NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
« FOTO
Rekorda imza atan kitablar
16.02.2015   439
69
 

Ən böyük kağız ensiklopediya – “Böyük Çin Ensiklopediyası”. 11000(!!!) cilddən ibarətdir.

Ən böyük lüğət – “Deutches Wörterbuch”. Almaniyada 1854-1971-ci illər ərzində tərtib edilib. Həcmi 34519 səhifə və 33 cilddir.

Ən bahalı şeirlər toplusu – Edqar Ponun “Tamerlan və digər şeirlər” kitabıdır.

Ən böyük uşaq kitabı – “Uşaqlar üçün ən böyük kitab” 2004-cü ildə Rusiyada nəşr olunub. Kitabın səhifəsinin sahəsi 18 kvadratmetrdir. Kitabın ağırlığı isə 492 kq.

Ən böyük kitab – “Butan krallığı haqqında nəhəng vizual odisseya”. Bu kitabın hazırlanmasında istifadə olunan kağız rulonunun uzunluğu futbol meydançasının uzunluğu ilə eynidir. Kitabın qiyməti 30 min dollardır.

Ən böyük tirajlı kitab – Xristianlığın müqəddəs kitabı İncil

Ən böyük elektron kitab/ensiklopediya – “WIKIPEDIA”

Ən uzun (fiziki olaraq) kitab – Uzunluğu 1856 metr olan “Fantastik” adlı kitabdır. Kitab İtaliyanın Kastello şəhərində 400 nəfərlik qrup tərəfindən yazılıb.

Ən uzun kitab (əsər) – Jül Romenin “Xoşməramlı İnsanlar” romanı. Əsərdə 2 milyondan çox söz var. 1932-ci ildən etibarən 14 il ərzində yazılan 27 cildlik kitabın təkcə girişi 500 səhifədən ibarətdir.
 
 
Tweet
 
 
Şərhlər
 
 
Digər fotolar
bütün fotolar
19.09.2017   1448   64
 
26.05.2017   1188   52
 
11.05.2017   1284   50
 
06.05.2017   1445   54
 
02.05.2017   1314   57
 
28.04.2017   3172   90