Yazar: Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" adlı psixoloji romanı yaxın günlərdə işıq üzü görəcək!


24.11.2014   2683   88

 "Bu şəhərdə kimsə yoxdur˝ psixoloji romanını bir kəlmə ilə təsfir etmək mümkün deyildir. Məndən soruşsalar ki, bu romanda nə var, sizcə onu bu qədər maraqlı edən nədir? Cavab verərəm ki, burada hər şey vardır: fədakarlıq, məhəbbət, qayıdış, əfv, dostluq, itki, tənhalıq, gülüş, hüzn, problemlərin çoxluğu, edam, vəfasızlıq, peşmançılıq, fürsətləri vaxtında dəyərləndirməmək... Bu roman eramızdan 5 əsr əvvəldə olan hadisələrə toxunmuş, günümüzün reallıqlarından bəhs etmişdir. Bu romanda iki fərqli mədəniyyətin, müxtəlif ideologiyaların toqquşması öz əksini tapmışdır. Talelərin kəsişməsi, həyatın qəribəlikləri, mübarizə, məğlubiyyət, övlad-ata sevgisi, fərqli talelər, fərqli düşüncələr bu romanın əsas sujet xəttidir.

  Bu roman insanın qəlbinin dərinliklərinə işləyəcək, oxucunu romanın qəhrəmanlarının həyatına əsla biganə qoymayacaqdır. Oxucu əsəri oxuduqca olanları canlı olaraq yaşayacaq, daxilində anlaşılmaz hislər keçirəcəkdir.

  Əsərdə digər romanlardan fərqli olaraq insanların psixoloji və daxili aləminə daha çox diqqət çəkilmişdir. Romanın qəhrəmanlarının həyatlarına bir çox psixoloji qanunlar tətbiq olunmuş, onların psixologiyasına xas bir çox dərin faktlar ortaya qoyulmuşdur. Oxucu bu romanda həyatın zahirini deyil, əsl mahiyyətini görəcəkdir.

  ˝Bu şəhərdə kimsə yoxdur˝psixoloji romanında baş verən hadisələrin bir çoxu real həyatdan götürülmüş və əsərin qəhrəmanlarının həyatında tətbiq edilmişdir.

   Romanı bir çox romanlardan fərqləndirən digər cəhəti də ondadır ki, romanda mövzular bir-birilə əlaqəli olan başlıqlar formasında verilmişdir. Hər başlıqda fikir tamamlandıqdan sonra növbəti başlığa keçid alınmışdır.  

   Əsərdə verilmiş şəhər adları, müxtəlif dövrlərdəki tarixi ardıcıllıq, insanların xasiyyətləri, hərəkətləri, uğursuzluqları, taleləri hamısında bir-birilə bağlılıq, dərin əlaqə vardır və hamısının elmi əsası mövcuddur. ˝Bu şəhərdə kimsə yoxdur˝romanının adının və üzərindəki rəsmin belə romanın qəhrəmanlarının həyatı ilə birbaşa əlaqəsi vardır. Bütün bu dediklərimizi oxucu, romanı oxuduqdan sonra daha yaxşı başa düşəcəkdir.