BBC “Hərb və Sülh” əsərini ekranlaşdıracaq


13.01.2015   2123   122

   Böyük Britaniyanın “BBC” korporasiyası bu ayın sonlarınadək Lev Tolstoyun “Hərb və Sülh” əsəri əsasında eyniadlı serialın çəkilişlərinə başlayacağını açıqlayıb. Serialın çəkilişləri Rusiya, Latviya və Litvada olacaq.

 

   Serial istehsalçılarının sözlərinə görə, rus ədəbiyyaytının əsas əsərlərindən birinin ekran versiyası 6 seriyadan ibarət olacaq. Seriyalar 2015-ci ilin sonlarında ekrana çıxacaq.

 

   “BBC” telekanalının rəhbəri Şarlotta Mur bildirib ki, 2015-ci ildə “Hərb və Sülh” serialının nümayişi şirkət üçün böyük əhəmiyyətli hadisə olacaq.

 

   “Hərb və Sülh” serialının ssenari müəllifi daha əvvəl Boris Pasternak, Çarlz Dikkens, Uilyam Tekkerey və Ceyn Ostinin əsərləri əsasında ssenarilə yazan yazıçı Endrü Devis olacaq. Serialın rejiissoru gənc britaniyalı rejissor Tom Harper, baş rol ifaçıları isə Lili Ceyms, Pol Dano və Ceyms Norton olacaqlar.