NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
KİTABLAR / Lev Tolstoyun Əsərləri
Lev Tolstoyun Əsərləri

Müəllif: Lev Tolstoy
Dil: Azərbaycan
Səhifə: 208
Kitabın ölçüsü: 60x90
Nəşriyyat: Qədim Qala Nəşriyyat Evi
5 AZN
 
Sifariş et
 
Kitab haqqında qısa məlumat

Bu kitabda dahi rus yazıçısı və dünya səviyyəsində əsərlərinin də­­rin ib­rətamiz mənaları, rəngarəng sujet xətti ilə tanınan Lev Tols­to­yun ilk dəfə olaraq ölümündən sonra çap edilən bəzi əsər­lə­ri yer al­mışdır. Lev Tols­toy “Hərb və Sülh”, “Anna Karenina” kimi əsər­lə­ri ilə dünya sə­viy­yə­sində şöhrət qazansa belə o, özü “İb­lis”, “Ser­qiy ata” kimi əsərlərinə daha çox üstünlük verirmiş. Necə ki, özü belə deyir: “İnsanlar məni “Hərb və Sülh” və s. kimi boş şeylərə görə sevirlər, onlar bunu əhə­miy­yətli bir şey he­sab edirlər. Mən isə tamamilə başqa kitablarımı əhə­miyyətli hesab edirəm”.

 
Müəllif haqqında qısa məlumat

UŞAQLIQ DÖVRÜ

Tolstoy Lev Nikolayeviç (28 avqust 1828-ci il, Tula qu­ber­niyasının Yasnaya Polyana malikanəsi – 7 noyabr 1910-cu il, Ryazan-Ural dəmiryolunun Astapovo stansiyası (indiki Lev Tolstoy stansiyası)) –rus yazıçısı olan bir qrafdır. Tols­toy böyük bir zadəgan ailəsində dünyaya göz aç­mış­dı. O, ai­lə­nin dördüncü uşağı idi. Anası, qızlıq soyadı Vol­kons­kaya olan knyaz qızı, Tolstoyun heç iki yaşı olmayanda və­fat et­miş­di, amma ailə üzvlərinin söhbətləri əsasında o, ana­sının “mə­nəvi simasını” öz təsəvvüründə çox gözəl can­lan­dıra bil­­mişdi. Tolstoy anasının bəzi xüsusiyyətlərini (sa­vad­lı ol­ma­ğını, incəsənətə qarşı həssaslığını, öz təəs­sü­rat­la­rı­nı bö­lüş­məyə meylliliyini və hətta onun xarici görünüşünü belə) Mar­ya Nikolayevna Bolkonskaya adlı knyaz qızına kö­çür­müş­dü (“Hərb və sülh”). Tolstoyun atası isə Böyük Vətən mü­­­haribəsi iştirakçısı olmuşdu. O, yazıçının yaddaşında xe­yir­­xah və gülməli xarakteri olan, qiraətə və ova xüsusi ma­raq göstərən bir şəxsiyyət kimi qalmışdı. Tolstoy atasını da (“Hərb və Sülh” romanında Ni­kolay Rostovun prototipi olub) vaxtsız (1837) itirmişdi. Uşaq­­ların tərbiyəsi ilə onların uzaq qohumu olan T.A.Yer­qols­kaya məşğul olmuş və onun Tols­toyun kamilləşməsində bö­yük əməyi və təsiri olmuşdu. Tols­toy həmişə deyərdi: “Məhz o, mənə sevgidən mənəvi zövq almağı öyrətdi”. Tols­toy üçün ən sevincli, nəşəli anlar hə­mişə uşaqlıq illərinin xa­ti­rələri olub. Ailə ənənələri, knyaz ma­likanəsində keçirdiyi hə­yatın buraxdığı ilk təəssüratlar onun əsərləri üçün zəngin mən­bə rolunu oynamış və onun “Uşaqlıq” adlı av­to­bio­qra­fik povestində öz əksini tapmışdı.

 

 TƏHSİLİ

 Tolstoy təhsilini əvvəlcə fransız mürəbbi Sen-Tomun (“Ye­­­ni­­­yetməlik” əsərində cənab Jerom), daha sonra isə “Uşaq­­lıq” əsə­rində Karl İvanoviç adı ilə təsvir etdiyi xe­yir­xah alman Reselmanın rəhbərliyi altında alıb.

1841-ci ildə P.İ.Puşkova yetkinlik yaşına çatmayan (uşaq­­­­lardan yalnız ən böyüyü – Nikolay yektinlik yaşına çat­­mışdı) qardaşı uşaqları üzərində hamiliyi öz öhdəsinə gö­tü­­rərək, onları Kazana gətirdi. Qardaşları Nikolay, Dmitri və Ser­qeyin ardınca Lev də Kazan İmperator Universitetində təh­­sil almağa qərar verdi. Həmin universitetdə riyaziyyat fa­kül­təsində Lobaçevski, şərqşünaslıqda isə Kovalevski iş­lə­yir­­di. 3 oktyabr 1844-cü ildə Lev Tolstoy öz hesabına oxuyan tə­ləbə qismində Şərq ədəbiyyatı fakültəsinə qəbul olundu. Qə­bul imtahanlarında o, qəbul olmaq üçün mütləq olan “türk-tatar dili” imtahanından yüksək nəticə əldə etdi.

Ailə üzvləri ilə Rusiya tarixi, ümumi tarix və fəlsəfə ta­ri­xi müəl­limi, professor N.A. İvanov arasında münaqişəyə görə Tolstoy həmin fənlər üzrə illik nəticələrdən mü­vəf­fə­qiy­­yət əldə edə bilmədiyindən yenidən birinci kurs­da­ oxu­maq məc­bu­riy­yə­tində qalmışdı. O, eyni kursu təkrar oxu­ma­maq üçün hüquq fa­kültəsinə keçdi, lakin burada da o, Ru­si­ya tarixi və alman di­lin­dən qiymət almaqda problemlərlə üz­­­ləşdi. Lev Tolstoy iki il­dən də az bir müddətdə hüquq fa­kül­­­təsində təhsil aldı. “Baş­qa­larının təhsil adlandırdığı hər şey ona çətin gəlirdi və hə­yat­da öyrəndiyi hər şeyi öz səyi nə­­ticəsində əldə etmişdi. Tolstay bü­tün bunları özünün “L.N.Tolstoyun bioqrafiyası üçün mən­bə­lər” əsərində qələmə alır. 1904-cü ili isə belə xatırlayırdı: “…birinci il mən heç nə ilə məşğul olmadım… İkinci il oxu­ma­ğa başladım … Həmin dövr­­­də professor Meyer də orada ça­lı­şır­dı … Bir gün mənə ya­­­xınlaşıb – Yekaterinanın “Nəsihət” əsə­­ri ilə Mon­tesk­yö­nün “Esprit des Lois” əsərini müqayisə et­mə­­yi tapşırdı. Bu iş mənim diqqətimi çox çəkdi, kəndə get­dim və Mon­tesk­yö­nü oxumağa başladım. Bu qiraət mənim ya­ra­dı­cı­­­­lıq yoluma san­­­ki bir yaşıl işıq oldu. Daha sonra önümdə son­suz im­kan­lar açdı; Russonu oxumağa başladım və universiteti at­­dım, ­çün­­ki, məhz qiraətlə məşğul olmaq istəyirdim”.

Kazan hospitalında olarkən, Franklin kimi gündəlik yaz­ma­­ğa başladım, qarşıma məqsədlər, özünütəkmilləşdirmə qay­­­­daları qoyurdum, bu vəzifələrin yerinə yetirilməsində uğur və uğursuzluqları qeyd edir, öz qüsurlarımı, dü­şün­cə tərzimi, əməllərimin motivlərini təhlil edirdim.


 ƏDİBLƏR MÜHİTİNDƏ VƏ XARİCDƏ

 1855-ci ilin noyabrında Tolstoy Peterburqa gəldi və dər­hal “Müa­­sir” dərnəyinə (N.A.Nekrasov, İ.S.Turgenev, A.N.Ost­rovski, İ.A.Qonçarov və başqaları) üzv oldu. Burada onu “rus ədəbiyyatının böyük ümidi” (Nekrasov) kimi qar­şı­la­dılar. Tols­toy müxtəlif tədbirlərdə: naharlarda, əsər­lə­rin qi­ra­ətin­də, Ədə­biyyat fondunun təsis edilməsində iştirak edir, ya­zı­çı­la­rın mü­bahisə və münaqişlərinə cəlb olunurdu, amma o, özünü bu mühitdə yad adam kimi hiss edirdi. Bu ba­rədə sonradan “Eti­raf­lar” (1879-82) adlı əsərində ətraflı ya­zırdı: “Bu insanlar məni elm­dən diksindirirdilər və mən özüm-özümdən də iy­rən­məyə başlamışdım”. 1856-cı ilin pa­yı­­zında Tolstoy istefa ve­rərək, Yas­naya Polyanaya, 1857-ci ilin əvvəllərində isə - xa­ri­cə getdi. O, Fransada, İtaliyada, İs­veç­­rədə, Almaniyada oldu (İs­veçrədəki təəssüratları “Lüt­sern” hekayəsində əks etdirilib), daha sonra Moskvaya, ora­dan isə Yasnaya Polyanaya qayıtdı.


XALQ MƏKTƏBİ

1859-cu ildə Tolstoyun səyi ilə kənddə kəndli uşaqları üçün məktəb açıldı. Ümumilikdə isə o, Yasnaya Polyana ət­ra­­fın­da 20-dən çox məktəbin tikintisinə kömək etdi. Bu məş­ğu­­­liy­­yət Tolstoyu o qədər cəlb etdi ki, o, Avropa məktəbləri ilə ta­nış olmaq üçün 1860-cı ildə ikinci dəfə xaricə yollandı. Tol­s­toy çox ölkələrə səyahət etdi. Tolstoy Londonda, Al­ma­ni­­yada, Fran­­sada, İsveçrədə, Belçikada olduğu müddətdə məş­­hur pe­da­­qoji sistemləri tədqiq edirdi. Bir ay yarım Lon­don­­da yaşadı. Bu­­rada o, A.İ.Hertsenlə sıx əlaqə saxlayır, təh­sil sistemi və təd­­ris prosesindəki yeniliklərlə ma­raq­la­nır­dı. La­kin yazıçı bu sis­temlərdən o qədər də razı qalmadı. Tols­­toy öz ideyalarının üzə­rində dayanaraq onları xüsusi mə­­qalələrdə şərh edirdi və bu­nunla o, sübut etməyə çalışırdı ki, təhsilin əsasını “şagirdin azad­­lığı”, tədrisdə zo­ra­kı­lıq­dan im­tina təşkil etməlidir. Belə­lik­­lə o, 1862-ci ildə oxu ki­tab­­­ları ilə birlikdə işıq üzü görən “Yas­­naya Polyana” pe­da­qo­ji jur­na­lını nəşr etdirdi, bu jurnal ey­­nilə 1870-ci illərdə elə onun özü­nün tərtib etdiyi “Əlifba” və “Yeni Əlifba” dər­slik­ləri kimi, Rusiyada uşaq və xalq ədə­biy­ya­­tının klassik nü­­­mu­nə­lə­rinə çevrildi. 1862-ci ildə Tolstoy Yas­na­ya Pol­ya­nada ol­ma­dı­ğından sui-istifadə edilərək onun evin­də axtarış apa­rıldı (gizli tipoqrafiya axtarılıb).

 

 “HƏRB VƏ SÜLH” (1863-69)

 1862-ci ilin sentyabrında Tolstoy həkim qızı olan on sək­kiz yaşlı Sofya Andreyevna Bernslə evləndi və nikahdan dər­hal sonra həyat yoldaşını Moskvadan Yasnaya

 
Şərhlər
 
BUNUNLA BƏRABƏR ALIRLAR