NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
MƏLUMATIN İÇİ
Vaxtımızın oğruları
20.08.2015   1666
60

Bəli, düz eşitdiniz, vaxtımızın oğruları. Həyatımızın sərmayəsi olan vaxtı əlimizdən alaraq bizi müflis etmək istəyən, daim onların sorağında olan bir çox oğrular vardır. Sadəcə olaraq, bu vaxt oğrularının digər oğrulardan fərqi var, belə ki, onlar əksər vaxtı dost qismində gələrlər. Günün günorta çağı gəldiklərindən, aşkar surətdə bizə yaxınlaşdıqlarından biz onları oğru sanmarıq. Uzun çay dəstgahı, vaxtı uzadılan naharlar, məqsədsiz şəkildə ofisdə gəzişmək, həddindən artıq yersiz söhbətlər, vaxtsız-dəvətsiz gəlmiş qonaqların qəbulu və səmərəsiz vaxt keçirmə həyatınızda olan oğrulardır və onlar sizin vaxtlarınızı əlinizdən almaqla həyatınızı məhdudlaşdırırlar. İnsan boş yerə keçən oğurlanmış bir saatına görə, adətən narahat olmur. Yüz manatın oğurlanmasından isə bərk narahatlıq keçirir. Ancaq bilmir ki, o, bir saat ərzində iyirmi səhifə kitab oxumaqla yüz manatla əvəz olunmaz bir sərvətə sahib ola bilərdi. Yaxud da bir saatı lazımi işə qoysaydı, yüz manatdan daha çox pul əldə edə bilərdi. Vaxt istəyən üçün pula, biliyə, mənəviyyata, sərvətə, maşına, evə, vəzifəyə çevrilə bilər. Müqəddəs mətnlərə nəzər salarkən də düzgün baxış tərzinə, imana malik olan insanların məhz vaxtlarına hər şeydən daha çox diqqət etdiklərinə rast gəlmiş oluruq. Düzgün etiqad ilə vaxta diqqət arasında birbaşa rabitə vardır. Düzgün həyat fəlsəfəsinə sahib olsaq, həyatımızı doğru hədəf üzərində qursaq və ona tərəf getməkdə düzgün plan tərtib etsək, vaxt oğrularından düzgün qorunmuş olarıq. Bu oğruların bəzilərini qeyd edək:


Səfil həyat tərzi keçirən dostlarla ünsiyyət: Bu cür insanlardan daha çox ehtiyatlı olmaq lazımdır. Belə ki, onlar vaxt oğrularının içində ən başda dayanırlar. Xəstəlikləri də tez keçicidir. Bu cür insanlar vaxtlarımızı oğurlamaqla bərabər, bizdə mənfi təsir də qoya bilərlər. Azadlıq sevərlərin sərvəri olan Hüseyn ibn Əlinin belə bir nurani kəlamı vardır: “Səviyyəsiz və alçaq insanlarla oturub-durmaq zərər, fasiq insanlarla oturub-durmaq isə şəkk-şübhə yaradır”.[1] Fasiq düzgün çərçivədə qərar tutmayan insandır. Belə insan çirkin əməllərə yönəlmiş, düzgün əməllər çərçivəsindən kənara çıxmışdır. Hüseyn ibn Əliyə görə, səviyyəsiz insanlarla ünsiyyət müxtəlif formalı zərərlərə səbəb olacaqdır ki, onlardan ən böyüyü vaxt kimi dəyərli bir sərvətin puç olmasıdır. Fasiq insanlarla ünsiyyət isə insanın qərar tapdığı və düz bilərək əməl etdiyi dəyərlər sistemini məhv edəcəkdir. Bu ünsiyyət insanda etiqad bəslədiyi və əməl etdiyi inanclara qarşı şəkk-şübhə yaradacaqdır. Nəticədə də o, fasiqlər kimi, daxilində olan düzgün əməl çərçivəsindən kənara çıxacaqdır.


Normadan çox yatmaq: Həkimlər insan üçün lazım olan yuxu vaxtının 7-8 saat olduğunu demişlər. Düzdür, yaş həddinə, gün ərzində görülən fiziki işlərin nisbətinə, yaşam tərzinə görə yuxu norması artıb, azala bilər. Lakin orta yuxu həddi qeyd olunan qədər göstərilmişdir. Bəzi irfan əhlinin sözlərində də 7 saat yuxunun adi insan üçün kifayət etdiyinin yazıldığını görmüşəm. Bu vaxtdan artıq yuxu insan üçün bir oğrudur. Çox yatmaq vaxt itkisindən başqa, insan cismi üçün də zərərlidir. Ehtiyacdan azın zərəri olduğu kimi, artığın da zərəri vardır.


Astagəllik: Bu, əksər insanların bəlasıdır. İnsan on dəqiqəyə görə bildiyi işi yarım saata edir. Bir saata öhdəsindən gələ bildiyi vəzifəni iki saata əncam verir. Nəticədə gün ərzində bir-iki iş görülmüş olur. Gün gedir, vaxt sərf olunur, lakin nəticədə heç bir irəliləyiş olmur. Həyatda zirək olmaq, az pulla çox gəlir əldə etmək üçün çalışdığımız kimi, az vaxtda da çox və mühüm işləri görməyə çalışmalıyıq.


Televizor, internet: Bu iki vasitə elmi inkişafın ən son nailiyyətlərindən hesab edilir. Lakin bəzən düzgün istifadə edilmədiyi halda inkişaf yerinə tənəzzülə də səbəb olur. Faydalı bilik, tərəqqi, uğur cəhətində bizi irəli aparmayan hər hansı bir veriliş, internet arxasında keçirilən faydasız anlar insan həyatının oğrularındandır. Hətta deyərdim ki, hal-hazırda müasir zamanın ən mahir oğrularındandırlar. Ən möhkəm və diqqətlə qorunan evlərə belə soxulur, istədiklərini almadan getmirlər.

 

Televizor və internetə həddindən çox aludə olan uşaqlar bundan daha çox zərər çəkməkdədirlər. Bu vərdiş onlar üçün böyüyəndə ayrıla bilməyəcəkləri bir “narkotik”ə çevrilir.

 

Bu cür oğrular həyatımızda çoxdur. Bir az diqqətlə həyatımıza nəzər salsaq, onları rahatlıqla görə bilərik.

 


"Arxadakı Körpüləri Yandırın" kitabından 



[1] “Mədənul cəvahir”, səh.63.

 

 

 

 
 
 
 
 
Şərhlər
 
DİGƏR MƏLUMATLAR
Bəlkə də, bu vərdişlərin bəziləri artıq sizə tanışdır. Bəzilərini isə ilk dəfə eşitmiş olacaqsınız.
11.10.2017   1107   9
 
Adriana əyilib Məsumənin əllərindən, üzündən, saçından öpdü. Gözləri doldu.
19.09.2017   450   9
 
Mən həmişə Allaha inanmışam. O da həmişə məni müdafiə edib.
28.08.2017   495   12
 
İnsanlar gün ərzində müxtəlif tapşırıqları həyata keçirir və bu tapşırıqları yerinə yetirərkən həm əqli cəhətdən, həm də fiziki cəhətdən çox yorulurlar.
22.04.2017   3095   21