Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirildi


30.10.2017   589   43

Görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Everest” kitab klubu tərəfindən təşkil edilmişdir. Görüşdə universitetin tələbələriylə yanaşı yazarın daimi oxucuları da iştirak edirdi. Yazar iştirakçıların hal-hazırki aktual məsələlər, şəxsi həyatları, çağdaş Azərbaycan və dünya ədəbiyyatı ilə əlaqədər suallarını böyük maraq və həvəslə cavablandırdı. Oxucuların böyük sevgi və rəğbəti ilə qarşılaşan yazıçı göstərilən qayğıdan məmnun olduğunu bildirərək “Kitablarımız haqqında gələn şərhlər çox gözəldir. Böyük zəhmət və dəyər verərək yazdığımız əsərlərin sevilərək oxunması insanı qürurlandıran nəticədir” dedi. Bundan başqa gənclərin çox bacarıqlı olduğunu, uğurlu lahiyələr və gözəl işlər görmələri üçün daha çox təşviq edilmələrini bildirdi. Görüşdə fəal olan iştirakçılara imzalı kitablar hədiyyə olundu. Xatirə şəkilləri ilə sonlandırılan görüş gələcək lahiyələr üçün başlanğıc oldu.