NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Dünyanın ən qədim Quran nüsxələri
14.03.2015   1460
92
 

Bu nüsxə isə 1972-ci ildə Yəmənin Səfa şəhərində məscidi təmir edən işçilər tərəfindən tapılıb. Hicrətin 8-ci əsrinin əvvəllərində yazılıb.

Daha bir nadir tapıntı olan bu Qurani-Kərim nüsxəsi hicrətdən 200 il sonra yazılıb. Yəmənli bir cavan tərəfindən 2012-ci ildə "əl-Dali" şəhərində bir mağarada tapılıb.

Bu nüsxə isə 650-675-ci illərdə qoyun dərisi üzərində yazılıb. Qahirə şəhərinə yaxın ərazilərdə yerləşən Füstat məscidində tapılıb, Fransanın milli kitabxanasında saxlanılır.

Bu Qurani-Kərim nüsxəsi hicrətin 8-ci əsrində Məkkə və ya Mədinədə yazılıb. "Mail Quran"ı adı ilə tanınır. Miladın 19-cu əsrindən Londonun "britaniya muzeyi"ndə saxlanılır.

"Osman Quranı" adı ilə tanınan bu nüsxə 3-cü xəlifə Osmanın xilafəti dövründə yazılıb. 1087 səhifədir və 80 kq çəkisi var. Türkiyənin "tilyaşayaq" muzeyində saxlanılır.

Bu nüsxə 2013-cü ildə Türkiyənin Bodrum şəhərinin İmam Cüməsi tərəfindən kəşf edilib. 1200 il öncə yazılıb, İzmir milli kitabxanasında saxlanılır.

Hicrətin 200 və 600-cü illəri arasında yazılıb. Çində tapılıb və hazırda "Tasye-çiye" məscidində saxlanılır.

Peyğəmbərin (s) hicrətindən 200 və ya 300 il sonra 536 səhifədə yazılıb. Çinin cənub-qərbində Çunq-Çing regionunda tapılıb.

Bu Qurani-Kərim nüsxəsi 95% ehtimala görə, milad tarixi ilə Həzrəti Əli (ə) tərəfindən 649 və 675-ci illər arasında yazılıb, Almaniyanın "Tubingen" universitetinin kitabxanasında saxlanılır.

Qurani-Kərimin milyonlarla nüsxələrinin müxtəlif dövrlərdə müxtəlif xətlərlə yazılmasına baxmayaraq, indiyədək kəşf olunmuş ən qədim nüsxələr göstərir ki, bu səmavi kitab öz ilk şəkilini hifz edib saxlaya bilmişdir. 1400 il öncə ilahi vəhyin vasitəsilə nazil olunmuş bu kitab yeganə vəhy kitabıdır ki, indiyədək təhrif olunmadan qalıb.
 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1377   51
 
26.05.2017   1121   43
 
11.05.2017   1221   42
 
06.05.2017   1388   44
 
02.05.2017   1246   48
 
28.04.2017   3047   76