NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
MƏLUMATIN İÇİ
Qış fəslinin gəlişinin qarşısını almağa çalışan insan
13.07.2015   1194
74

Dünən axşam mən yuxuda ikən düşünürdüm ki, həyatın mənasının ən qısa ifadəsi bu cür ola bilər: aləm hərəkət və inkişaf edir. Əsas məsələ bu hərəkətə töhfə vermək, ona tabe olmaq və onunla əməkdaşlıq etməkdir.

 Lev Nikolayeviç Tolstoy

 

Həyatda təbii hadisələrlə mübarizə apararaq onları dəyişmək istəyən insan görmüsünüzmü? Heç görmüsünüz ki, kimsə qış fəslinin gəlməsinin qarşısını almağa çalışsın və buna müvəffəq olmayan zaman da iztirab və sıxıntı keçirməyə başlasın? Görmüsünüz ki, yer kürəsini fırlanma oxunun əksinə fırlatmağa çalışsınlar? Və yaxud da elə bir kimsə olsun ki, heyvanlar və bitkilər aləmində gedən təbii prosesləri dəyişməyə cəhd etsin? Bu işləri etmək mümkün deyil və nəticəsi də yoxdur. Həyatımızda baş verən bir çox hadisələr də bu qəbildən olub, dəyişməz təbii hadisələr hesab olunur. Bu cür hadisələrə münasibət fəsillərin dövrünə, planetlərin hərəkətinə, təbiət aləmində baş verən bioloji proseslərə olan münasibət kimi olmalıdır, onları öz təbii axarına buraxmaq lazımdır. Şərq aləmində ən böyük ensiklopedik maarif kitablarından birinin müəllifi olan Məhəmməd Baqir Məclisi yazır ki, bir gün Allah Davud peyğəmbərə vəhy edərək deyir ki, sən həyatda bəzi dəyişilməz işlərin istədiyin kimi cərəyan etməsini istəyirsən. Lakin Mən isə bu işlərin başqa cür olmasını istəyirəm. Belə ki, bəzən insanlarla Mənim istəklərim üst-üstə düşməz. Ey Davud, o zaman bil ki, yalnız Mənim istədiyim iş baş verəcəkdir. Həmçinin sənin üçün də yaxşı olardı ki, Mənim edəcəyimə razı olasan.[1]

 

Təbii hadisələr, proseslər hamısı Yaradanın istəyi ilə cərəyan edir. Elə bu səbəbdən təbiət aləminin qanunları dəyişməz, möhkəm qanunlardır. Onlar gizli hikmət, məsləhət, elm və yaradılışa hakim olan ədalət əsasında cərəyan edər. Qanunların cərəyanı zamanı insanların istəkləri nəzərə alınmaz. Belə ki, insanın istəyi fəqət özündən asılı olan onun maddi və mənəvi tərəqqisi ilə əlaqəli individual işlərində keçərlidir. İnsan iradəsindən kənar yaradılış işlərinə isə yalnız kainatın möhkəm qanunları hakim olar. Onda belə bir sual qarşıya çıxır. Görəsən, baş verməsi bizdən asılı olmayan təbii işlərə nisbətdə davranışımız necə olmalıdır? Bizlər bu hadisələrdən necə faydalana bilərik? Bu sualların da cavabı Davud peyğəmbərə buyurulan kəlamın davamında qeyd edilir: “Əgər mənim istədiyimi qəbul edərək qarşısında təslim olsan, sənin də istəyini təmin edərəm. Amma Mənim istəyimə təslim olmasan, səni öz istəyinin yolunda əziyyətlərə, zəhmətlərə salaram və nəticədə yenə də Mən istədiyim olar”.[2]

 

Aydındır ki, bu cür təbii hadisələrə görə insanın yersiz fikir etməsi, bütün ömrünü onları dəyişməyəsərf etməsi, bu yolda çalışması insanda böyük ruhi iztirablar yaradacaqdır. İnsan həllində aciz qaldığı və heç bir formada dəyişə və qəbul edə bilmədiyi məsələyə görə iztirab çəkər. Acizlik, ruhi iztirab, fərdi natamamlıq və özünü qınama hissi insana hakim olar. Düşüncəsi qarışar, təşvişə düşər. Əli işdən soyuyar, inkişafı üçün, gözəl gələcəyi üçün perespektivlər düşünməz, bu istiqamətdə müvafiq addımlar atmaz. Ancaq insan ilk əvvəldən həyatında baş verən bu cür hadisələrə təbii və qarşısıalınmaz kimi baxsa, bütün psixoloji sarsıntılardan uzaq olar. Biraz öncə dediyimiz kimi, insan nəyə görə qış fəslinin gəlməsinin qarşısını almağa çalışmaz? Çünki o, bu cərəyanın qaşısında təslim olmuş və onu qarşısıalınmaz təbii və labüd bir hadisə kimi qəbul etmişdir. Elə isə gəlin yaradılışa təslim olaq və həyatımızda mövcud olan təbii hadisələri öz təbii axarına buraxaq. Və bu təbii hadisələrdən doğan çətinliklərlə birgə yaşamağı öyrənək. Necə ki hər birimiz qış fəslinin bizlər üçün gətirdiyi çətinliklərə artıq adət etmişik.

 

Universitet dönəmində “psixoloji müşavirə” fənnində bizə ən çox öyrədilməyə çalışılan qaydalardan biri də psixoloji konsultasiya etdiyimiz şəxsə həyatda problemlərin mövcud olmasının çox normal və təbii bir hal olduğunu anlatmaq idi. Həmçinin orada deyilirdi ki, insanın bunu dərk etməsi problemlərinin həll olunmasının ilk və mühüm addımı hesab olunur. Çətinliklər, problemlər, itkilər dünyanın xüsusiyyətindən qaynaqlanır, həyatda ruhi sakitçilik əldə edərək rahat yaşamaq üçün dünyanın bu xasiyyətini olduğu kimi qəbul etmək lazımdır.

 

 

"Üsyan" kitabından 



[1] “Bihar”, 68-ci cild, səh.138.

[2] Əvvəlki mənbə.

 
 
 
 
 
Şərhlər
 
DİGƏR MƏLUMATLAR
Bəlkə də, bu vərdişlərin bəziləri artıq sizə tanışdır. Bəzilərini isə ilk dəfə eşitmiş olacaqsınız.
11.10.2017   1107   9
 
Adriana əyilib Məsumənin əllərindən, üzündən, saçından öpdü. Gözləri doldu.
19.09.2017   450   9
 
Mən həmişə Allaha inanmışam. O da həmişə məni müdafiə edib.
28.08.2017   495   12
 
İnsanlar gün ərzində müxtəlif tapşırıqları həyata keçirir və bu tapşırıqları yerinə yetirərkən həm əqli cəhətdən, həm də fiziki cəhətdən çox yorulurlar.
22.04.2017   3094   21