NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Dünyanın ən gözəl şəlalələri
24.02.2015   3484
194
 

Vinnufossen, Norveç - Avropanın ən hündür şəlaləsi - 860 metr. Müəyyən hündürlükdən düşərək 4 hissəyə bölünür və bu da onu daha da möhtəşəm edir.

Qokta, Peru - ölçüsünə görə dünyada 5-ci şəlalədir. Hündürlüyü 771 metrdir. Qəribə faktlardan biri də budur ki, bu şəlalənin mövcudluğu haqda dünya 2005-ci ildə xəbərdar olub. O vaxta qədər isə onun ecazkarlığından yalnız Aborigenlər xəbərdar idilər.

Papala, ABŞ - şəlalə Havay adalarından birində yerləşir. Dünyada o qədər də tanınmasa da, ən hündür şəlalələr siyahısındadır - 550 metr.

İnqa, Konqo - bu şəlalə dünyadakı böyük və nəhəng şəlalələrdən biridir. Hündürlüyü 96 metrdir.

Tuqela, CAR - böyüklüyünə görə ikinci şəlalədir. Hündürlüyü 411 metrdir.

Sazerlend, Yeni Zellandiya - Cənub adasında yerləşir. Dar boğazdan keçərək 580 metr hündürlükdən axır. Ətrafında qayalar üzərində mamırlar ecazkar görüntü bəxş edir.

Dettifoss, İslandiya - Avropanın ən güclü şəlaləsi, hündürlüyü 40 metrə yaxındır. Gücü isə 200 kub m/san.-dir. Ətrafında qayalar və göllər yerləşir.

Hallfoss, İslandiya - bir çox şəlalələr tropik qurşaqda yerləşir, ancaq bu şəlalə şimala yaxın ərazidədir. Hallfoss Avropanın ən güclü şəlalələrindən biridir, halbuki onun hündürlüyü cəmi 30 metrdir.

Kayetur, Qayana - bu möcüzə Cənubi Amerikada yerləşən Qayana ölkəsindəki meşənin arası ilə axır. Nəhəng şəlalələrdən biridir. Hündürlüyü 226 metr. Bu şəlalə haqqında əvvəllər yalnız yerli sakinlər bilirdi. 1870-ci ildə isə İngilis geoloq kəşf edib. Bu şəlalənin yaxınlığına getmək çox çətindir, ancaq bu möcüzəni gözləri ilə görmək istəyənlər hər əziyyətə qatlaşmağa razıdırlar.

Yosemite, ABŞ - bu şəlalə də ən hündür şəlalələrdən biridir - 739 metr. Bu şəlalənin qəribə xüsusiyyəti var - qış aylarında demək olar ki, axmır. Lakin yaz və yay aylarında suyunun bolluğu maksimal həddə çatır.

Viktoriya, Zimbabve - hündürlüyü 108 metr, axını saniyədə 1 mln. litr su.

Niaqara, ABŞ - bu şəlalə də dünyanın ən güclü şəlalələrindən biridir. Burada 1 saniyə ərzində 2,8 mln. litr su axır. Bu şəlalənin əsas xüsusiyyətlərindən biri də odur ki, onun hər bir tərəfindən yaxınlaşıb, gözəl mənzərəsini seyr etmək mümkündür.

Plitvik göllərinin şəlalələri, Xorvatiya - bu göl və şəlalələrin tərkibində yaşayan mikroelementlər suları rəngarəng edir. Burada hər rəng var. Meşənin fonunda təkrarolunmaz mənzərə ortaya çıxır.

İquasu, Braziliya - dünyada ən güclü şəlalə sayılır.Bu şəlalə Braziliya və Argentina sərhədlərində yerləşir. Əslində bu bircə şəlalə deyil, 275 şəlalənin sxematik birləşməsidir və təxminən 60-80 metr yüksəklikdən axır. Nəhəng şəlalə U hərfi formasındadır, ispan fəthkarları tərəfindən "Şeytanın boğazı" adlandırılır.

1) Angela, Venesuela - dünyanın ən hündür şəlaləsidir. Hündürlüyü 979 metr. Venesuelanın məşhur parkı olan Kanaymada yerləşir. Bu şəlalənin adı Amerikalı aviator Cimmi Angelanın adından götürülüb. Venesuelanın üzərindən uçarkən bu şəlaləni görür və bütün dünyaya tanıdır.
 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1556   84
 
26.05.2017   1261   58
 
11.05.2017   1376   69
 
06.05.2017   1525   66
 
02.05.2017   1395   64
 
28.04.2017   3357   112