Heydər Əliyev Mərkəzində "Oxu Günü" ilə bağlı tədbir keçiriləcək


25.04.2017   1307   20

Əziz kitabsevərlər, nəzərinizə çatdıraq ki, 29 aprel 2017-ci il tarixində saat 10:00-dan 18:00-a qədər Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu Günü” tədbiri keçiriləcəkdir.

 

Tədbirin əsas məqsədi mütaliə mədəniyyətinin inkişafı, oxu vərdişlərinin artırılması, ümumilikdə kitaba sevginin möhkəmləndirilməsi, oxumağın gündəlik həyatımızın vərdişinə çevrilməsinə nail olmaqdan ibarətdir.


Tədbirdə kitabların sərgilənməsi, endirimli qiymətlərlə mövcud qanunvericiliyə uyğun olaraq satışı və həmin günlə bağlı müzakirə nəzərdə tutulmuşdur.

 

Hamınızı endirimli qiymətlərlə kitab əldə etməyə dəvət edirirk!