NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Bu şəkillərin fotoşopsuz olduğuna inanmayacaqsınız
26.08.2015   2241
125
 

Bəzən İnternetdə hansısa şəkli görəndə, dərhal fikirləşirik: “Bu, fotoşopdur”. Fotoşop həvəskarlarının bəzi “əsərləri” inandırıcı deyil, bəziləri isə bizi onların həqiqiliyinə inandırır. Saxta şəkillərə oxşayan, amma əslində tamamilə gerçək olan şəkilləri təqdim edirik.

 

Başında dəlik olan insan

Bu, Billi Ouendir və o, həqiqətən də barmağını ağzından göz dəliyinə sala bilir. Billi xərçəng xəstəliyinin nadir növünə yoluxduğu üçün üzünün bir hissəsini və sağ gözünü itirib. Billinin üzündəki protezi çıxarması bəs edir ki, barmağını ağzından göz dəliyinə sala bilsin.

 

Dünyanın ən iri buynuzuna malik buğa

Bu buynuzlar gerçəyə oxşamır, amma onlar həqiqətən də mövcuddur. Kren ləqəbli bu vatussi buğasının buynuzunun hər birinin uzunluğu təxminən 1 metrdir! Kren buynuzunda yaranan xərçəng xəstəliyindən 2010-cu ildə ölüb.

 

Ağac üzərində ayaq izləri

Bu, 20 il ərzində gündə dəfələrlə eyni yerdə dayanıb dua edən rahibin ayaq izləridir.

 

İkiyə ayrılmış yol

Bu, həqiqətən də, Yaponiyada zəlzələdən sonra baş verib. Görünür, iki zolaq arasındakı çat bu zolaqlar ayrı-ayrılıqda inşa edildiyinə görə yaranıb.

 

Flaminqo formasında flaminqolar

Əgər “National Geographic” bizi aldatmırsa, o zaman Meksika körfəzində böyük flaminqo qrupu məhz bu formada düzülüb.

 

Otaqda bulud

Bu, saxta şəkil adlandırıla bilər, amma əslində holland rəssam Berndnaut Smildenin əl işidir. O, otaqda bulud formalaşdırmaq üçün qəsdən otaqda aşağı temperatur və rütubətlilik yaradır.

 

Qorxunc buludlar

Buludlar demişkən, bu, heç də dünyanın sonu haqqında Hollivud filmindən bir kadr deyil. Bu, ABŞ-ın Ayova ştatında “Undulatus asperatus” adlandırılan nadir bulud mənzərəsidir.

 

Qızıl dağ

Bu dağ “Doritos” çipslərindən düzəldilməyib. ABŞ-ın Montana ştatındakı Qleyşer milli parkında yerləşən dağ Günəş çıxarkən məhz bu cür işıqlanır.

 

Çəhrayı çay

Bu, Seneqalda yerləşən Retba çayıdır. Çayın suyunun rəngi, həqiqətən də, çəhrayıdır. Çayın rənginə suda duzun yüksək miqdarda konsentrasiyası (40%-dək) səbəb olur. Bu səbəbdən çayın suyunda “Dunaliella salina” bakteriyası çoxluq təşkil edərək, çəhrayı rəng yaradır.

 

“Qiymətli daş”dan dənləri olan qarğıdalı

Bu qarğıdalı rənglənməyib, nə də art-layihə üçün şüşədən hazırlanmayıb. Bu, bir neçə növün hibridi olan əsl yeməli qarğıdalıdır.

 

Həyatla ölüm arasında

Bu oğlan Mustang Wanted ləqəbli ukraynalı ruferdir. Onun hobbisi dünyanın ən hündür binalarının başına dırmanmaq və barmaqlarının ucunda boşluq üzərində dayanmaqdır.

 

Ağ, qara...və qırmızı

Bu, fotoşopa bənzəsə də, gerçək şəkildir. Şəkildə İndoneziyada vulkan külü ətrafa çökdükdən sonra çiçək açmış hibiskus gülü əks olunub.

 

Namib səhrası

Bu, sadəcə Sossusfley çayının qurumuş qoludur. Dyunların niyə məhz bu formanı aldığı məlum deyil, amma geoloqlar onillərdir buranı tədqiq edirlər.

 

Nəhəng kristal mağara

Bütünlüklə kristaldan formalaşan mağara ola bilməz, elə deyilmi? Xeyr, ola bilər. Bu Kristallar mağarası Meksikada Nayka dağ kompleksində yerləşir. Şəkildə isə onun içi əks olunub.

 

Damalı dalğalar

Sanki suyun səthinə paralel və meridianlar çəkilir. Əslində isə bu, Re adasında küləyin əsməsi ilə dalğaların kəsişməsidir.

 

Bəzən adlar birbaşa torpağa həkk edilir

Əl-Futaisi adası haqqında bunu demək olar. Bu ada BƏƏ-dən olan milyarder və kral ailəsinin üzvü şeyx Hamad ibn Həmdan əl-Nahəyyana məxsusdur. O, adaya öz adını həkk etdirib və ad hətta kosmosdan da görünürdü. Lakin sonradan ad götürülüb – yəqin, kral ailəsi bunun  Əbu-Dabinin ekoloji proqramının məqsədlərinə uyğun olmadığını hesab edib.

 

“Lego” şəhər

Bu, Legoland və ya uşaqlar üçün oyun meydançası deyil. Bu, Meksikanın İstapaluke ştatında yerləşən San-Buenaventura şəhəridir.

 

“İkili” pişik

Bu pişik, həqiqətən də, ikirənglidir və rəngləri məhz formalaşıb. 2009-cu ildə dünyaya gələn Venera adlı pişiyin bədənində iki pişiyin DNT-si var.

 

Matryoşka-köpəkbalığı

Bir qrup balıqçı mühüm məlumat əldə etmək üçün əvvəlcədən işarələdikləri balığı tutmaq istəyib. Bu zaman 30-metrlik katran balığı qırmağa keçib və dərhal da köpəkbalığı tərəfindən udulub.

 

Böyük prizma hövzəsi

Bu, palitrada qarışmış boyalara bənzəyir, amma əslində ABŞ-da Yelloustoun milli parkında yerləşən Böyük prizma hövzəsidir. Rənglərin müxtəlifliyinə fərqli temperatur zonalarında yaşayan bakteriyalar səbəb olub.

 

İnsan dişli balıq

Bu şəkil nə qədər iyrənc olsa da, gerçəkdir. Balığın dişləri, həqiqətən də insan dişlərinə bənzəyir. Bu balıq yeyilir, çoxları da onu yeyir. 

 

Üzən əcaib

Bu, Lox-ness əcaibi deyil, sadəcə sahilə çıxmış ölü kit balığının cəsədidir.

 
Bəzən İnternetdə hansısa şəkli görəndə, dərhal fikirləşirik: “Bu, fotoşopdur”. Fotoşop həvəskarlarının bəzi “əsərləri” inandırıcı deyil, bəziləri isə bizi onların həqiqiliyinə inandırır. Saxta şəkillərə oxşayan, amma əslində tamamilə gerçək olan şəkilləri təqdim edirik.
 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1180   32
 
26.05.2017   966   27
 
11.05.2017   1049   25
 
06.05.2017   1240   28
 
02.05.2017   1082   32
 
28.04.2017   2707   42