Dəvəni filə qurban verək!


13.07.2016   775   40

Hədəfləriniz barədə riayət edəcəyiniz digər qay­da ˝dəvənin filə qurban verilməsidir˝. Belə ki, bə­zən insan üçün bir deyil, bir neçə (məsələn, on) hə­dəf mühüm olur. İnsan özü ilə səmimi olduqda başa düşür ki, bu on hədəfin hamısına birdən çatması (vaxtın məhdudiyyətinə görə) mümkün deyildir.

 

Mümkündür ki, bütün bu hədəflər insanı özünə cəlb etsin. Bəzən insan bu hədəflərin cazibəsinə tab gətirə bilməyərək bu hədəflərin hamısını eyni anda özünə hədəf təyin edir və bunları əldə etmək üçün çalışır. Nəticədə isə hamısından da məhrum olur. Yaxud da insan bu hədəflərindən ən mühümlərinin yerinə elə də mühüm olmayan ikinci dərəcəli hədəflərə çatır. Bu isə tam uğur demək deyildir.

 

Ona görə oxucunun edəcəyi iş bu hədəflər arasın­da ən mühümlərini seçməkdir. Bu zaman aydındır ki, dəvənin filə qurban verilməsi baş verəcəkdir. Nə qə­dər ağrılı olsa da, daha yüksək zirvələri fəth etmək üçün kiçik təpələrə göz yummaq gərəkdir.

 

"Zamanı Necə Yeyək" kitabından