyyən müddətdən sonra isə oxu müddətinin vaxtını yavaş-yavaş artırın.

     

3.ÜRƏYİNİZ SIXILIRSA, FASİLƏ VERİN
Əgər kitaba heç cür diqqətinizi verə bilmirsinizsə və yazılanları tam anlaya bilmirsinizsə, özünüzü günahlandırmayın və qorxmayın. Bu olduqca normaldır. Deməli, kitab ya sizin marağınızı cəlb etmir, ya da siz onu tam anlaya  bilmirsiniz. Bu zaman kitab seçiminizi yenidən gözdən keçirin və digər kitabla oxu prosesini yenidən başlayın

     

4. SOSİAL ŞƏBƏKƏLƏRDƏ OXUDUĞUNUZ KİTAB HAQQINDA MƏLUMATLAR YAZIN
Oxuduğunuz kitabı və onunla bağlı fikirlərinizi insanlarla paylaşmaq sizdə kitab oxumağa qarşı motivasiya yaradacaqdır. Məsələn, facebookda statusunuzu “kitab oxuyur” deyə dəyişə, yaxud kitaba aid bir neçə cümlə yazaraq bu kitabı sizdən əvvəl oxuyan dostlarınızla oradakı hadisələri müzakirə edə bilərsiniz Bu sizi kitab oxumağa daha da motivasiya edəcəkdir. Edə biləcəyiniz bir digər iş, sosial şəbəkələrdəki kitab qruplarına üzv olmaq ola bilər. Bu qruplarda tez-tez paylaşılan kitablar, oxucu rəyləri sizi öz kitabınızı oxumağa daha da həvəsləndirəcəkdir.

     

5. BİR KİTABA BAŞLAMAZDAN ƏVVƏL, SİZƏ O KİTABI XATIRLADACAQ ƏŞYALARI İŞ MASANIZIN ÜZƏRİNƏ QOYUN

İş masanıza kitabda bəhs edilən, yaxud istifadə edilən kiçik əşyaları qoymaq sizin kitab oxumağa olan həvəsinizi daha da artıracaqdır. Əgər siz hər hansı bir romanı oxuyursunuzsa, masanın üzərinə romanda adı keçən kiçik əşyanı qoya bilərsiniz. Bu halda siz əşyaya baxarkən həmin hadisəni xatırlayacaq və ya təsəvvür edəcəksiniz ki, bu da kitaba qarşı marağınızı artıracaq. Məsələn, əgər siz Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” psixoloji-romanını oxuyursunuzsa, masanızın üzərinə qatar, Mostar şəhərini xatırladacaq hər hansı bir şəkil qoya bilərsiniz.

      

6. NƏ OXUYACAĞINIZA QƏRAR VERMƏDƏN ƏVVƏL KİTABLA ƏLAQƏDAR OXUCU RƏYLƏRİNƏ DİQQƏT YETİRİN

Kitab seçimində sosial şəbəkələrdə, yaxud kitabın nəşr olunduğu nəşriyyat evlərinin saytlarında olan oxucu rəyləri də sizə kömək edə bilər. Həmçinin bəyəndiyiniz və izlədiyiniz şəxslərin tövsiyyə etdiyi kitabları da oxuya bilərsiniz. Sizə maraqlı olacaq mövzulardan yazan kitabları müəyyən etdikcə onları gələcəkdə oxuyacağınız kitabların siyahısına daxil edin. Ən əsası isə kitabları siyahıda yazdığınız ardıcıllıqla oxuyun. Çünki ardıcıllığı pozarkən həvəsiniz itə bilər.

 

 

ƏLAVƏ OLARAQ:

* Unutmayın: Kitab oxumayanların “vaxtım yoxdur deyə oxuya bilmirəm” deyənlərdən heç bir fərqi yoxdur. Çünki nəticə dəyişmir; hər iki halda kitab oxunmur.

* Hər zaman pozitiv düşünün: Əgər kitab oxumağın əyləncəli olduğunun düşünsəniz, həqiqətən də elə olduğunu anlayacaqsınız. Kitab oxumazdan əvvəl özünüzə “çox yaxşı vaxt keçirəcəm” deyin.

* Yaxşı bir kitab insanda yaxşı bir vərdiş yaradır.

* Oxumağın başqa bir alternativi yoxdur. Onun yerini başqa bir vərdiş tuta bilmir.

 

BUNLARA DİQQƏT EDİN:

* Bir gün belə oxuma vərdişinizi tərgitməyin.

* Xoşlamadığınız bir şeyi oxumaq üçün özünüzü məcbur etməyin.

* İlk mərhələdə sizə çətin gələcək kitabları oxumayın.

* 15 dəqiqəlik oxuma vərdişinizi bir gün sonra 30-60 dəqiqəyə qədər artırmağa çalışmayın. Bu sizdə fikrinizi dəyişmək və oxumamaq üçün bəhanə yarada bilər.
                                                                                                                   

 Tərcümə: Qədim Qala 

 
 
 
 
Şərhlər
 
DİGƏR MƏLUMATLAR
Bəlkə də, bu vərdişlərin bəziləri artıq sizə tanışdır. Bəzilərini isə ilk dəfə eşitmiş olacaqsınız.
11.10.2017   1317   11
 
Adriana əyilib Məsumənin əllərindən, üzündən, saçından öpdü. Gözləri doldu.
19.09.2017   583   10
 
Mən həmişə Allaha inanmışam. O da həmişə məni müdafiə edib.
28.08.2017   583   14
 
İnsanlar gün ərzində müxtəlif tapşırıqları həyata keçirir və bu tapşırıqları yerinə yetirərkən həm əqli cəhətdən, həm də fiziki cəhətdən çox yorulurlar.
22.04.2017   3859   21