Yeni ildə ən gözəl hədiyyə


28.11.2017   596   24

İkinci Dünya Müharibəsi illərində valyuta üçün edilmiş məhdudiyyət İslaniyada idxalın azalmasına səbəb olmuşdur. Ölkə bu dövrdə iqtisadi olaraq güclü olduğu halda kağız xaric, idxal etdiyi məhsullar məhdud idi. Kağız idxalının belə asan olması, kitab hədiyyə etmək mədəniyyətinin inkişafına yol açmış, hətta ölkədə ənənəyə çevrilmişdir. Hər “Yeni il” ərəfəsi, bütün İslandiyada poçt qutularına kitab bukleti göndərilir. Buklet o il ölkədə nəşr olunmuş kitabların siyahısını təşkil edir və “Yeni il” hədiyyəsi bu bukletlərdən seçilir. “Yeni il”-də kitab hədiyyəsini alan İslandiyalılar bayram gecəsini də kitablarını oxuyaraq və şokolad yeyərək keçirirlər.


Keçən il ölkədə 800-dən çox kitab nəşr edilmişdir. Bu qlobal kitab bazarı üçün böyük bir rəqəm sayılmasa da, İslandiya adam başına düşən kitab sayı baxımından dünyanın ən çox kitab nəşr edən ölkəsidir. Bu kitabların çoxu “Jolabokaflod” səbəbi ilə sentyabr və noyabr ayları arasında nəşr edilir. “Yeni il Kitab Seli” artıq əsası olan bir ənənəyə çevrilmişdir. Belə ki, bu ənənəyə əsasən ölkə elektron kitaba, hətta incə qapaqlı kitablara belə qarşı çıxır. Kitab İslandiyada dəyəri yüksək bir hədiyyə hesab edilir və nüfuzu təqribən üç yüz iyirmi min olan ölkənin kitabxanalarında kitab sayı milyonun üzərindədir.