“Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüş baş tutub


24.10.2017   973   18

Oktyabrın 22-si “Qədim Qala” nəşriyyat evi olaraq “Oxucularla görüş” layihəsi çərçivəsində növbəti görüşü təşkil etdik.

 

İlk öncə nəşriyyat evimizin əməkdaşı Şöhlət İxtiyaroğlu qonaqları salamladı. Bizimlə yeni tanış olan oxuculara fəaliyyətlərimiz, kitablarımız, məqsəd və hədəflərimiz haqqında ümumi məlumat verdi. Əsas məqsədimiz gənclər arasında daimi oxucuları yaxından tanımaq, onların təklif və iradlarını eşitmək, kitablar haqqında ümumi müzakirələr aparmaq olan bu görüş səmimi tanışlıqlarda yaratdı.

 

Daha sonra çağdaş Azərbaycan və eləcə də dünya ədəbiyyatında yer alan əsərlər haqqında müzakirələr olundu. Gənclər öz mütaliələri, yaddaşlarında həkk olunmuş əsərlər və personajlar haqqında fikir mübadiləsi etdilər, gələcək həyatları ilə bağlı öz planlarından və yaratmaq istədikləri layihələrdən söhbət açdılar.

 

“Qədim Qala” nəşriyyat evi olaraq görüşdə iştirak edən bütün gənclərə təşəkkür edir və bu görüşlərin davamlı olmasına çalışacağıq.