"Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü" münasibəti ilə Qədim Qala Nəşriyyat evi 20-24 aprel tarixlərində öz nəşrlərinə 30% endirim edir


19.04.2017   1356   19

İlk öncə onu qeyd edək ki, "Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü" YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir. Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı, dərk edilməsi üçün kitabların ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur. Bununla da müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir. Azərbaycan Respublikasında 23 Aprel - " Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.

 

Biz də "Qədim Qala" Nəşriyyat evi olaraq, oxucularımıza həm bu gün haqqında məlumat vermək, həm də bu günlə əlaqədar endirim etmək istəyirik. Belə ki, oxucular 20-24 Aprel tarixlərində kitabları 30% endirimlə əldə edə biləcəklər. Aşağıdakı kitablar 30% endirimli qiymətlə təklif olunur:

 

1. Hikmətin Əvvəli (fəlsəfi)- 4.90 AZN;  

2. Ariflərin İrfani Məqamları- 3.50 AZN;

3. Çağırış- 7.70 AZN;

4. "O"- 3.50 AZN;

5. Ölülərin Hakimiyyəti- 3.50 AZN;

6. İlk kitab- 3.15 AZN;

7. Nəfsi Təzkiyyənin Elmi Əsasları- 2.10 AZN;

8. Hidayət Risaləsi- 2.10 AZN;

9. Görüntülər:- 3.50 AZN;

10. İnsan Dünyadan Sonra- 3.50 AZN;

11. İnsan Dünyadan Sonradan Sonra- 3.85 AZN;

12. Daha Yaxşı Gələcək 1-cild- 2.80 AZN;

13. Daha Yaxşı Gələcək 2-cild- 2.80 AZN;