Uşaqlar və qadınlar üçün zamanın idarəsi


18.04.2017   1067   43

Taym menecment insana zamanının düzgün planlamasını, vaxt itkisinə yol vermədən məhsuldar fəaliyyəti öyrədən bir sistem kimi hamı üçün zəruridir. Bundan uşaqlar da istisna deyillər.
Hər bir valideyn övladının həyatda uğur qazanmasını, səhv yola düşməməsini istəyər. Bunun üçün uşaqlara lazım olan ən mühüm proqramlardan biri də taym menecmentdir.
Uşaqların vaxtlarını valideynlər müəyyən etdiklərinə görə rahatlıqla erkən yaşlarından onları nizamlı həyat qanunları ilə yaşamağa adət etdirə bilərlər.
Onlara taym menecmenti mərhələ-mərhələ asan dil ilə başa salmaq lazımdır. Uşaqlar hər hansı bir fəaliyyət proqramına adət etsələr, bu, daha uzun müddətli olacaqdır.

 

 

Ancaq onlar adət edənə qədər valideynlər çox ciddi şəkildə onların müvafiq qaydalara necə riayət etdiklərinə diqqət etməlidirlər. Bəzən uşaqları taym menecmentə alışdırmaq üçün müəyyən təşviq vasitələrindən də istifadə etmək lazımdır. Onlara riayət etdikləri tapşırıqlara görə bəzi hədiyyələr vermək, gəzintiyə aparmaq və sairə etmək olar. Valideynlər (bu yolda) əldə etdikləri nailiyyətlərə görə övladlarını tərifləməli, bu gördükləri işin onlar üçün nə dərəcədə faydalı olduğunu sadə formada onlara izah etməlidirlər.

 

"Zamanı Necə Yeyək" kitabından