NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Suyun altına gedən qeyri-adi körpü
28.09.2015   1075
98
 

Skandinaviyada iki ölkəni - İsveçlə Danimarkanı ayıran Eresun boğazında, su ərazisində tədricən yerin dərinliyində tunelə birləşən 16 km-lik qeyri-adi körpü yerləşir.

Bənzəri olmayan bu körpü-tunel məsafəni paromla müqayisədə daha tez qət etməyə imkan verir. Öz xüsusi quruluşuna görə isə o, adi körpünün inşası zamanı əmələ gələn bir neçə problemi eyni zamanda həll edir.

İki mərtəbəli körpü yolun hər iki tərəfində iki-iki olmaqla ümumilikdə 4 hərəkət zolaqlı avtomagistral və dəmiryolunun yerləşdiyi nəhəng tikilidir.

O, süni adada bitir və tədricən yerin altındakı tunelə keçir.

Körpünün belə qeyri-adi quruluşu təyyarələrin paytaxt Kopenhagenin yaxınlığında yerləşən hava limanına enişinə maneə yaradılmaması və gəmilərin Eresun boğazından rahat keçidinin təmin edilməsi məqsədilə seçilib.

Körpü xüsusilə səmadan çox əsrarəngiz görünür.

 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1451   65
 
26.05.2017   1190   52
 
11.05.2017   1285   50
 
06.05.2017   1446   54
 
02.05.2017   1317   57
 
28.04.2017   3176   90