NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Dünyanın ən bahalı 10 kitabı
26.05.2015   1485
68
 

Klavdi Ptolemey – “Coğrafi Kosmoqrafiya”, 3.5 milyon dollar, (2006)
Bu kitab 1462-ci ildə nəşr edilib. Həmçinin “Coğrafiya”, yaxud “Geographike Hyphegesis” adı ilə tanınır. Bu kitab yerin coğrafiyasına və kartoqrafiyasına aid ən məşhur kitablar arasındadır. Yeni dünyanın kəşfindən əvvəl mövzusuna görə bu kitabı əsas götürərək ona istinad edirdilər.

Henri Luis Duhamel du Monkeau – “Meyvə ağacları barədə traktat”, 4.5 milyon dollar, (2006)
1768-ci ildə nəşr edilib. Beş cildlik bu kitab meyvə ağaclarının 16 müxtəlif növlərinin gözəl illüstrasiyasından ibarətdir. Fransız botaniki Henri Luis Duhamel du Monkeau, həmçinin, Fransa Elmlər Akademiyasında prezident kimi fəaliyyət göstərib.

Qutenberqin Bibliyası, 4.9 milyon dollar, (1987)
1450-1455-ci illərdə nəşr olunub. Bu kitab dünyada ilk çap olunmuş kitabdır. Hal-hazırda Qutenberq Bibliyasının ilk nəşrinin 48 məlum surəti mövcuddur.

Pier-Jozef Redut – “Liliasea”, 5 milyon dollar, (1985)
1802-ci ildə nəşr olunub. Kitab zanbaq fəsiləsinə mənsub güllərin gözəl illüstrasiyalarından ibarətdir. Belçikada doğulmuş Redut peşəkar rəssam idi. O, habelə “Qızılgül fəsiləsi” adlı kitabını çap etdirib.

Uilyam Şekspir – “Birinci foliant”, 6.16 milyon dollar, (2001)
1623-cü ildə nəşr olunub. Bu kitab bütün dövrlərin ən yaxşı kitabıdır və Şekspirin 36 pyesindən ibarətdir. Hal-hazırda bu kitabın əsl qiyməti 1 paunddur. “Birinci Foliant”-ın 228 surəti hələ də mövcuddur.

Cefri Çoser – “Etajer hekayələri”, 7.5 milyon dollar, (1998)
1478-ci ildə nəşr olunub. “Etajer hekayələri” nin 83 məlum versiyası mövcuddur. Əsər 1370 və ya 1380-ci ildə yazılmağına baxmayaraq, 1478-ci ildə çap olunub.

Con Ceyms Audubon – “Amerika quşları”, 11.5 milyon dollar, (2010)
Bu kitab Amerika ornitologiyasının əsl şah əsəri hesab olunur. Audubon yaşam ölçülərinə əsasən, Amerikanın bütün quşlarının şəkillərini çəkmək istəyirdi. Hələ də dünyada bu böyük kitabın təqribən 120 orijinal surəti vardır.

Müqəddəs Venediktin sifarişi ilə yazılmış “Henri Lionun İncili”, 11.7 milyon dollar, (1983) 
1175-ci ilə aiddir. Bu kitab 1994-cü ilə qədər “dünyanın bu günə qədər satılan ən bahalı kitabları” siyahısında ilk sırada dururdu. 266 səhifədən ibarət bu kitabın 50 səhifəsi yalnız gözəl illüstrasiyalardan ibarətdir.

Müqəddəs Kusbertin İncili, 14 milyon dollar, (2012)
7-ci əsrə aid bu nadir əsər latın dilində yazılıb. Kitabı hər kəs oxuya bilər, çünki elektron versiyası mövcuddur. Kitab Britaniya kitabxanasında nümayiş olunur.

Leonardo Da Vinçi – “Lester əlyazmaları”, 30.8 milyon dollar, (1994)
1500-cü ildə nəşr olunub. Bu kitab tarixə “bu günə qədər satılan ən bahalı kitab” adı ilə düşüb. Maraqlıdır ki, bu kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir. O, kitabın çox sayda şəkillərindən “Microsoft”un ekran qoruyucuları kimi istifadə edib və həmçinin kitabı sərgi üçün dünyanın müxtəlif şəhərlərinə verib.

 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1180   32
 
26.05.2017   966   27
 
11.05.2017   1049   25
 
06.05.2017   1240   28
 
02.05.2017   1082   32
 
28.04.2017   2707   42