ASTAGƏLLİK VƏ YA TISBAĞA SİNDROMU


26.10.2016   845   39

Şəxsi xüsusiyyətlərə aid olan xronofaqlardan söh­bət düşəndə “astagəlliyi” unutmaq mümkün deyildir.
Bir çox insanlar işə uzun bir müqəddimədən sonra başlayırlar. Məsələn, deyək ki, saat doqquzda ofisə gə­liblər. Əllərində görməli olduqları bir çox işləri vardır. Kompüteri yandırıb işə başlamaq lazımdır. Ancaq baxıb görürsən ki, bunu etmək əvəzinə ofisdə get-gəl edir, sanki nəyisə düşünür, nəyisə gözləyirlər. Bu minvalla on beş, iyirmi dəqiqə keçir (ən azı). Bu in­sanın bütün işləri belədir, hər işin əvvəlində bu mü­qəddimələrə yol verir. Nəticədə gününün ən azı bir neçə saatı bu cür yubanmalarda xərclənir.

 

"Zamanı Necə Yeyək" kitabından