NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
KİTABLAR / Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)
Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)

Müəllif: Rövşən Abdullaoğlu
Dil: Azərbaycan
Səhifə: 216
Kitabın ölçüsü: 60x84
Nəşriyyat: Qədim Qala
6 AZN
 
Sifariş et
 
Kitab haqqında qısa məlumat

Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir...

Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır.

 

 
Müəllif haqqında qısa məlumat

Yazıçı Rövşən Abdullaoğlu filosof-şərqşünas və psixoloqdur. O, 1978-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Ali təhsilini və hərbi xidmətini bitirdikdən sonra şərqşünaslıq, teologiya və fəlsəfə sahələrində müxtəlif təhsil ocaqlarında yüksək ali təhsil almışdır. O bu sahədəki təhsilinə ömrünün 8 ildən çoxunu həsr etmişdir.

 

Yazıçı bundan başqa psixologiya sahəsində də yüksək ali təhsil almışdır. O, Moskvanın “Pozitiv Texnologiya və Konsaltinq” institutunun “Psixoloji konsultasiya” fakultəsinin “Geştalt-terapiya metodu üzrə psixoloji müşavir” ixtisasına yiyələnmişdir.

 

Azərbaycanda bu günə qədər 24 kitabı yayımlanmış yazıçının motivasiya psixologiyası silsiləsindən olan “Arxadakı körpüləri yandırın” adlı kitabı 2014-cü ildə Türkiyədə də nəşr olunmuşdur.

 

Yazı janrı nəsr, esse, motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiyadır. Yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sahələri üzrə elmi araşdırmalarını davam etdirməkdədir. 

 

 

 
Şərhlər
 
BUNUNLA BƏRABƏR ALIRLAR