NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Dünyanın ən gözəl istirahət yerləri
19.11.2015   1743
150
 

Fransız Polineziyasındakı Bora-Bora istirahət zonası dünyanın ən gözəllərindən sayılır. Buradakı  iki restoran, spa-massaj xidməti, gözəl otel, istirahət edənlərə müalicəvi xidmətlər turistləri razı salır.

Tailandın Float House River Kwai  oteli də öz möcüzəvi gözəlliyi ilə diqqəti çəkir. Bu oteldə yalnız təbiətin gözəlliyindən həzz almaq və maraqlı ekskursiyalarda iştirak etmək istəyənlər istirahət edir.

Maldiv adalarında yerləşən Konrad Rangali beş ulduzlu oteli adanın ən qiymətlisidir. Bu oteldə dünyada yeganə olan sualtı restoran fəaliyyət göstərir. Bu restoranda Avropa mətbəxinin ləziz yeməklərini dadan turistlər həmçinin mərcan qayalıqlarını və okean canlılarını izləməkdən zövq alır. Otelin 150 sayda ferqli otaqları var.

Likuliku Lagoon Resort oteli Ficidə yerləşir. Bu otel Ficinin ənənəvi memarlıq üslubunda tikilib. Bu oteldə, Sakit okenın sahilində sözün əsl mənasında sakitləşmək mümkündür.

Punta Caracol Acqua Lodge Panamada yerləşir. Bu oteldə turistlər istirahətlə yanaşı yerlı xalqların yaşamı, mədniyyəti, mətbəxi, tarixi ilə yaxından tanış ola bilərlər. Otelin restoranları isə okean sularının üzərində qurulub.

Malaziyanın Berjaya Langkawi Resort otelinin

Cambocanın Song Saa Private Island otelinin

Vyetnamın Vinpearl Luxury Nha Trang otelinin də siyahıda yeri var.

Dünyanın bir-birindən rəngarəng əraziləri və orada yaradılan beş ulduz otellər yay aylarında insanların diqqətini daha da çəkir. Əsasən, tropik bölgələrdə yerləşən otellər yayda istirahət və müalicə üçün daha əlverişli hesab olunur. Bu günlərdə dünyanın ən gözəl istirahət zonaları və otellərinin siyahısı tərtib olunub.
 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1448   64
 
26.05.2017   1189   52
 
11.05.2017   1284   50
 
06.05.2017   1445   54
 
02.05.2017   1314   57
 
28.04.2017   3172   90