Səbrin növləri


13.11.2015   1591   60

Səbir lüğətdə bəla və müsibət zamanı insanın özünə ha­kim ol­ması, fər­yad və fəğan etməsindən çəkinməsi deməkdir. Hə­­qiqi sə­bir edən o kəsdir ki, bə­la və çətinliklə üzləşən za­man za­hirən və batinən özünü ələ alsın. Zahirən özü­nü ələ al­maq de­yən­də bə­la və müsibət zamanı bədən üzvlərindən qeyri-adi və na­mü­na­sib hərəkətlərin zahir olmaması nəzərdə tu­tulur. Mə­sə­lən: Üzü­nü cır­maq, başına vurmaq, ah-vay et­mək, fəryad etmək və bu­nun kimi hərəkətlərin za­hir ol­ma­ma­sı. Batini səbirsizlik de­yən­də isə iztirab vəziyyətində və tit­rə­yən hal­da olmaq qəsd edi­lir. Bu zaman insan özünə yer tapa bil­mir, ürəyi na­ra­hat­çı­lıq­­dan part­lamağa başlayır, halı pisləşir, dü­çar olduğu çətinlik onun bü­tün fik­ri­ni alır.

 

Bəla və müsibətlərin müqabilində dözmək, özünə hakim ol­maq mə­na­sın­da işlədilən səbir üç qismə bölünür:[1]

Birinci: Avamların səbri.

İkinci: Təqva əhlinin, abid və zahidlərin səbri.

Üçüncü: Ariflərin səbri.


Avamların səbri – Avamların səbri zahiri olaraq in­san­la­­rın öz­lərinə ha­kim kəsilmələri üçün çalışmaqlarından iba­rət­dir. Bu səbrə malik olan insan za­hi­ri olaraq özünü ələ almaq is­­tə­yir və özünü səbirli göstərir. O, bunu ağıllı in­san­ların ya­nın­da sə­birli gö­rünməyi və ona səbirli deyilməsi üçün edir. Bu­nun­­la o, di­gərlərinin qınağından qurtulmaq istəyir. La­kin hə­qi­qət­də da­xi­lən çox narahatdır, nigarançılıq ke­çi­rir. Bunlar axirət ne­mət­lə­ri­nə və savablarına görə mü­sibətlərə dözməzlər.


“İnsanlar təkcə bu dünya həyatının za­hi­rin­dən xə­­bər­­dar­dır­­lar. Axirətdən isə (hansı ki, za­hi­ri dünya hə­ya­tının ba­ti­ni­dir) bixəbərdirlər”.[2]

 

Bu cür insanlar etdikləri yaxşı işlərdə dünya və onun ne­mət­­lə­rini dü­şü­nür­lər. Səbirli olmaqları ilə özlərini digərlərinə gös­tə­rər­lər.


Abidlərin, təqva əhlinin səbri – bu növ səbir hikmət və təq­va əhlinin sahib olduqları sifətdir. Onlar axirət savabına na­il olmaq üçün səbir edirlər.


“De: Ey iman gətirmiş bəndələrim! Rəbbinizdən çə­ki­nin (təqva sahibi olun)! ... Həqiqətən, səbirlilərin savabı he­sab­sız, kamil olaraq veriləcəkdir”.[3]

 

Bu cür insanlar bəla və müsibət zamanı özlərini ələ al­maq üçün sə­bir­lə­ri­nin müqabilində onlara veriləcək axirəvi sa­vab­ları dü­şünərlər və bununla da öz­lərini ələ alarlar. Axirəvi ne­mət­lərə nail olmaq eşqi onların səbirli ol­maq­la­rı­na səbəb olar.


Ariflərin səbri – bu cür insanlar bəlalar müqabilində sə­bir edən zaman nə dünya nemətlərini, nə də axirət ne­mət­lə­ri­ni dü­şü­nərlər. Həqiqətdə, onlar bə­la və çətinliklərdən ləzzət alar­lar. Bə­laları Allahın bir növ xüsusi hədiyyəsi he­sab edərlər. Ona ila­hi­nin inayəti, nəzəri kimi baxarlar.


“Səbir edənlərə müjdə ver! O kəslər ki, onlara bəla üz ve­rən zaman de­yərlər: “Həqiqətən, bizlər Allahınıq və Ona da dö­­nəcəyik. Onlar Rəblərinin lütf və rəhmətinə şamil olan kəs­­lər­­dir. Və məhz onlar hidayət tapanlardır”.[4]

 

Bu cür səbrə “razılıq” deyirlər. Bu böyük mənəvi bir mə­qam­dır. Bu ba­rə­də gələcək mövzularda söhbət açacağıq.

 

Səbrin birinci növünün Allah yanında heç bir savabı yox­dur. Çün­ki in­san bu əməli Allaha görə etməmişdir ki, sa­va­ba da nail ol­sun. O, bu səbri in­san­lara görə etmişdir və hə­qi­qət­də ri­ya he­sab edilir. Riya barəsində hədislərdə de­yilən bütün söz­lər buna da şamil olur. Lakin buna baxmayaraq, bu cür səbir et­­­mək fər­yad və fəğan etməkdən daha yaxşıdır. Çünki in­san­lar bir-bir­lə­ri­nin tez bir zamanda əxlaqi xüsusiyyətlərini gö­tü­rər­lər. Bir-bir­lə­ri­nin əməllərini mə­nim­səyərlər. Ona görə, bir in­san bə­la ilə üz­lə­şən zaman fəryad və ah-nalə etsə, di­gər in­san­lar da be­lə edə­cəklər. Bu hərəkət digərlərinə də sirayət edə­cək­dir. Yox! Əgər heç olmasa, zahirən olsa belə, özlərini ələ al­sa­lar və sə­birli gös­tər­­sə­lər, bu da başqa insanlara təsir edə­cəkdir. Be­­lə­lik­lə də, bu xü­susiyyət hamı ara­sın­da ya­yı­la­caq­dır. Çox vaxt olur ki, bir nə­fə­rin riyakar hərəkəti di­gər­lə­ri­nin kamalına sə­­bəb olur. Nə­ti­cə­də, bu riya əsasında olan hə­rə­kət insan cə­miy­­yə­­ti üçün faydalı he­sab olunur. Baxmayaraq ki, bu cür səb­rin öz sa­hibi üçün heç bir faydası yoxdur. Allah rizası və Ona görə edil­məyən iba­dət­lə­rin və əməllərin axi­rəvi əvə­­zi ol­ma­ya­caq­dır. Çünki bütün iba­dət­lərdə pak niyyət əsas şərt­dir.

 

Həqiqətdə səbir bu üç növdən yalnız ikincisinə şamil olur. Çün­­ki səbrin bi­rinci növü riya, üçüncü növü isə “razılıq”, “ri­za” sa­­yılır. Ona görə, yalnız ikin­ci növü səbir adlanır.

 

"Bəla və Səbir" kitabında 

 



[1] Gələcək mövzularda deyiləcəyi kimi səbrin başqa mənaları da vardır. Bəla və müsibət müqabilində sə­birli olmaq və insanın zahirinə və batininə hakim ol­­ması səbrin mənalarından biridir. Onun mə­na­la­rın­dan digəri isə gələcək möv­zularda deyiləcəyi kimi ibadətlərə səbir etməkdən və sairədən ibarətdir. Səb­­rin digər mənaları barəsində gələcəkdə bəhs açacağıq.

[2] “Rum” surəsi, ayə 7.

[3] “Zümər” surəsi, ayə 10.

[4] “Bəqərə” surəsi, ayə 156-157.