NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
KİTABLAR / Yerlə Göy Arasında
Yerlə Göy Arasında

Müəllif: İlqar Kamil
Dil: Azərbaycan
Səhifə: 232
Kitabın ölçüsü: 60x84
Nəşriyyat: Qədim Qala Nəşriyyat Evi
7 AZN
 
Sifariş et
 
Kitab haqqında qısa məlumat

Roman yerlə göy arasında qalan bir neçə insanın hekayəti­ni danışır. İt hürən tərəfəmi, yoxsa işıq yanan tərəfəmi getməli, hansı yol daha təhlükəsizdi, hansı yolun sonu xoşbəxt­li­yə çıxır – hələ heçnə bəlli deyil. Hekayətdə seçim də var, sı­naq da var... eşq də!
Əvvəlcə biz sex Nadirlə tanış oluruq, Nadir Bakının oli­qarx­­larından birinin yekəxana, hərbə-zorba övladıdı. Sonra Səxavət çıxır qarşımıza – savadlı, ziyalı tarix müəllimi. Ha­di­­sələr sex Nadirin Səxavətin nişanlısına – Leylaya göz dikməsiylə başlayır. İndiyə kimi hər şeyi rahatlıqla əldə edən Nadir bu istəyinə də çata biləcəkmi? Səxavət sevgilisini qoruya biləcəkmi? Bəs Leylanın aqibəti necə olacaq? Bütün bu sualların cavabı hadisələrin inkişafı zamanı, tədricən aydın olur. Romanı rahatlıqla “bir qadının dramı” da saymaq olardı – əgər hekayətin ən qarışıq yerində yeni bir obraz yaranmamış olsaydı - bu isə, gənc mexanik Cavanşirdi.

 
Müəllif haqqında qısa məlumat

Psixoloq-yazıçı İlqar (Həşimov) Kamil. 07.07.1981-ci ildə, Azərbaycan respublikasının Masallı rayonunda anadan olub. "Ayrılıq mütləqdir", "Anam üçün" romanlarının, eləcə də "Bir şəhidin iziylə", "Tanrı tənhalığı" kimi bir neçə esselər kitabının müəllifidi. Ailəlidi. Hazırda Rusiyanın Yaroslavl şəhərində yaşayır.

 
Şərhlər
 
BUNUNLA BƏRABƏR ALIRLAR