Öz yaşımdan və gəncliyimdən necə düzgün istifadə edə bi­lərəm?


18.10.2016   1571   92

Sual

Öz yaşımdan və gəncliyimdən necə düzgün istifadə edə bi­lərəm? Mən həyatları boyu dəyərli heç bir iş görməyən və gəncliklərini onlara gözəl gələcək vəd etməyən bihudə işlərə sərf edən yaşlı insanları görəndə qətiyyətlə öz-özümə de­yi­rəm: “Mən onlar kimi olmaq istəmirəm”. Lakin nə etməyi, ha­radan başlamağı, uğursuzluqların səbəbinin nə olduğunu bil­mirəm. Xahiş edirəm, mənə yol göstərəsiniz.


Cavab: İnsanın vaxtını, yaşını və yaxşı fürsətlərini boş yerə sərf etməsinə səbəb olan, nəticədə insanı böyük bir peş­man­çılıq içində axirətə əliboş yola salan üç əsas amil var.

Birinci amil fərdin özü ilə bağlıdır. Buraya aiddir:

  1. Əsəb və gərginlik içərisində yaşamaq;
  2. Əhəmiyyətsiz və lazımsız işlərlə məşğul olmaq;
  3. Öz vaxtını və işlərini planlaşdırmadan, qeyri-mün­tə­zəm şəkildə yaşamaq;
  4. Təxirə salma və tənbəllik;
  5. Hər şeyi bilmək həvəsi və başqalarının işlərinə daim mü­daxilə etmək;
  6. Həyatın mühüm məsələləri haqqında zəif məlumatlı ol­maq;
  7. Tənhalıq və cəmiyyətlə az ünsiyyətdə olmaq;
  8. Tərəddüd və qərar qəbul etməkdə qətiyyətsizlik;
  9. Gələcək üçün planlar qurmamaq;

 

İkinci amil fərd və onun ətrafındakı insanlarla əla­qə­dar­dır:

  1. Uzun-uzadı boş görüşlər (toplantılar);
  2. Dəvətsiz qonaqlar;
  3. Əhəmiyyətsiz məsələlər barədə telefonla uzun-uzadı da­nışmaq;
  4. Başqalarının məntiqsiz xahişləri;
  5. Məqsədsiz insanlarla oturub-durmaq;
  6. Əyləncəli proqramlar, xüsusilə də televiziya se­rial­la­rı və filmləri izləmək üçün saatlarla televizor qarşısında otur­maq;

Üçüncü amil bədbəxt hadisələrlə bağlıdır:

  1. Xəstəlik;
  2. Yol qəzaları;
  3. Pul, kitab və başqa şeyləri itirmək;

Əziz qardaş, sən vaxtını və dincliyini əlindən alan bu kimi xüsusiyyətlərdən agah olmalı və bu işlərdən uzaq ol­ma­ğa səy göstərməlisən. Digər tərəfdən, dahi və böyük şəx­siy­yətlərin həyat hekayələrini oxumalısan. Sən bununla öz vax­tından necə istifadə etməyi, öz gələcəyini necə qurmağı öy­rənəcək, ailənin və başqalarının səninlə fəxr etməyinə im­kan yaradacaqsan. Bütün bunlardan daha əhəmiyyətlisi odur ki, sən Allahı razı salacaqsan. Allahın görüşünə get­-di­yin zaman O da səni razı salacaq və sənə əbədi səadət bəxş edə­cəkdir. Bu, haqq yoldur, qalan hər bir şey isə itki və əzab­dır.


"Daha Yaxşı Gələcək" kitabından