NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Konqres Kitabxanası
12.11.2015   1167
73
 

ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb.

Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ - 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır.

1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur.

Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-da heç kimdə yox idi.

Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.

Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir.

Ümumi kitab fondu 150 milyondan çoxdur.

Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.

 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1268   41
 
26.05.2017   1040   34
 
11.05.2017   1132   31
 
06.05.2017   1304   36
 
02.05.2017   1161   40
 
28.04.2017   2856   57